Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə15/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   ...   11   12   13   14   15   16   17   18   ...   119

ölkənin  sosial-iqtisadi  inkişafına  regional  yanaşmanın  mahiyyəti 
ondan ibarətdir ki, region geniş və qarşıq əlaqəli komponentlərin olduğu 
bütöv ərazini əks etdirir, həmçinin o bazar münasibətləri  subyekti olaraq 
özünü təbii və əmək resurslarının yerləşməsi, əmtəə alqı-satqısının, xidmət 
sahələrinin  cəmləşdiyi  xüsusi  iqtisadi  maraqlar  məkanı  kimi  göstərir. 
Bundan başqa region informasiya  mənbəyi olan cəmİ3^ətin yanmsistemi 
kimi  iqtisadiyatın  beynəlmiləlləşməsi  və  qloballaşmasının  bilavasitə 
iştirakçısıdır. Regionların evolüysion inkişafı bazar iqtisadiyyatı şəraitində 
təbii-iqtisadi faktorların rolunun artırılması, onların sosial-iqtisadi-ekoloji 
funksional  strukturunun  dayanaqlı  inkişaf  modelinə  keçid  imkanlarını 
artırır. 
Təhlil  göstərir  ki,  ölkələrarası  regional  vahidlik  ölkədaxili  re- 
gionlaşmadan bir sıra özünəməxsus xüsusiyyətləri ilə fərqlənir. Ölkədaxili 
struktura  malik  regional  sistem  nəzəri  və  təcrübi  cəhətdən  adətən 
iqtisadi-coğrafi  rayon  kimi  əks  olunur.  Bu  rayon  ölkənin  inzibati  ərazi 
vahidlikləri ilə sıx əlaqədar olmaqla coğrafi əmək bölgüsünün nəticəsində, 
təbii  resurs,  istehsal,  əmək  ehtiyatlan,  sosial-  iqtisadi-ekoloji  siyasi 
faktorların birləşməsindən yaranır və inkişaf edir. İqtisadi-coğrafi rayonu 
müəyyən  edən  faktor  və  onu  digər  rayonlardan  fərqləndirən 
ixtisaslaşmadır.  İxtisaslaşma  ölkə  ərazisinin  ayrı-ayrı  hissələrinin 
özünəməxsus  təbii,  tarixi,  iqtisadi-coğrafi  mövqeyi,  sosial-iqtisadi 
xüsusiyyətlərinə görə hər hansı bir məhsul və xidmət sahələri üzrə coğrafi 
əmək  bölgüsündə  çıxış  etməklə  dövlət  əhəmiyyətli  sahələrin  regional 
inkişafına şərait yaradır. [119,112]. 
Bu  məqsədlə  Dövlət  Proqramında  qəbul  edilmiş  rayonlaşma 
bölgüsündə yeni konseptual əsaslandırılmış prinsipləri əks etdirən regional 
aspektdə 10 iqtisadi-coğrafi rayon konkret əksini tapmışdır: -I Abşeron; II 
Gəncə-Qazax  ;  III  Şəki-Zaqatala;  IV  Lənkəran;  V.Quba-  Xaçmaz;  VI, 
Aran; VII. Yuxarı Qarabağ; VIII. Kəlbəcər- Laçm; IX. Dağlıq Şirvan; X. 
Naxçıvan. Bu iqtisasdi rayonlar özlərinin potensialına təbii sərs^ətlərinin 
miqyasına və çeşidinə, əhalinin məşğulluq səviyyəsinə görə biri-birindən 
fərqlənirlər. İqtisadi- 
44 


coğrafi  və  tarixi  baxımdan  iqtisadi  rayonları  fərqləndirən  faktorlar 
aşağıdakılardır: 

 
iqtisadi-coğrafi mövqeyi; 

 
təbii şəraiti və təbii ehtiyyatlar 

 
əhalinin məskunlaşma səviyyəsi

 
regional sahə və ərazi strukturu 

 
tarixi inkişaf xüsusiyyətləri. 
Dövlət Proqramında regionların sosial-iqtisadi inkişafını şərtləndirən 
qeyd  olunan  faktorlarla  yanaşı,  onların  arasında  fərqin  yaranmasında  və 
iqtisadi  rayonların  çoxunun  zəif  inkişaf  etməsində  yuxarıda  vurğulanan 
aşağıdakı məsələlərin rolu da öz əksini tapmışdır [1,2,3]. 

 
regionlar  arasında  məhsuldar  qüvvələrin  və  məskunlaşmanın 
qeyri-bərabər paylanması; 

 
infrastruktur sahələrin Bakı şəhərində cəmləşməsi; 

 
regionlarda  sosial-iqtisadi  şəraitin  ağırlaşması  ilə  əhalinin  Bakıya 
axınına səbəb olmuşdur. 

 
Ermənistanın  Azərbaycana  qarşı  apardığı  işğalçılıq  müharibəsi 
nəticəsində  müvəqqəti  zəbt  olunmuş  rayonlarda  istehsal-texniki  və 
infrastruktur  obyektlər  dağılmış,  həmin  rayonların  əhalisi  öz  yaşayış,  iş 
yerlərini, var-dövlətini itirərək qaçqın vəziyyətinə düşmüşdür

 
Regionlarda  yerli  sahibkarlığın  inkişafına  maliyə  yardımının  aşağı 
səviyyədə  olması,  aqrar  sektorun  inkişafını  təmin  edən  şəraitin  kifayət 
qədər olmaması. 
Bununla əlaqədar yaranmış problemli məsələlərin aktuallığını nəzərə 
alaraq  ayrı-ayn  rayonlarda  iqtisadiyyatın  inkişafında  dövlət  siyasətinin 
əsas istiqamətlərinin müəyyən edilməsi üçün 2004-cü ildə qəbul edilmiş 
birinci  Dövlət  Proqramının  çox  böyük  nəzəri,  elmi-təcrübi  əhəmiyyəti 
vardır.  Gələcəkdə  ölkə  iqtisadiyyatının  inkişafı  və  yerləşməsi  sahəsində 
aparılacaq  elmi  tədqiqatların  metodologiyasının  əsasını  təşkil  edən 
elrni-təcmbi  və  konseptual  mənbədir.  Müvafiq  Dövlət  Proqramı 
elmi-tədqiqat sahəsində yeni istiqamətdir, onun məqsədi regionlarm təbii 
resurslanndan səmərəli 
45 


istifadə  etməklə  təsərrüfatın  müxtəlif  sahələrinin  inkişafına,  fəaliyyəti 
zəifləmiş  və  ya  dayanmış  sənaye  və  infrastruktur  sahələrin  bərpasına  və 
təkmilləşdirilməsinə,  yeni  istehsal  strukturlannın  yaradılmasına,  əhalinin 
məşğulluq  səviyyəsinin  artırılması  üçün  yerli  sahibkarlığın  inkişaf 
etdirilməsinə, iqtisadiyyatının şaxələndirilmiş inkişafına nail olmaqdır. 
Dövlət  Proqramında  məqsədə  nail  olmaq  üçün  aşağıdakı  vəzifələrin 
yerinə  yetirilməsi  nəzərdə  tutulur.  Bunun  üçün  birinci  re-  gionlann 
sosial-iqtisadi  inkişafına,  coğrafi  şəraitin,  sosial-iqtisadi  zəminlərin  və 
texniki-iqtisadi  faktorların  təsirini  aydınlaşdırmaq,  hər  şeydən  əvvəl 
onların təşkilini, müasir və gələcək coğrafiyasını aşkar etməkdir. İkincisi, 
Dövlət Proqramının mühüm vəzifəsi-çox- şaxəli və müxtəlif axınlı əmtəə 
sistemlərinin, maliyyə vasitələrinin, o cümlədən əhalinin komunal-məişət 
xidmətlərini təşkil edən sahələrin hərtərəfli ərazi təhlilindən ibarətdir. 
Müvafiq Dövlət Proqramının məqsəd və vəzifələrinin reallaşdırılması 
üçün  İqtisadi  İnkişaf  Nazirliyində  əlaqələndirici  orqan-  “Regionlann 
sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramının  katibliyi  “  və  icraedici  orqanı 
“Regional inkişaf şöbəsi” yaradılmışdır. 
2004-cü  ildə  qəbul  edilmiş  Dövlət  Proqramının  elmiliyi  birinci 
növbədə  onun  strukturundan  aydın  görünür.  Birinci  ölkənin  iqtisadi 
rayonlarının iqtisadi-coğrafi səciyyəsi, ikinci 2004-2008-ci illəri əhatə edən 
dövrdə  regionların  əsaslandırılmış  sosial-iqtisadi  inkişafının  əsas 
istiqamətləri,  üçüncü  görüləcək  işlər  və  onlann  icraçıları  və  planlaşma 
müddətinə 
dair 
məlumatlar, 
həmçinin 
görüləcək 
tədbirlərin 
maliyyələşdirmə  mənbələri  göstərilmişdir.  Bütün  bunların  araşdıniması 
böyük tədqiqat işlərinin aparılmasını tələb edir. 
Dövlət Proqramında regionlann iqtisadi və sosial inkişafında yaranmış 
fərqlər  yuxarıda  ətraflı  qeyd  edilmişdir.  Regionlarda  təbi-  resurs 
amillərinin,  istehsalın  qeyri-bərabər  inkişafı,  ölkə  ərazisinin  20  faizinin 
Ermənistanın  işğalı  altında  qalması  həmin  ərazilərin  əhalisinin  qaçqın 
vəziyyətinə  düşməsi,  yerlərdə  əhalinin  torpaq  və  digər  əmlak  sahibkarı 
olmasına  baxmayaraq,  maliyə-texnika  və  digər  xidmət  növlərinin 
olmaması, mövcud imkanlardan tam isti 
46 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə