Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə23/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   ...   19   20   21   22   23   24   25   26   ...   119

eyni  vaxtda  istehsalın  25-30  faiz  artımı  zamanı  su  hövzələrindən  su 
toplanmasının 35^0 faiz azalmasına nail olunmuşdur. 
Lakin  Abşeron  iqtisadi  rayonunun  hər  yerində  kompleks  tullantısız 
sistemin tətbiqinə keçid çox da uzaq olmasa da, hər halda gələcəyin işidir. 
İstehsalın  inkişafının  hər  mərhələsində  sadəcə  olaraq  məsələ  tex- 
nologiyanm  ekologiyalaşdınimasınm  tətbiqi  ilə  deyil,  amma  mövcud 
mərhələ üçün iqtisadi effektivliyin daha çox tətbiqi ilə bağlıdır. 
Müasir  istehsalın  ekologiyalaşdırılması  təkcə  aztullantıh,  yaxud  da 
tullantısız  texnologiyanın  deyil,  həm  də  bütün  planlaşdırma  sistemi  və 
təsərrüfat hesabı münasibətlərinin müvafiq yenidən qu- mlrnasıdır. Hazırda 
istehsal sistemi çərçivəsində ekoloji problemlərin həlli hər şeydən əvvəl iki 
istiqamətin  təkmilləşdirilməsi  ilə  əlaqədardır,  onlar  aşağıdakılardan 
ibarətdir: 

 
təbii resursların - birinci növbədə mineral-xammalın, suyun qənaətlə, 
kompleks istifadə edilməsidir

 
istehsal 
prosesində 
ətraf 
təbii 
mühitə 
mənfi 
təsirin 
məhdudlaşdırılması, yaxud da ləğv edilməsidir. 
Bundan sonra təbii resursların səmərəli istifadə edilməsi ilə istehsalın 
effektivlik  səviyyəsinin  əlaqəsi  aydın  olur.  Qeyd  etmək  lazımdır  ki, 
mineral-xammal resurslannm yerin təkindən çıxanlması- nın keyfiyyəti və 
dolğunluğu,  kompleksliliyinin  yüksəldilməsi,  on-  lann  hasilatı  zamanı 
əsaslandırılmamış  itkinin  ləğv  edilməsinin,  saf-  laşdırılması  və  emalının 
böyük əhəmiyyəti vardır. Bu fond veriminin artımına imkan verir, fəaliyyət 
göstərən  müəssisələrdə  məhsul  istehsalını  yüksəldir,  bir  sıra  hallarda  isə 
lüzumsuz  yeni  müəssisələrin  tikintisini  kənar  edir,  müasir  istehsalın 
effektivliyini mühüm dərəcədə yüksəldir. 
Bu  yuxarıda  göstərilənlər  sözsüz  ki,  təkcə  yerin  təkindən  çıxarılan 
faydalı  qazıntılara  aid  deyil,  həm  də  təbii  resurslann  digər  növlərinə  də 
aiddir  və  tullantıların  səfərbər  edilməsinin  maksimum  imkanlarının 
zəruriliyini nəzərə çarpdınr. 
Son  illər  təbii  resursların  səmərəli  istifadə  olunmasının  ənənəvi 
istiqamətləri  ilə  bərabər,  həm  də  istehsal  sistemlərində  təbiəti  mühafizə 
istiqamətləri yüksək səviyyədə Ö2riinü göstərir. Lakin hə 
70 


yata keçirilən işlər formal olaraq dərhal nəzərə çarpan xalq təsərrüfatı gəliri 
vermir, amma, hər şeydən əvvəl öz qarşısına, insanın həyat fəaliyyəti və 
müasir istehsalın standart şəraiti-havanın, suyun, torpağın təmizliyi üçün 
zəruri  resursların  mühafizəsini,  su,  meşə,  balıq  və  sair  resursların 
tükənməsinin qarşısının alınmasım məqsəd qoyur. Təbiətdən istifadənin bu 
istiqamətindən düz effekt çox vaxt nəzərə çarpmır [161]. 
Eyni  zamanda,  səmərəli  resursdan  istifadə  və  təbiəti  mühafizə 
istiqamətləri arasında dəqiq sərhəd çəkilməsi metodoloji cəhətdən düzgün 
olmazdı. Onlar daim bir-birinə dolaşır və çox vaxt bir istiqamətin haradan 
başlayıb, digərinin harada qurtarmasını təyin etmək olduqca çətindir. Axı 
hava, yaxud da su hövzələrinin çirklənməsi, atmosferə, yaxud da hidrosferə 
qiymətli  elementlərin  tullantıları  ilə  əlaqədardır.  Buna  görə  də,  müasir 
istehsal  sahəsində  ətraf  mühiti  mühafizə  fəaliyyəti  yalnız  tullantıların 
təmizlənməsi  ilə  məhdudlaşmır,  həm  də  sənaye  və  kənd  təsərrüfatı 
istehsalında ən müxtəlif elementlərin utilləşdirilməsini nəzərdə tutur. 
Müasir istehsalın inkişafı və istehsal fondlarının artım dərəcəsinə görə 
təsərrüfatın  mənfi  təsirinin  ləğv  edilməsi  üçün  ixtisaslaşdırılmış  fondlar 
son 30 ildə çoxalmışdır. Bundan başqa, 2000-ci illərin əvvəllərində bütün 
dünyada  ətraf  mühiti  mühafizə  təyinatlı  xərclərin  xüsusi  çəkisi  ümumi 
investisiya həcmində dönmədən artır. Məsələn, Qərb ölkələrində, xüsusilə 
ABŞ-ın  bir  sıra  sənaye  sahələrində  ətraf  mühitin  mühafizəsi  üçün  təyin 
edilmiş investisiyanın xüsusi çəkisi olduqca əhəmiyyətlidir: xüsusilə qara 
metallurgiyada  20-25%,  sellüloz-kağız  sənayesində  25%,  əlvan 
metallurgiyada 20%, habelə inşaat materialları istehsalında, neft emalında, 
kimya  sənayesində,  elektrik  enerjisində.  Yaponiyada  sənaye  sahələrinin 
investisiya xərclərinin həcmində təbiəti mühafizə xərclərinin payı ən çox 
neft  emalı  sənayesində,  istilik  energetikasında,  dağ-mədən  sənaye 
sahələrində mühüm yer tutur [122]. 
Azərbaycanda  son  illər  sənaye  istehsalında  kapital  qoyuluşu  və 
istismar xərclərində ekoloji məsrəflərin xüsusi çəkisi durmadan artır. Bu, 
1991-ci ildəki 30,8 min manatdan 2010-cu ildə 250 milyon 
71 


manata çatmışdır. Təbii resurslardan səmərəli istifadə və ətraf təbii mühitin 
mühafizəsi üçün əsas kapitala yönəldilmiş vəsaitlərin də dönmədən artımı 
müşahidə  edilir.  1991-ci  ildə  bu  məqsədlərə  9,2  min  manat  sərf  edildiyi 
halda, 2010-cu ildə bu məbləğ 176,1 milyon manata çatmışdır. Səciyyəvi 
haldır ki, ətraf təbii mühitin mühafizəsinə çəkilən xərclər maddi istehsalın 
bütün sahələrinə orta hesabla çəkilən  xərclərə nisbətən ən çox sənayenin 
daha  sürətlə  inkişaf  edən  neft  sənayesinin  energetika,  kimya,  neft-kimya 
sənaye sahələrinin payına düşür. Həm də nəzərə almaq lazımdır ki, kimya 
və  neft-kimya  sənayesində  göstərilən  ötmə  2,5  dəfə,  elektroenergetikada 
1,8 dəfə təşkil edir. 
Cüzi qiymətləndirməyə görə, ətraf təbii mühitin mühafizəsinə kapital 
xərcləri istilik-elektrik enerjisi sahəsində 1000 kVt 13,5 manata qədər təşkil 
edir. Gəncə əlvan metallurgiya kompleksində su və havanın təmizlənməsi 
sahəsində kapital qoyuluşu, ümumi kapital xərclərində 6-8%-ə qədər çatır. 
Emal  sənayesinin  bir  sıra  digər  sahələrində  təmizləyici  qurğuların 
yaradılmasına bütün kapital qoyuluşunun 20-25%-ə qədəri planlaşdırılır. 
Bütün  istehsal  fondları  ilə  müqayisədə  toz  tutan  vasitələrin  qabaqcıl 
artımına  görə,  sement  sənayesi  seçilir.  Bu,  ən  çox  toztutumlu  sənaye 
sahəsidir. Sobasının ölçüsü 5 x 185 m olan yeni tikilən sement zavodlarının 
tikintisi  zamanı,  toztutan  qurğunun  yaradılmasının  xərcləri  kapital 
qoyuluşunun ümumi həcminin 10-12%-ni təşkil edir. Sement zavodlarında 
toztutan qurğuların fondverimi, sənayenin bütün əsas istehsal fondlarının 
fondverimindən demək olar ki, 1,5 dəfə yüksəkdir [175]. 
Buradan belə nəticə çıxır ki, ekoloji problemlərin həllinin zəruriliyini 
müəssisələrin  texniki  cəhətdən  yeni  vasitələrlə  təmin  edilməsi, 
avadanlıqların müasirləşdirilməsi prosesini mühüm dərəcədə stimullaşdırır. 
Əsas  fondların  həddən  artıq  köhnəlməsi  məhsulun  ümumi  dəyərində 
təmizləmə  üçün  lazım  olan  xərclərin  payını  artırır,  texnoloji  xətlərin 
köhnəlmiş  tipi  müasir  qaztəmizləyən  qurğuları  və  toztutan  avadanlıqları 
faydasız  edir.  Bir  də  ki,  ətraf  mühiti  mühafizə  tədbirlərinin  zəruriliyi 
istehsalın təmərküzləşməsinin 
72 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə