Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə31/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   ...   27   28   29   30   31   32   33   34   ...   119

ölkə üzrə rütubətli ərazilərdə torpağın öz-özünü təmizləmə potensialı quraq 
ərazilərə nisbətən 6-8 dəfə azdır. Yüksək dağlıq zonada torpaq potensialı 
sərt iqlim, uzun soyuq və şaxtalı dövr rütubətlərimə əmsalı vahiddən böyük 
şəraitdə yaranır. İllik yağıntı 1200- 1400 mm olur, rütubətlilik çoxalır və 
buxarlanmamn  zəif  getməsindən  asılı  olaraq,  burada  torpaq  əmələgəlmə 
yuyulma  rejimi  şəraitində gedir.  Bioiqlim  xüsusiyyətlərinin təsiri  altında 
bitki  çöküntülərinin  parçalanması  ləngiyir,  torflaşmanın  və  kobud 
humusun toplanması prosesi gedir. Nəticədə torpaq mühitində turş reaksiya 
yaranır,  torpaqların  əsaslarla  doymasmın  qarşısı  alınır.  Əgər  düzənlik 
zonada üzvi tullantıların təbii bərpası zamanı maksimum gərginlik 1 hektar 
sahəyə 1600 tona yaxın təşkil edirsə, dağlıq zonada isə bu cür tullantılann 
təbii  bərpası  zamanı  maksimum  gərginlik  1  hek.  sahəyə  yalnız  160  ton 
təşkil edir [92]. 
Müasir  dövrdə  regional  ekoloji  təhlildə  və  sosial-iqtisadi 
planlaşdırmanın  sahəvi  aspektləri  kifayət  qədər  geniş  inkişaf  etmişdir. 
Lakin mezo və makrosəviyyədə sosial-iqtisadi planlaşdırma təcrübəsində 
təbii  resurslardan  səmərəli  istifadə  edilməsinə  və  təbii  mühitin 
mühafizəsinə hələlik bir o qədər də lazımi diqqət yetirilmir. 
Regionların təsərrüfatının inkişaf planlarında müxtəlif sosial- 
ekoloji-coğrafi göstəricilər verilir, onlar ədəbiyyatlarda da qeyd edilir [107] 
və hər hansı bir regionda yaşayan əhalinin mərkəzləşdirilmiş su təchizatı ilə 
təmin olunma dərəcəsi və ictimai istehsalda onun təbii resurslarından 
istifadə edilməsi haqqında təsəvvürlər yaradır. Bununla belə tədqiq edilən 
regionlarda təbii resurslardan istifadənin və təbii mühitin mühafizəsinin 
effektlilik səviyyəsi kifayət qədər səciyyələndirilmir. 
Bundan başqa onu da qeyd etmək lazımdır ki, hər hansı inzibati- ərazi 
vahidliklərinin xarakterindən asılı olaraq, yəni urbanizasiya səviyyəsindən, 
təsəiTÜfat strukturlarının spesifikasından, təbiətdən 
95 


istifadənin  üstünlük  təşkil  edən  formalarından  asılı  olaraq,  təbiətdən 
istifadənin  və  ətraf  mühitin  mühafizəsinin  təşkili  məsələləri  müxtəlif 
istiqamətlərdə ərazi planlaşdırılmasmda kifayət qədər əks olunmur. Çünki 
problemin  mahiyyəti  təkcə  ətraf  mühitin  mühafizəsi  üzrə  tədbirlərin 
müəyyənləşdirilməsindən  deyil,  həm  də  o,  hər  şeydən  əvvəl  mövcud 
istehsal sahələri və ətraf mühit arasında köhnə əlaqələrin tam aşkar edilməsi 
və mahiyyətcə yeni qarşılıqlı əlaqələrin təyin edilməsi ilə bağlıdır. 
Rayon  lararası  əlaqələrin  təbii  mühitə  mövcud  və  ola  bilən  təsirinin 
ətraflı  hesaba  alınması  lazımdır,  çünki  ayrı-ayrı  obyektlərin  təsiri, 
mənbələrin təsirindən 200-400 km və daha çox məsafədə uzanır. 
Aşağıda  verilmiş  sxem  modeldən  göründüyü  kimi,  regionların 
sosial-iqtisadi  inkişafının  kompleks  planlarında  ekoloji  bölmələrinin 
hazırlanmasının əsas vəzifəsi birinci növbədə təbii resursların istifadəsinin 
və  təbiəti  mühafizənin  sahəvi  planlarının  koordinasiyası  ilə  əlaqədardır. 
Həmçinin  resurslann  və  tələbatın  balanslaşdı-  rılmış  əlaqəsi  təbiəti 
mühafizə  tədbirlərinin  ümumi  planlarının  tərtibi, onlarda  yerli  orqanların 
iştirakının dərəcəsini müəyyən etmək lazımdır. 
Təhlillər göstərir ki, regional iqtisadi-ekoloji planlaşdırma prosesində 
sahəvi  planların  koordinasiyası,  təbii resursların  hasilatını həyata  keçirən 
sahələrin inkişafı və yerləşdirilməsini, mineral xammallardan, su, meşə və 
digər resurs növlərindən kompleks istifadəni və onların əsasında sahələrin 
yaradılması  üzrə  təkliflərin  hazırlanmasında  düzəlişlər,  həmçinin,  ətraf 
mühitə  mənfi  təsirlərin  zəiflədilməsi,  yaxud  da,  ləğv  edilməsi  üzrə 
tədbirlərin  sahəvi  planlarında  düzəlişlərin  aparılması  nəzərdə  tutulur. 
Məsələn,  təmizləyici  qurğuların  tikintisi,  ətraf  mühiti  çirkləndirən 
müəssisələrin  iri  şəhərlərin  hüdudlarından  kənara  çıxarılması  planlarında 
dəyişikliklərin aparılması [107]. 
96 


 
Sosial-coğrafi və iqtisadi planlaşdırılması modelt 
Lakin  indiki  zamanda  öiJcə  üzrə  regionların  ərazilərinin  sosial- 
iqtisadi 
inkişafının 
planlaşdırılmasında 
hələlik 
təbii 
mühitin 
komponentlərinin  vəziyyətinin,  onların  keyfiyyətinin,  həmçinin  təbii 
mühitin kompleks vəziyyətinin göstəriciləri kifayət qədər əks olunmayıb. 
97 


Fikrimizcə,  ərazinin  sosial-coğrafi  inkişafının  planlaşdırılması  üçün 
regionların  iqtisadi-ekoloji  effektliliyinin  müəyyənləşdirilməsi  məsələləri 
çox mühüm əhəmiyyətə malikdir. Bu da demək olar ki, tədqiq edilməyib. 
Regional enerji effektliliyinin mahiyyəti istehsal və məskunlaşma şəraitinin 
xarakterində təzahür edir. Onun səviyyəsi, əhali yaşayan mühitin keyfiyyəti 
ilə  həyati  əhəmiyyətli  təbii  resurslann  növlərinin  artıqlığı  və  istehsal 
balansının  xarakteri  ilə,  ərazinin  istifadə  edilməsi  tiplərinin  əlaqəsi  ilə 
müəyyən edilir. 
Regional iqtisadi-ekoloji effektivlik, regionlann sosial inkişafını təşkil 
edən ən mühüm effektlərdən biridir. Xüsusi ümumiləşdirici göstəricilər dəf 
edilmiş zərərin səviyyəsinin (istehsal olunmuş xalis məhsulun, dəf edilmiş 
zərərə nisbəti) əmsallan kimi tövsiyə oluna bilər. 
Göründüyü kimi, regionun sosial-ekoloji effektliliyinin göstəricilərinin 
sisteminə, həm əsas dəyər qiymətinin mütləq göstəriciləri, məsələn, ekoloji 
təyinatlı  xərclərin  məbləği,  həm  də  nisbi  göstəriciləri  daxil  etmək  olar. 
Nisbi göstəricilər, istehsal xərclərinin məbləğində ekoloji təyinatlı xərclərin 
xüsusi çəkisi, təmizləyici qurğularla təchiz edilmiş müəssisələrin payı, təbii 
resurslardan kompleks istifadə səviyyəsi, təkrar istifadə edilən suyun xüsusi 
çəkisi və s. aiddir. 
Bütövlükdə  regional  iqtisadi-ekoloji  effektliliyin  inkişafının 
qiymətləndirilməsində  tullantısız  texnologiyanın  tətbiqinin  miqyası  əks 
olunmalıdır.  Regionların  ekoloji  problemlərinin  həllinə  perspektiv 
yanaşma,  təbiət  və  cəmiyyətin  qarşılıqlı  təsirinin  regional  səviyyədə 
optimallaşdırılması,  hər  şeydən  əvvəl  ümumi  tullantısız  sistemin 
yaradılmasını təmin edir. 
Lakin qeyd edildiyi kimi, geokimyəvi qapalı ekoloji dövranın təşkili, 
ayrı-ayrı ixtisaslaşmış təsisat müəssisələrinin gücü altında deyil, o, yalnız 
bütün  istehsal  müəssisələrinin  gücünün  birləşməsi  yolu  ilə  reallaşa  bilər. 
Həm  sənayenin,  kənd  təsərrüfatının,  həm  də  regionun  ərazisinin 
kommunal-məişət, ərazi istehsal kompleksində qapalı regional sistemlərin 
yaradılmasında öz əksini tapa bilər [147]. 
98 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə