edir ki, onda təbii mühitin aj^nlıqda deyil, öz aralarında sıx qarşılıqlı
əlaqədə olan elementlərdən regional ehtiyatlar və şəraitin uzlaşmasından
bir-birini qarşılıqlı əvəz etməsindən ibarət olsun [119]. Bir də komplekslik,
təsərrüfatın çoxunun, xüsusilə yeni tikilən obyektlərin, yaxud da fəaliyyət
göstərən müəssisələrin genişləndirilməsi ilə əlaqədar təbii yanmsistemlərin
müxtəlif elementlərin reaksiyalarının yaratdığı problemlərin həllindən
ibarətdir.
Hər bir təsərrüfat fəaliyyəti özünəməxsus ətraf mühitə kompleks təsir
göstərir. Məsələn, istilik-elektrik stansiyaları ətraf mühitə özünün təsirini
müxtəlif tərzdə göstərir. Belə ki, atmosferə zərərli maddələrin atılması və
su toplayıcı qurğulardan su buxan torpaqları şoranlaşmaya aparır, torpaq
şlaklar vasitəsilə çirklənir. Su soyudan anbarların yaradılması ərazidə qrunt
sulannm səviyyəsinin qalxmasına, yaxud da enməsinə gətirir. Bu da kənd
təsərrüfatı torpaqlanmn sıradan çıxmasına və s. şərait yaradır.
Məlumdur ki, təbiətdən istifadə proseslərinin özü təbiətin mühafizəsi
və səmərəli istifadə edilməsi, təkrar istehsalı, resursların mənimsənilməsi,
ən müxtəlif cür tədbirlərin yerinə yetirilməsi ilə təsərrüfatın müxtəlif
sahələrinin maraqlarının qarşılıqlı bağlılığı və s. kompleks xarakter daşıyır
[176]. Ölkənin təsərrüfat sahələrində təbii resurslardan nə qədər çox
istifadə olunarsa, istifadənin komplekslilik səviyyəsi yüksək olur.
Təbiətdən istifadənin komplekslilik prinsipi su və torpaq resurslarının
istifadə edilməsi və mühafizəsi timsalında daha aydın təzahür edir. Su
resurslanndan kompleks istifadə aşağıdakı aspektlərə ayrılır [170];
•
tətbiqi sahəsinin və təcrübi cəhətdən yararlı xassələrinin həcminə
görə;
•
axınların yenidən paylanması, su kütləsində termal dəyişkənlik,
kimyəvi təsir və s. nəticəsində təbii mühitin digər elementləri üçün təbii
tsikllərin mümkün korlanmalannm, meşələrin qıniması, bərk süxurların
yerdəyişməsi, torpaq eroziyası və s. kimi əks təsirin he
92
saba alınmasına görə;
•
təbii proseslərlə birləşməsinin dərəcə və tətbiq növlərinin qarşılıqlı
əlaqəsinə görə-texnoloji proseslərdə çoxpilləli istifadəyə kənd təsərrüfatı su
dövriyyəsini sənaye və məişət su dövriyyəsinə qoşmaq;
•
texniki məsələlərin birliyinə görə sudan istifadənin təkmilləş-
dirilməsinə istiqamətləndirilməsi.
Dialektik yanaşma təbiətdən istifadə proseslərinin və təbii mühitin
mühafizəsində, regionların inkişafının digər aspektləri ilə qarşılıqlı
asılılıqda, ən sıx qarşılıqlı əlaqədə təzahür edir. Ətraf mühitin
problemlərinin həllində kompleks yanaşmanın reallaşması hökmən sistem
təhlil metodunun tətbiqini nəzərdə tutur.
Sosial-ekoloji-coğrafi yanaşma regionların ekoloji təhlilinin və
dialektik planlaşdırılmasmın mühüm məsələlərini irəlicədən müəyyən edir.
Həmçinin bu ərazidə məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsi,
yaşayış məntəqələrinin sosial-iqtisadi inkişaf planlan ilə regional enerji
sisteminin tarazlığının saxlanması probleminin əlaqəsini tamamlayır [161].
Ekoloji
planlaşdırmanın
xüsusiyyətləri
onun
obyektinin
özünəməxsusluğu ilə təbii mühitdə baş verən proseslərlə onların kifayət
qədər öyrənilməsi ilə, həmçinin antropogen təsirlərin həqiqi nəticələri ilə
bağlıdır, o cümlədən, landşaft tiplərinə müvafiq, çox ağır gərginlikli
ərazilərin göstəriciləri tam işlənməmişdir.
Buna görə də ekoloji planlaşdınimanın səmərəliliyinin ən mühüm şərti
təsəiTÜfatın və ətraf mühitin qarşılıqlı təsirinin nəticələrinin
qiymətləndirilməsi zamanı ərazinin təbii zonallıq və azonallıq
xüsusiyyətlərinin dəqiqliklə hesaba alınmasından ibarətdir. Zonal və azonal
amillərin məcmu30i mühüm dərəcədə təsərrüfat fəaliyyətinin nəticələrinin
səviyyəsini və xarakterini, həmçinin, onların ləğv edilməsi üzrə tədbirləri
müəyyən edir. Təbii xüsusiyyətlərin kompleks hesaba alınması, təbiətin
mühafizə tədbirlərinə vəsaitlə
93
rin səmərəli bölgüsünə daha çox imkanlar verir [163].
Fikrimizcə tədqiq edilən regionun geosisteminin təbii potensialının
hərtərəfli qiymətləndirilməsi lazımdır. Təbii proseslərin qarşılıqlı təsirinin
nəticələrini təmsil edən və onların insanların istifadəsindən asılı olmayaraq
obyektiv surətdə mövcud olan geosistemin potensialları aşağıdakı əsas
qruplara ayrılır:
•
yığılmış (akkumulyasiya) və dəyişilmiş maddələr potensialı-
regionların təbii sisteminin və təbii maddələri texniki cəhətdən yararlı
vəziyyətə çevirmək iqtidarında olması, məsələn, minerallar, enerji
daşıyıcıları, tikinti materiallan;
•
su potensialı - bitkiləri rütubətlə təchiz etməkdən və hidroloji qapalı
səth suları və yeraltı suları yaratmaqdan ötrü təbii sistemin yağıntıları
transformasiya etmək iqtidarında olması;
•
məhsuldarlıq potensialı - təbii sistemin fotosintez yolu ilə üzvi
maddələrin mənşəyini təyin etmək və bu prosesi daima təzələmək
iqtidarında olması;
•
dağılma, pozulma və öz-özünü təmizləmə potensialı-təbii sistemin
ərazidə təbii və yad maddələri, yəni tullantı qazları, çirkab suları, toz, zibil
tullantıları və s. məlum həddə ayırmaq və assimilyasiya etmək, onların
əraziyə və istehsal sahələrinə zərərli təsirini ləğv etməklə, bir müddətdən
sonra onları yenidən təbii dövrana cəlb etmək iqtidarında olması;
•
rekreasiya potensialı: təbii sistemin insanlara müəyyən yararlı, yeni
fiziki, psixoloji, estetik və s. təsir göstərmək iqtidannda olması. Düzdür, bu
potensial bir qayda olaraq ərazi üzrə qeyri-bərabər paylanıb və birinci
növbədə təbii vəziyyətdən, müxtəlif biokütlədən və relyefdən asılıdır.
Bundan başqa, digər təbii potensiallardan bioiqlim, meşə, kənd
təsərrüfatı torpaqları və s. çox böyük əhəmiyyətə malikdir.
Yuxarıda qeyd edilən təbii potensialların müəyyən əhəmiyyətini
mühüm dərəcədə zonal şəraitləri müəyyənləşdirir. Məsələn,
94
Dostları ilə paylaş: |