Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə35/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   ...   31   32   33   34   35   36   37   38   ...   119

Azərbaycanda  ekoloji  gərginlik  dərəcəsindən  asılı  olaraq,  ilk  dəfə 
ekoloji-coğrafi  rayonlaşdırma  aparan  B.Budaqovun  tədqiqatları  olduqca 
maraqlı  və  əhəmiyyətlidir.  O,  ekoloji  rayonlaşdırma  apararkən  üç  əsas 
amili  nəzərə  almışdır  [25,  26,  27].  Amillərdən  biri  təbii,  ikincisi 
antropogen,  üçüncüsü  isə  təbii-antropogendir.  Bunlann  hər  biri 
ayrı-aynhqda və hər üçü birlikdə ekoloji cəhətdən xüsusi gərgin rayonlar 
yaradır.  B.Budaqov  ekoloji-coğrafi  rayonlaşdırmada  üç  amilin  birliyini 
götürmüşdür.  O,  ətraf  mühitin  insan  sağlamlığına  olan  təsirini  də  nəzərə 
almışdır.  B.Budaqov  özünün  tərtib  etdiyi  Azərbaycan  Respublikasının 
ekoloji-coğrafi  rayonlaşdırma  xəritəsində  [27]  22  ekoloji-coğrafi  rayon 
ayırmışdır: Abşeron, Aran, Şərur-Ordubad, Dağlıq Şirvan, Böyük Qafqazın 
cənub  yamacı,  Qanıx-Əyriçay,  Xanlar,  Naxçıvan,  Laçın,  Lerik,  Şimal- 
Şərqi  Azərbaycan,  Gədəbəy,  Kəlbəcər,  Qobustan,  Acnohur,  Xaçmaz, 
Lənkəran, Gəncə-Ağdam-Ağsu, Bakı və Sumqayıt buxtaları. Neft daşları, 
Səngi-Muğan, Kür çayının mənsəbi. 
B.Budaqovun  ekoloji-coğrafi  rayonlaşdırma  prinsiplərindən  istifadə 
edərək  Ş.Xəlilov  2006-cı  ildə  nəşr  etdirdiyi  “Azərbaycanın  ekocoğrafı 
problemləri”  kitabında  ölkədə  mövcud  ekocoğrafi  problemləri  aşağıdakı 
regionlar üzrə vermişdir: - Böyük Qafqaz, Kiçik Qafqaz, Kür-Araz ovalığı. 
Orta Kür çökəkliyi, Abşeron yarımadası, Lənkəran təbii vilayəti, Naxçıvan 
Muxtar Respublikası [40]. 
Son  illər  ölkədə  aparılan  islahatlar  nəticəsində  Azərbaycanın 
iqtisadiyyatında qazanılan uğurları daha da inkişaf etdirmək, ölkənin bütün 
regionlarını  sosial-iqtisadi  baxımdan  yüksək  səviyyədə  inkişaf  etdirmək 
üçün  çoxlu tədbirlər həyata  keçirilir.  Düzdür,  ölkə  iqtisadiyyatını  bu  cür 
inkişaf etdirmək bir tərəfdən regionların iqtisadi inkişafına şərait yaradırsa, 
digər  tərəfdən,  bəzi  regionlarda  ekoloji  böhran  yaradır.  Bu  və  ya  digər 
amillər  ölkə  ərazisində  sosial-iqtisadi  və  təbii-coğrafi  tədqiqatların 
aparılmasını zəruri edir. 
Bu tədqiqatlar içərisində iqtisadi-ekoloji rayonlaşdırmanın əhəmiyyəti 
böyükdür.  Bu  sahədə  aparılan  tədqiqatlar  barədə  yuxarıda  qeyd  edildi. 
Onların təhlili göstərdi ki, rayonlaşdırma məhz o vaxt ətraflı olur ki, onun 
əsasmda təsərrüfat və ətraf mühitin resurslan arasında 
109 


əlaqələr, həmçinin ərazinin özünəməxsus ekoloji problemləri dursun. Belə 
yanaşma iqtisadi-ekoloji rayonlaşdırma aparmağa imkan yaradır. 
Hər bir regionun malik olduğu ehtiyat və imkanlardan səmərəli istifadə 
olunması,  onların  təsərrüfatları  ərazi  quruluşunun  təkmilləşdirilməsi 
bilavasitə  ictimai  istehsalın  ərazi  üzrə  təşkilinin  ən  mütərəqqi  formaları 
olan ərazi-istehsal kompleksləri və sənaye qovşaqlarınm formalaşmasmm 
inkişafı hesabına təmin olunur [105]. 
Qeyd etmək lazımdır ki, əvvəllər ərazi-istehsal kompleksləri və sənaye 
qovşaqlan  zəngin  mineral-xammal  rayonlarından,  iri  sənaye  mərkəzləri 
bazasından  formalaşırdı,  hazırda  bunlar  regionların  malik  olduqlan  yerli 
kənd təsəırüfatı xammalı digər potensial ehtiyatlardan, əmək resurslarından 
da səmərəli istifadə olunmasında apancı rol oynayırlar. 
Sənaye  qovşaqlarının  sayı,  formalaşma  səviyyəsi  və  ərazi  üzrə 
paylanması,  regionlarda  sosial-iqtisad  inkişafın,  istehsalın  ərazi  üzrə 
səmərəli  təşkili  səviyyəsini  ifadə  edir.  Apardığımız  hesablamalara  görə, 
hazırda respublikada istehsal olunan ümumi sənaye məhsulunun 95%-i 15 
sənaye  qovşağının  payına  düşür.  Ayrı-ayrı  sənaye  sahələrindən  yanacaq, 
elektroenergetika,  əlvan  və  qara  metallurgiya,  maşmqaymna,  kimya 
sənayesi,  yüngül  və  yeyinti  sənaye  sahələri  üzrə  sənaye  qovşaqlarının 
xüsusi çəkiləri yüksəkdir. 
Ölkədə  hər  bir  regionun  sənayesində  sənaye  qovşaqları  aparıcı  rol 
oynayır.  Hesablamalar  göstərir  ki,  ölkənin  regionlarında  istehsal  olunan 
sənaye  məhsulunun  orta  hesabla  80%-dən  çoxu,  onlann  ərazilərində 
formalaşan sənaye qovşaqlarının payına düşür. Məsələn, Abşeron iqtisadi 
rayonunda istehsal olunan sənaye məhsulunun, sənaye istehsal heyətinin və 
əsas  istehsal  fondlarının  iki  sənaye  qovşağının  Bakı  və  Sumqayıt, 
Gəncə-Qazax  iqtisadi  rayonunda  isə  sənaye  məhsulunun  65%-i, 
sənaye-istehsal  heyətinin  80%-dən  çoxu  Gəncə  və  Qazax  sənaye 
qovşaqlarının payma düşür [89]. 
Azərbaycan  iqtisadi  coğrafiya  elminin  görkəmli  alimi,  prof. 
Ə.M.Hacızadə  özünün  “Azərbaycan  sənaye  kompleksi”  kitabında 
respublikanın bütün sənaye məntəqələrini və sənaye müəssisələrini 
110 


 
Ətraf mühitə təsirin xarakterinə görə ərazi-istehsal komplekslərinin qruplaşdırılması 
 
Ətraf mühitə təsir tipləri 
Hasilat s
ə
nayesinin t
əsiri ilo(Bakı,Şirvan,
 
Siy
ə
z
ən,Salyan, Neftçala, Daşkə
s
ə
n, 
imişli,Naxçıvan, Gə
d
ə
b
ə
y. Qazax. 
Balak
ən, Ağdə
r
ə, Abşeron)
 
jf-yj Neft-kimya saneyisinin teslrl ile 
L

^

> 
(Bakı, Şirvan, Salyan, Neftçala, Siyə
z
ə
n, 
Sumqayıt)
 
Ağır sə
nayenin dlgar sah
ə
lerinin tesirila 
(Bakı, Sumqayıt. Şirvan, Mingəçevir,
 
G
ə
nc
ə. Daşkə
s
ə
n) 
istehsalın azirkiandirici sahelerinin
 
IV 
teslri lla(Xaçmaz.Şabran.Qebele,Lə
nk
ə
ran 
L _^ J Masallı, 
C
əlilabad,Ağdam.Bə
rd
ə
,Ucar, 
^^ İmişli, Qax, Göy
-
göl, Tovuz. Şə
mkir, 
Samux) 
V S
ənayenin müxtə
lif sah
ə
l
ə
rinin t
ə
siri il
ə
 
un 
(Qusar. Şamaxı, Naxçıvan, Bilə
suvar. 
Ağdam, Oğuz. Sabirabad. Saatlı,
 
Ağsta^, Şə
mkir,Xank
ə
ndi) 
w| Qanşıq(sə
naye v
ə
 k
ə
nd t
0
serrüfatı)tes
irl 
(Şəki, Quba, Astara, Şəmkir, Ağsu,
 
ismayıllı, Göyçay. Salyan, Neftçala,
 
Zaqataia, Goranboy, Əskeran,
 
Qobustan.Hacıqabul, Abşeron,)
 
K
ə
nd t
ə
s
ərrüfatının tə
siri il
ə
 
Vii 
(Salyan,İmişli.Sabirabad.Saatii.Beylə
qan, 
- j 
Neftçala,Kürdemir,Ağcabə
di,B
ə
rde,Yevlax, 
Şəki, Qobustan, Füzuli, Tə
rt
ər, Ağdam.
 
Z
ərdab,Ağdaş)
 
Dağlıq ə
razil
ə
rin t
ə
s
ərrüfat sahə
l
ə
rinin 
l llj . t
ə
siril
ə
 
(Naxçıvan, Cəbrayıl,Qubadlı,
 
1
111 H Z
əngilan, Laçın, Kə
lb
ə
c
ər, Daşkə
s
ə
n, 
G
ə
d
ə
b
ə
y, Lerik,Y
ərdımlı.Şamaxı.İsmayıllı,
 
Qobustan. Xızı, Qax, 
Zaqataia) 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə