Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə36/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   ...   32   33   34   35   36   37   38   39   ...   119

iqtisadi-coğrafi  tədqiqatların  məlumatlarına  əsasən,  müxtəlif  formalaşma 
mərhələsində  olan  10  sənaye  qovşağına  ayırmışdır;  -  Bakı,  Sumqayıtın, 
Kirovabad  (Gəncə)-  Daşkəsən,  Əlibayramlı  (Şir-  van)-Salyan, 
Yevlax-Mingəçevir,  Şəki-Zaqatala,  Ağdam-Bərdə,  Siyəzən-Quba,  Dağlıq 
Qarabağ,  Naxçıvan.  Həmçinin  Respublikada  sənaye  qovşaqlarının 
sahəsini: - 1600-dən 4600 km^-ə qədər təşkil etdiyini göstərmişdir [110]. 
Hələ  keçən  əsrin  70-80-ci  illərində  ümumi  məhsulun  dəyərinin  əsas 
hissəsi, istehsal heyətinin ümumi sayı və əsas istehsal fondlarının dəyərinin 
mühüm  hissəsi  yuxanda  qeyd  olunan  10  sənaye  qovşağının  şəhər  və 
qəsəbələrində cəmlənmişdir. Xüsusilə sənayenin yüksək təmərküzləşməsi 
Bakı sənaye qovşağında müşahidə edilirdi. Əlbəttə sənaye istehsalının belə 
təmərküzləşməsi, respublikanın ərazisi üzrə sənayenin yerləşməsində olan 
böyük çatışmazlıq- lan göstərirdi. Belə şərait öz növbəsində iqtisadiyyatın 
regional  baxımdan  inkişafına  mənfi  təsir  göstərmiş,  regionların  inkişafı 
arasında  fərqin artmasına, bir çox yerlərdə sosial-iqtisadi, demoqrafik və 
ekoloji  vəziyyətin  ağırlaşmasına  səbəb  olmuşdur.  Hazırda  bu  ciddi 
problemlərin  həlli  ilə  əlaqədar  ölkədə  çox  işlər  görülür.  İri  sənaye 
qovşaqlarının  artımının  qabağının  alınması,  sənayenin  imkan  daxilində 
respublika  ərazisi  üzrə  paylanması,  iqtisadi  effektivliyi  nəzərə  almaqla 
istehsalın  yerləşməsi,  kiçik  və  orta  şəhərlərin  inkişafına  şərait  yaradır. 
Bununla  əlaqədar  regionların  sosial-iqtisadi  inkişafının  Dövlət 
Proqramında  ayrı-ayrı  regionlarda  iqtisadiyyatın  inkişafını  sürətləndirən 
amillərlə bağlı dövlət dəstəyinin əsas istiqamətləri müəyyən edilmişdir. 
Odur  ki,  rayonlarda  mövcud  potensialdan  səmərəli  istifadə  etməklə 
iqtisadiyyatın  ayrı-ayrı  sahələrinin  inkişafına,  istehsal  müəssisələrinin 
fəaliyyətinin  daha  da  genişləndirilməsi  hesabına  yaxın  illərdə  mövcud 
sənaye  qovşaqlarının  təkmilləşdirilməsinə  və  yeni  sənaye  qovşaqlarının 
formalaşmasına  imkan  yaranacaqdır.  Yeni  təbii  və  iqtisadi  resursların 
mənimsənilməsi əsasında Gədəbəy- Qazax, İmişli və Lənkəran zonalarında 
yeni  sənaye  qovşaqlarının  formalaşması  güclənəcəkdir.  Nəticədə  ölkədə 
sənaye qovşaqlarının 
112 


sayı artacaqdır. 
Göründüyü kimi, ölkənin iqtisadi inkişafında sənaye qovşaqlarının rolu 
çox  böyükdür.  Sənaye  qovşaqlarında  sənaye  istehsalının  güclü  inkişafı 
onlann daxil olduqları regionlarda ekoloji situasiyanın ağırlaşmasına şərait 
yaradır. Buna görə də, ölkədə iqtisadi-ekoloji rayonlaşdırma aparılmasında 
sənayenin ətraf mühitlə qarşılıqlı əlaqəsi hökmən əsas götürülməlidir. 
Tərtib edilmiş xəritə-sxem 1-də, ölkə üzrə inzibati rayonların istehsal 
sahələrinin  tipologiyası  əsasında  ətraf  mühitə  təsirin  xarakterinə  görə 
ərazi-istehsal 
komplekslərinin 
qruplaşdırılması 
aparılmışdır. 
İqtisadi-ekoloji  rayonlaşdırmanın  inteqral  (ümumi)  sxeminin  işlənib 
hazırlanması, cəmiyyətin təbii mühitə kompleks təsirini əks etdirən xüsusi 
sahəvi ümumiləşdirməyə və təhlilə əsaslanan rayonlaşdırma olduqca böyük 
aktuallığa  malikdir.  Rayonlaşdırmanın  xüsusi  (sahəvi)  növünün  böyük 
təcrübi  əhəmiyyəti  vardır.  Məsələn,  ərazinin  rekreasiya  məqsədləri  üçün 
rayonlaşdırılması, su təsərrüfatı rayonlaşdıniması və s. Layihələşdirmə və 
planlaşdınna  proseslərində  layihə  hesablamalan  həyata  keçirilən  zaman 
geniş  istifadə  edilir.  İnteqral  rayonlaşdırma,  hər  şeydən  əvvəl  ekoloji 
amillərin  nəzərə  alınması  ilə  məhsuldar  qüvvələrin  yerləşdirilməsi,  ətraf 
mühitin mühafizəsi üzrə qərarlann qəbul edilməsi, monitorinq keçirilməsi 
və 
təbiətdən 
istifadənin 
idarə 
edilməsi 
xüsusilə, 
istehsalın 
ekologiyalaşdırılması  dərəeəsinin  yüksəldilməsi  üzrə  ardıcıl  tədbirlərin 
görülməsi nöqteyi-nəzərindən böyük maraq doğurur. 
Xüsusi  (sahəvi)  rayonlaşdırmadan  fərqli  olaraq  inteqral  (ümumi) 
iqtisadi-ekoloji rayonlar qarışıq əlaqəli iqtisadi-ekoloji hadisələrin çoxluğu 
ilə  səciyyələnən  ərazilərdən  ibarətdir.  İqtisadi-ekoloji  rayonların  mühüm 
əlaməti  regionun  müəyyən  təbii  şəraitlə  istehsalın  təsiri  altında 
ixtisaslaşmasının  formalaşması,  iqtisadi-ekoloji  proseslərin  nisbi 
ardıcıllığının  olmasıdır.  Başqa  sözlə,  inteqral  iqtisadi-  ekoloji  rayon 
müəyyən kompleks ekoloji problemlərlə təbii mühit və sosial-iqtisadi sahə 
arasında özünə məxsus qarşılıqlı əlaqəli ərazidən ibarətdir. Bundan başqa 
inteqral  ekoloji-iqtisadi  rayon  ölkənin  ekoloji-iqtisadi  rayonlaşdırılması 
sisteminin həlqəsini təşkil 
113 


edir. 
İqtisadi-ekoloji rayonlaşdırmanın şəbəkələrinin əsaslandırılması üsulu, 
fıkrimizcə, mərhələli tədqiqatlarla yerinə yetirilməlidir. 
Birinci,  sosial-iqtisadi  yarımsistemlərin  ətraf  mühitə  təsirinin 
xarakterinə  görə,  mezo  rayon  (ərazi-istehsal  kompleksləri,  sənaye 
qovşaqları)  səviyyəli  tipoloji  qruplaşma  ərazinin  tipoloji  qruplaşdı- 
rılmasmda  ərazinin  təsərrüfat  cəhətdən  mənimsənilməsinin  səviyyəsini 
ölçmək  üçün  (1  km^  ərazi  hesabı  ilə)  istehsal  fondlarının  dəyərinin 
böyüklüyünə,  əhalinin  sayının  ümumi  daxili  məhsulun  dəyərinə  görə 
göstəricilərin toplusu hesablanmışdır. 
Fikrimizcə ətraf təbii mühitə kompleks gərginliklə səciyyələnən əsas 
göstəricilər kimi, aşağıdakıların baxılması ola bilər; 

 
İstehsal fondlannın ərazi təmərküzləşmə dərəcəsi

 
Əhalinin sıxlığı; 

 
Şəhər əhalisinin xüsusi çəkisi

 
Nəqliyyat yollannm sıxlığı; 

 
Mineral xammal hasilatının ərazi təmərküzləşməsi səviyyəsi. 
Öyrənilən göstəricilərin dairəsini sözsüz genişləndirmək olar, 
lakin  bu  variantda o,  kifayət  qədər  təbii  mühitə  göstərilən  əsas  gərginlik 
növlərini kompleks səciyyələndirir. 
Hər  bir  mezorayon  üzrə  bütün  bu  göstəricilər,  bütövlükdə  ölkə  üzrə 
orta  göstəricilərlə  tutuşdurulur  və  müvafiq  əmsallar  aşkar  edilir. 
Mezorayonun  ümumiləşdirici  göstəriciləri  əmsallardan  orta  hesablama 
məlumatları çıxarmaq yolu ilə alınır. 
İkinci,  eyni  qrupa  daxil  olan  mezovahidliklerin  birləşməsi  əsasında 
rayonlar yaranır. Bundan sonra ekoloji birliyin-təbii şəraitin bütövlüyünün, 
yaxud  da,  zonal  xüsusiyyətlərinin  oxşarlığının  nəzərə  alınmasına  xüsusi 
diqqət yetirilir. Burada həmçinin müxtəlif zonalar və yanm zonalarda təbii 
mühitdən  istifadə  olunma  dərəcəsinin  qiymət  cədvəlindən  düzəldici 
(təshih) əmsallar kimi istifadə etmək məqsədəuyğundur. 
Aparılan  tədqiqatların  nəticələri  respublika  ərazisində  14-dən  çox 
ekoloji-iqtisadi rayonların ayrılmasına imkan verilmişdir
114 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə