Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə39/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   ...   35   36   37   38   39   40   41   42   ...   119

də emal sənayesidir. Burada çıxarılan neftin əsas hissəsi yerli nefta- yınna 
zavodlarında  emal  olimur.  Qaz  sənayesi  Bakının  ən  mühüm  sənaye 
sahələrindən biridir. Emal edilmiş təbii qazdan sənayedə və məişətdə geniş 
istifadə  olunur.  Rayonun  təsərrüfat  kompleksinin  elektrik  enerjisi  ilə 
təchizatında yerli yanacaqla işləyən istilik-elektrik stansiyaları mühüm rol 
oynayır.  Bu  sahələrin  inkişafı  ilə  əlaqədar  kəskin  ekoloji  problemlər 
yaranır. Xüsusilə rayonun hava hövzəsinin çirklənməsində sahənin rolu çox 
böyükdür. 
Neft-kimyası  və  kimya  sənayesi  müəssislərində  istehsal  olunan 
məhsulların  iqtisadi  əhəmiyyəti  nə  qədər  böyük  olsa  da,  yaratdığı 
iqtisadi-ekoloji problemləri bir o qədər üstünlük təşkil edir. 
Sənayenin  mütərəqqi  sahələrinin  yüksək  templə  inkişafı  Bakı 
iqtisadi-ekoloji  rayonunun  müasir  inkişafım  səciyyələndirən  başlıca 
şərtlərdən  biridir.  Bunu  maşınqayınna  və  metal  emalı  sənayesinin 
timsalında daha aydın görmək olar. Düzdür, maşınqayırma və metal emalı 
sənayesinin bir sıra sahələrinin fəaliyyəti dayansa da, lakin rayonun digər 
emal  sənaye  sahələrinə  nisbətən  onun  artım  sürəti  son  illər  4,5  dəfə 
olmuşdur. İqtisadi-ekoloji rayonda istehsal olunan sənaye məhsulunun 20,2 
faizi sənaye-istehsal heyətinin, 32,3 faizi və əsas istehsal fondlarının 14,5 
faizi maşınqayırma və metal sənayesinin payına düşür [12]. Maşınqayırma 
və  metal  emalı  sənayesinin  belə  yüksək  inkişaf  tempi  ilə  yanaşı  onun 
özünün  tərkibində  bö)4ik  mütərəqqi  dəyişiklik  baş  vermişdir.  Belə  ki, 
maşm-  qayınna  sənayesinin  tərkibində  onun  ekoloji  cəhətdən  daha 
mütərəqqi  və  perspektivli  sahələri  olan  elektron,  elektrotexnika, 
cihazqayırma və s. bu kimi sahələrin inkişaf tempi daha yüksək olmuşdur. 
Sənayenin  digər  sahələrinin-elektroenergetika,  metallurgiya,  tikinti 
materialları sənayesi, meşə və ağac emalı, yüngül və yeyinti sənayesi və s. 
sahələr  iqtisadi-ekoloji  rayonun  formalaşması  və  inkişafında  mühüm  rol 
oynayacaqdır. 
Bakı  ekoloji-iqtisadi  rayonu,  ölkəmizin  paytaxtını  əhatə  etdiyi  üçün, 
burada  dövlət  idarə  orqanları,  şirkətlər,  kooperativ  və  ictimai  təşkilat 
idarələri cəmlənmişdir. Bakı şəhərinin əhalisi durmadan 
122 


artır.  Şəhərin  qəsəbələrlə  birlikdə  əhalisi  2  mln.  nəfərdən  çoxdur.  Təbii 
artım  qəsəbələrdə  daha  yüksəkdir.  Bakı  şəhəri  respublikanın  yüksək 
ixtisaslı  kadrlarının  əsas  hissəsini  özündə  cəmləşdirmişdir.  Hazırda 
rayonda təsərrüfatın bütün sahələrində əmək ehtiyatlanna olan tələbatın tam 
ödənilməsi ilə yanaşı, burada xeyli sərbəst işçi qüvvəsi mövcuddur [29]. 
İqtisadi-ekoloji  rayonda  yaranmış  demoqrafik  situasiya  əmək  tutumlu 
istehsal  sahələrinin  yaradılmasına,  yeni  yaşayış  massivlərində  və 
qəsəbələrdə  qadınlar  üçün  əsas  iş  yerlərinin,  məktəbəqədər  uşaq 
müəssisələrinin yaradılmasım tələb edir. 
Bakı  iqtisadi-ekoloji  rayonu  böyük  sənaye  qovşağı  olub  ümumi  yük 
dövriyyəsinə  və  sərnişin  daşınmasına  görə  Cənubi  Qafqazda  strateji  yer 
tutur.  Balanın  ərazisindən  Rusiya,  Gürcüstan  və  Mərkəzi  Asiya 
istiqamətində  dəmiryol  xətləri  keçir.  Gələcəkdə  Tbilisi  və  Türkiyədən 
keçəcək  dəmiryol  xətti  Bakını  Avropa  ölkələri  ilə  birləşdirəcəkdir.  Bakı 
Xəzər  dənizində  mühüm  liman  şəhəridir.  Bu  liman.  Xəzər  dənizi, Volqa 
çayı, Volqa-Baltik su yolu, Volqa-Don kanalı vasitəsilə dünya limanları ilə 
əlaqə  saxlayır.  Bakı  həm  də  ölkə  və  beynəlxalq  əhəmiyyətli  böyük  şose 
yolları qovşağıdır. Rayonda nəqliyyatın yaratdığı ekoloji problemlərin həlli 
istiqamətində  bÖ3Üik  işlərin  görülməsi  planlaşdırılmışdır.  Bakı 
iqtisadi-ekoloji  rayonunda  şəhərdaxili  nəqliyyat  sistemi  əhalinin  yaşayış 
yerləri  ilə  iş  yerləri,  işgüzar  mərkəz  və  istirahət  zonaları  arasında 
gedib-qayıtma  hərəkətini  təmin  edən  metropoliten,  şəhərətrafı  qatarlar, 
marşrut  avtobusları  və  s.  mühüm  rol  oynayır.  Bununla  yanaşı 
iqtisadi-ekoloji rayonda son illər avtomobillərin sayı sürətlə artmışdır. Bakı 
şəhər dövlət yol polisi idarəsinin verdiyi məlumatlara görə, hazırda şəhərdə 
1  milyondan  artıq  avtomobil  vardır.  Bu  da  şəhərin  hava  hövzəsinin 
çirklənməsində  mühüm  mənbədir.  Bundan  başqa  şəhərdə  bu  qədər 
avtomobilin aramsız hərəkəti, səs siqnalları güclü səs mənbəyidir. Bu səslər 
normadan 1.5-20 dəfə çox səs yaradır ki, bu da sağlamlığa birbaşa təsir edir. 
Bakı şəhərində əhalinin 70%-i güclü səs zonalarında yerləşir [31]. Aparılan 
hesablamalar  göstərir  ki,  hazırda  Bakı  şəhərində  havanın  40  faizə  qədəri 
avtomobillər va 
123 


sitəsilə  çirkləndirilir.  Şəhərdə  havanın  çirklənməsinin  qarşısım  almaq 
məqsədilə  avtobus  və  avtomobil  nəqliyyatının  fəaliyyəti  mümkün  qədər 
məhdudlaşdınimahdır,  onların  elektrikləşdirilmiş  nəqliyyat  vasitələri  ilə 
əvəz edilməsi məqsədəuyğundur. Tramvay və trolleybus Bakıda sərnişin 
və yükdaşımanı sürətləndirmək məqsədilə dairəvi və kəsə şosse yollanmn 
tikintisi davam etdirilməlidir. 
Bakı iqtisadi-ekoloji rayonu həm də böyük tikinti meydançasıdır. Hələ 
vaxtilə bizim şərq cəmiyyətinə xas olan qarmaqanşıq tikilmişdir. İlk dəfə 
sovet  hakimiyyəti  illərində  işlənib  hazırlanmış  baş  plan  əsasında  Bakı 
yenidən qurulmağa, həyat şəraitinə həmahəng tikilməyə başlamışdır. Hətta 
Bakının  ikinci  Baş  planında  2005-ci  ildə  şəhər  əhalisinin  adambaşına 
mənzil təminatı 11,5 m^- dən 18 m^-ə çatdırılması nəzərdə tutulmuşdur. 
Həmçinin Baş- planda şəhərin ekoloji mühitinin planlı şəkildə qurulması 
da öz əksini tapmışdır. Düzdür, hazırda Bakı şəhərində böyük quruculuq 
işləri  apanlır.  Yeni  məhəllələr,  parklar  və  bulvarlar  salınır.  Hətta  köhnə 
binaların yenidən qurulması və bərpa edilməsi bir çox ölkələr üçün örnək 
olmuşdur.  Tarixi  memarlıq  abidələrinin  yenidən  bərpa  edilməsi  şəhərə 
estetik gözəllik verir. Bununla yanaşı bəzi yerlərdə tikilən müasir binalar 
bizim  şərq  cəmiyyətinə  xas  olan  qar-  maqarı-  şıqhğa  sadiqliyi  özündə 
saxlayır, bu da şəhər ekologiyasına çox böyük mənfi təsir göstərir. Hətta 
bəzi  yerlərdə  köhnə  tikililər  sökülür  və  onun  əvvəlki  yerindən  də  bir  az 
küçə tərəfə yenidən tikilir və nəticədə küçənin darlaşmasına şərait yaradır. 
Bəzi  yerlərdə  isə  şəhərin  memarlıq  abidələrinə  mənfi  təsir  göstərən 
tikililər,  on-  lann  estetik  görkəmini  itirir.  Bundan  başqa  Bakı  amfiteatr 
ərazisinin məhdud imkanları ilə əlaqədar, nisbətən boş ərazilərdə-Mərdə- 
kanda,  Dübəndidə,  Ələtdə,  Hövsanda,  Türkanda  və  s.  tikililəri  davam 
etdirmək məqsədəuyğundur. 
Bakı  iqtisadi-ekoloji  rayonunun  formalaşması  və  inkişafının  əsas 
istiqamətlərindən  biri  də  onun  istehsal  strukturunun  təkmilləşdiril- 
məsindən,  bəzi  sənaye  müəssisələrinin  şəhər  daxilindən  kənarlara 
çıxarılmasından  ibarətdir.  Ətraf  mühitin  çirkləndirilməsinin  qarşısının 
alınması üçün iqtisadi-ekoloji tədbirlərin həyata keçirilməsi 
124 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə