Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə47/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   ...   43   44   45   46   47   48   49   50   ...   119

tehsal  edən  zavodlar  yeganə  müəssisələr  idi.  Şəhərin  ixtisaslaşma 
istiqamətini müəyyən edən sənaye sahələrindən biri də kimya sənayesi idi. 
Şüşə-mahlıc və rezin-texniki məmulatları zavodlan ilə təmsil olunan sahə, 
şəhərin ümumi sənaye məhsulunun 25 faizini verirdi. Qeyd olmıan sənaye 
sahələrinin  ekoloji  cəhətdən  yenidən  qurulması  və  daha  da 
təkmilləşdirilməsi  Mingəçevir  şəhərinin  sosial-iqtisadi  inkişafına  və 
əhalinin  işlə  təmin  olunmasına,  ətraf  mühitin  yaxşılaşdınimasma  şərait 
yaradar. 
Elektroenergetika  sənayesinin  inkişafı  ilə  əlaqədar  yaranmış  istehsal 
sahələrindən biri də tikinti materialları sənayesidir. Yerli xammal əsasında 
inkişaf edən sahə müxtəlif tikinti məmulatları istehsal etməklə yanaşı ətraf 
mühitin,  xüsusilə  atmosferin  çirklənməsində  böyük  rol  oynayır.  Bütün 
bunlarla yanaşı. Mingəçevir şəhərində yüngül və yeyinti sənaye sahələri də 
inkişaf  etmişdir.  Bu  sahələrin  ekoloji  cəhətdən  yenidən  qurulması  və 
təkmilləşdirilməsi  şəhərin  özünün  və  habelə  ətraf  yaşayış  məntəqələrinin 
qadın əmək ehtiyatlarının istehsala cəlb edilməsində mühüm rol oynayır. 
Mingəçevir-Yevlax  iqtisadi-ekoloji  rayonunun  iqtisadiyyatının 
inkişafında  Yevlax  şəhərinin  də  rolu  böyükdür.  Burada  əsasən  yüngül 
sənaye inkişaf etmişdir. 1978-ci ildə istifadəyə verilmiş Yevlax yunyuma 
fabrikini,  respublikanın  ən  iri  yüngül  sənaye  müəssisələrindən 
pambıqtəmizləmə  zavodunu  qeyd  etmək  olar.  Yevlax  taxıl  məhsullan 
kombinatı respublikanın bir çox rayonlanna qüvvəli yem göndərir. Yevlax 
şəhərinin əlverişli nəqliyyat-coğrafi mövqeyi ətraf rayonlara nəqliyyat və 
anbarsaxlama  xidməti  göstərməyə  imkan  yaradır.  Gələcəkdə  burada  yeni 
sənaye müəssisələrinin yaradılması üçün böyük imkanlar vardır. Ən böyük 
imkanlardan biri burada, həmçinin ətraf yaşayış məntəqələrində çox böyük 
sərbəst əmək ehtiyatlarının olmasıdır ki, bunların da işləməsi üçün sənaye 
müəssisələrinin tikilməsi əhali axınının qarşısını alardı. 
11.
 
Şirvan  iqtisadi-ekoloji  rayonunun  tərkibinə  Şirvan  ərazi  dairəsi 
(Şirvan  şəhəri  və  Hacıqabul  qəsəbəsi)  daxildir.  Əhalisi  85  min  nəfərdən 
çoxdur.  İqtisadi-ekoloji  rayon  neft-qaz  hasilatı  və  elektroenergetikanın 
inkişafı əsasında formalaşmışdır. O, əlverişli iqti 
146 


sadi-coğrafı  mövqeyə  malikdir.  Müasir  standartlara  cavab  verən 
Avropa-Asiya nəqliyyat dəhlizinin, İpək yolunun, Bakı-Tbilisi- Qars dəmir 
yolu  xəttinin  və  bir  sıra  beynəlxalq  əhəmi)^ətli  neft  və  qaz  kəmərləri 
üzərində  yerləşməsi  bu  iqtisadi  -  ekoloji  rayonun  ölkənin  təsərrüfat 
sistemində mühüm rol oynamasım təmin edir. Onun Bakı iqtisadi-ekoloji 
rayonunun  yaxınlığında  yerləşməsi  rayonda  müasir  sənaye  sahələrinin 
inkişafına şərait yaradır. 
Şirvan iqtisadi - ekoloji rayonu Kür - Araz ovalığmda yerləşir. Rayon 
bütövlükdə düzənlik ərazidə yerləşməsinə baxmayaraq, burada bir sıra tirə 
və  təpəliklər  də  vardır.  Həmçinin  rayonun  ərazisi  daxilində  Şirvan  və 
Cənub-Şərqi  Şirv'an  düzündə  bir  çox  sönmüş  və  fəaliyyətdə  olan  palçıq 
wlkanları yerləşir. 7 ballıq zəlzələ zonasında yerləşən rayonun ərazisi neft 
və qaz ehtiyatlan ilə zəngindir. Çöküntü süxurlarının yayıldığı ərazilərdə 
tikinti-xammal 
ehtiyatları  yerləşmişdir.  Şirvanda  gil  yataqları 
iqtisadi-ekoloji  rayonun  mühüm  təbii  sərvətlərindən  olub  kərpic  və 
keramika məhsullarının istehsalında istifadə olunur. Şirvan şəhəri ətrafında 
əhəng daşı və qum ehtiyatları, Hacıqabul yaxınlığında, Atbulaqda tikinti 
qumu, Udulu və Atbulaqda əhəng daşı ehtiyatlan vardır. 
Şirvan iqtisadi-ekoloji rayonu əlverişli təbii iqlim şəraitinə malikdir. 
İqlimin  təsərrüfatın  ərazi  təşkili  və  ixtisaslaşmasında  rolu  böyükdür. 
Bui’ada  günəşli  saatlarının  miqdarı  2200-2400  saat  arasında  dəyişir. 
Havanın orta illik temperaturu 14-15°C-dir. Heç də təsadüfi deyildir ki, XX 
əsrin  60-cı  illərində  keçmiş  SSRİ-nin  təcrübəsində  ilk  dəfə  istehsal 
qurğuları açıq havada yerləşən, gücü 1,2 mln.kvt olan DRES tikilmişdir. 
Belə  əlverişli  iqlim  şəraiti  bu  gücdə  istilik-elektrik  stansiyasının  tikinti 
xərclərinin azaldılmasına imkan yaratmışdır. 
Şirvan  iqtisadi-ekoloji  rayonunda  əhalinin  şirin  suya  tələbatının  və 
sənayenin tələbatının ödənilməsində Kür çayı əsas mənbədir. Lakin bəzi 
hallarda məişət və sənaye müəssisəsindən çirkab suları təmizlənmədən Kür 
çayına axıdılır, bu da suyun keyfiyyətinə pis təsir göstərir. İqtisadi-ekoloji 
rayonun ərazisi daxilində yerləşən Hacıqabul gölü balıqçılıq təsərrüfatının 
inkişafı üçün əhəmiyyətli 
147 


dir. Lakin son dövrlər gölün ekoloji şəraiti pisləşib, səviyyəsi aşağı düşüb 
və  göldə  sujoın  keyfiyyəti  pisləşib.  Gölün  vəziyyətinin  pisləşməsində 
antropogen amil başlıca rol oynamışdır. 
Yuxanda  qeyd  edilən  təbii  resurs  amilləri  iqtisadi-ekoloji  rayonun 
sosial-iqtisadi inkişafında mühüm rol oynamışdır. Gələcəkdə bir çox yeni 
istehsal sahələrinin inkişafına şərait yaradacaqdır. Rayonun zəngin neft-qaz 
ehtiyatlarının istismarına hələ keçən əsrin 50-ci illərindən başlanılmışdır. 
Onun  əsasında  “Şirvanneft”  neft  və  qazçıxarma  idarəsi  yaradılmışdır. 
Hazırda burada ildə 450-550 min ton neft, 20-21 milyon m^ təbii qaz hasil 
edilir.  Bu  dövrdə  iqtisadi-  ekoloji  rayonun  ərazisində  neft-qaz  hasilatı 
mədənlərinin ərazilərində ətraf mühitin çirklənməsi halları baş vermişdir. 
Neft  hasilatı  və  daşınması  zamanı  torpaq  örtüyünə  mənfi  təsir,  ərazidə 
ekoloji gərginliyi artınmşdır. 
Şırvan  iqtisadi-ekoloji  rayonunda  ekoloji  cəhətdən  gərgin  vəziyyət 
yaradan  mənbələrdən  biri  də  elektroenergetika  sənayesidir.  Şirv'an 
DRES-in fəaliyyəti nəticəsində atmosferə güclü miqdarda zəhərli maddələr 
atılır.  Əldə  edilmiş  məlumatlann  təhlili  göstərir  ki,  Şirvan  DRES-i 
tərəfindən  hər  il  atmosferə  4536  ton  kükürd  an-  hidridi,  291  ton  karbon 
2-oksidi,  10275,3  ton  azot  4-oksidi,  7857,2  karbohidrogenlər  atılmışdır. 
Daim  hərəkətdə  olan  hava  bu  tullantıları  uzun  müddət  özündə  saxlayıb 
onları  şəhərin  və  digər  qonşu  rayonların  ərazisinə  tədricən  çökdürür. 
İnsanların  sağlamlığına,  torpağa,  su  mənbələrinə,  bitki  örtüyünə,  mənfi 
təsir  göstərərək  çox  böyük  ekoloji-iqtisadi  zərər  vurur.  Belə  bir  zərərli 
hadisələrin  qarşısım  almaq  üçün  rayonun  istilik-elektrik  stansiyasında 
kimya və tikinti materialları sənayesi müəssisələrində yeni texnologiyanın, 
tullantısız emal proseslərinin tətbiqini həyata keçirmək, tərkibində zərərli 
maddələr  olan  xammallann  əvvəlcədən  təmizlənməsini  qabaqcadan 
planlaşdırmaq lazımdır. 
Şirvan  iqtisadi-ekoloji  rayonunda  uzun  illər  neft-qaz  hasilatı  ilə 
əlaqədar  Mişovdağ  və  şəhər  ətrafı  ərazilərdə  təxminən  100  hektar  ərazi 
neft-qaz hasilatı sənayesi, məişət tullantıları və təsərrüfatın digər foımaları 
ilə korlanmışdır. Bu ərazilərdə ətraf mühitin müha- 
148 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə