Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə50/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   ...   46   47   48   49   50   51   52   53   ...   119

Artıq  ətraf  mühitlə  əlaqədar  proqnozlaşdırma  haqqında  ən  geniş 
mənada “ekoloji proqnozlaşdırma” barədə danışmaq olar. Baxmayaraq ki, 
onun  şərhi  birmənalı  deyil,  lakin  elmi  ədəbiyyatlarda  “ekoloji 
proqnozlaşdırma”  termini  kifayət  qədər  geniş  yayılmışdır  [174]. 
Fikrimizcə, belə proqnozlara aşağıdakıları aid etmək olar: 
1)
 
Xüsusi “ekoloji” proqnozlar - antropogen amillərlə əlaqədar təzahür 
edən qlobal dəyişikliklərə aid proqnozlar. 
2)
 
Fiziki  -  coğrafi  proqnozlar  -  geosistemə  (təbii  ərazi  kompleksləri) 
antropogen təsirlərin müəyyən nəticələrilə əlaqədar proqnozlar. 
3)
 
Təbii  resurs  ehtiyatının  proqnozları-buraya  birinci  növbədə  həyati 
əhəmiyyətə malik resursların ehtiyatının proqnozları aiddir. 
4)
 
İqtisadi-ekoloji  proqnozlar-təbii  mühitə  antropogen  fəaliyyətin 
təsirinin xüsusİ5^ətləri və səviyyəsini müəyyənləşdirən proqnozlar. 
Qeyd  olunan  ikinci  və  dördüncü  proqnozlar,  konkret  yerli  şəraiti 
aramla hesaba almaqla əlaqədar tamamilə regional xarakter daşıyır. Lakin, 
ekoloji  proqnozlar  qrupuna  daxil  olan  bütün  proqnozlar  bütövlükdə  öz 
aralarında  sıx  bağlı  olmalıdır.  Gələcəkdə  təbii  mühitə  insan  təsirinin 
ölçülərini  və  bu  təsirin  nəticələrinin  müəyyənləşdirilməsi  ekoloji 
proqnozlaşdırmanın eyni mühüm istiqamətlərindən ibarətdir. 
Elmi  ədəbiyyatlarda  bəzən  ekoloji  proqnozlaşdırmaya  səhv  olaraq, 
insanın  təbiətə  artan  təsirinə  qabaqcadan  görmə  xarakteri  kimi  baxılır 
[174], lakin burada məsələ ondadır ki, bizim ətraf mühitə təsirimiz kölgədə 
qalır və demək olar ki, onu yaddan çıxarırlar [142]. 
Yuxanda  sayılan  bütün  istiqamətlərdə,  razılaşdırılmış  proqnozların 
hazırlanması 
nəticəsində 
təbii 
sistemlərin 
obyektlərinin 
ərazi 
proqnozlaşdırılması  sistemində,  bütün  səviyyələrdə  proqnozlaşdırma 
sisteminin ekologiyalaşdırılması məsəllərini həll etmək olardı. 
Lakin,  fikrimizcə  iqtisadiyyatın,  texnikanın,  elmi-texniki  tərəqqinin 
proqnozlaşdıniması, ekoloji proqnozlaşdırmanın asılı məqamı ola bilər fikri 
də  düzgün  deyil.  Bəzi  tədqiqatçılar  demoqrafik  proqnoza,  ekoloji 
proqnozlaşdırmanın əsas istiqamətlərindən biri kimi 
155 


baxır [174]. Bu fikirlə də razılaşmaq olduqca çətindir. 
Ekoloji  proqnozlaşdırmanm  ən  mühüm  vəzifəsi  onunla  bağlıdır  ki, 
regionların  sosial-iqtisadi  inkişafının  səmərəliliyinin  yüksəldilməsi  üzrə 
təkliflərin  hazırlanması  üçün  müxtəlif  səviyyədə  ərazi-  təsərrüfat 
komplekslərinin  proqnozlaşdırılması  sistemində  mühitə  istehsalın  təsir 
prosesini daxil etməkdir. 
Regional iqtisadi-ekoloji proqnozun  məqsədi  ətraf  mühitin  gələcəkdə 
vəziyyətinin  nisbətən  əsaslandınimış  elmi  təkliflərinin  hazırlanması  və 
mühitin  elementləri  arasında  dinamik  tarazlığın  təmin  edilməsi  üçün 
tədbirlər  sisteminin  və  digər  rayonlann  yanmsistem-  lərinin 
müəyyənləşdirilməsidir. 
Mahiyyətcə  regionların  iqtisadi-ekoloji  proqnozunun  hazırlanması 
aşağıdakı üç konkret vəzifənin həllini təmin edir: 
*
 
Gələcəkdə 
təbii 
mühitin 
vəziyyətinin 
sosial-iqtisadi 
qiymətləndirilməsi  və  onun  əsasında  ətraf  təbii  mühitə  təsərrüfat 
fəaliyyətinin mənfi təsirinin maksimum yumşaldılması, yaxud da, tamamilə 
aradan götürülməsi üzjə tədbirlər sisteminin hazırlanması; 
*
 
Həm ətraf mühitin keyfiyyətli vəziyyətinin göstəricilər üzrə, həm də 
resurslar  üzrə  azalması  və  bir  sıra  meyarların  formalaşması  yolu  ilə 
regionların  sosial-iqtisadi  inkişafının  ümumi  kompleks  proqnozunun 
kontekstinə iqtisadi-ekoloji proseslərin proqnozlarının daxil edilməsi; 
*
 
Regionların təsərrüfatının kompleks inkişafında təsərrüfat fəaliyyəti 
və texnogen proseslərin nəticəsində mühitdə ola bilən mənfi dəyişikliklərin 
nəzərə alınması və müəyyənləşdirilməsi. 
Qeyd edilən vəzifələrdən iqtisadi-ekoloji və təbii-coğrafi proqnozların 
yüksək  dərəcədə  qovuşmasının  zərurəti  irəli  çıxır.  Təbii-  coğrafi 
proqnozların nəticələri elə bil regional iqtisadi-ekoloji proqnozlaşdırmaya 
tor  kimi  hörülür.  Bununla  əlaqədar  proqnozlaşdırma  yeni  təbii-texnogen 
komplekslərin inkişafında böyük əhəmiyyətə malik olur. Nə qədər ki, təbii 
mühitin bütün komponentləri sıx qarşılıqlı əlaqədə durur, belə proqnozların 
hazırlanması  mühitin  ayrı-ayn  elementlərinə  təsirinin  nəticələrinin 
öyrənilməsi ilə əlaqədar təbii mühitdə bütün kompleks dəyişikliklərin aşkar 
edilmə 
156 


sini nəzərdə tutur. 
İqtisadi-ekoloji proqnozlar makro və mezo yanaşmanın sosial- iqtisadi 
inkişafının kompleks proqnozunun dialektik çərçivənin tərkib hissəsindən 
ibarətdir.  Onun  inkişafının  müxtəlif  variantları  ilə  regionun  təbii  resurs 
sistemlərinin  vəziyyətinin  xarakterini  qiymətləndirməyə  imkan  verir, 
ekoloji və diger strukturların arasında əlaqələrin tsikliyini müəyyən edir. 
Sahəsinə  görə  kifayət  qədər  iri  regionların  iqtisadi-ekoloji 
proqnozlarının hazırlanması, təbii mühitin və digər yarımsistemlərin (şəhər 
aqlomerasiyası, kənd yerləri, rekreasiya zonaları və s.) qarşılıqlı təsirinin 
özünəməxsus xarakterinə malik regionların ayrı- ayrı ərazi tiplərinin təbii 
mühitinin  perspektiv  vəziyyətinə  baxılması  diferensial  yanaşmanı  tələb 
edir. 
Lakin  bir  sıra  regionlar  üçün  iqtisadi-ekoloji  proqnoz,  proqnozlar 
sistemində  açar  rolu  oynamaqla  xüsusi  əhəmiyyətə  malikdir.  Belə  ki, 
Xəzərətrafı  ölkələr  tərəfindən  1990-cı  illərin  ortasında  qoyulmuş  “Xəzər 
dənizinin  reabilitasiyası  və  ekoloji  idarə  edilməsi”  regional  proqramının 
məqsədi. Xəzər dənizinin səviyyəsinin dəyişməsinin qısa və uzunmüddətli 
proqnozunun 
hazırlanması, 
sahil 
zonasının 
ekoloji 
şəraitini 
yaxşılaşdırılması  və  dəniz  akvatoriyasının  çirklənməsinin  qarşısının 
alınmasıdır. 
Mövcud  iqtisadi  və  iqtisadi-sosial  coğrafi  ədəbiyyatlarda  verilən 
regional  iqtisadi-ekoloji  proqnozlann  tərtibinin  metodoloji  əsası  regionun 
uzaq  perspektivdə  sosial-iqtisadi  inkişafimn  kompleks  proqnoz- 
laşdınlmasınm ümumi metodoloji konsepsiyasmın tərkibində olur. 
Məlumdur  ki,  ölkənin  iqtisadi  inkişafı  birbaşa  onun  zəngin  təbii 
ehtiyatlarının,  xüsusən  vacib  həyati  məsələlərdə  enerji  və  istehsal 
sektorlarının  idarə  edilməsindən  asılıdır.  Əgər  ekoloji  idarəetmə  və  təbii 
ehtiyatları  mühafizə  məsələlərinə  kifayət  qədər  diqqət  verilməsə,  ətraf 
mühitin  çirklənməsi  probleminin  vacibliyi  kəskin  surətdə  qalxa  bilər. 
Ekoloji siyasətin islahatı və ekoloji idarəetmə sisteminin yenidən qurulması 
artıq həyata keçirilir [46]. 
Azərbaycan  Respublikası  Dünya  Bankı  ilə  birgə  hələ  1996-cı  ildən 
“Ətraf Mühitin Mühafizəsi üzrə Milli Fəaliyyət Planı” hazır 
157 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə