Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə58/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   ...   54   55   56   57   58   59   60   61   ...   119

üçün istifadə etmək olar. 
Sahələrarası  balans  sahəsində  nəzəri  tədqiqatların  və  təcrübədə 
tətbiqinin müasir vəziyyəti göstərir ki, bu metod daha çox təkmilləşdirilmiş 
üsuldur və ekoloji-proqnozlaşdırma zamanı geniş istifadə edilə bilər. 
Sahələrarası  balans  modelinin  əsasını  “xərclər-istehsal”  təşkil  edir. 
Onun tətbiq edilməsi zəminlərinə istehsal və istehlak proseslərinin məcburi 
təsiri  kimi  baxılır.  Bundan  sonra  istehsalın  zərərli  tullantılarının  mütləq 
böyüklüyü  sahələrarası  balans  modelinə  daxil  edilir.  İstehsalın  və 
korlanmanın səviyyəsi, son tələbat mallarının miqdarı, xərclərin əmsalı və 
çirkləndiricilərin  tullantıları  ilə  birlikdə  olan  cədvəlin  köməkliyi  ilə 
hesablanır. 
Son vaxtlar bu istiqamətdə bir çox işlər dərc edilmişdir. Lakin balans 
modelində təsərrüfat fəaliyyətinin ətraf mühitə təsiri prosesi tərəfimizdən 
öyrənilmişdir. 
Təsərrüfat fəaliyyətinin təbii mühitə təsirinin təhlili üçün sahələ- rarası 
balans modelinin tətbiqi aşağıdakı əsas məqsəddən ibarətdir. 
“Təsərrüfat-ətraf mühit”in iqtisadi - ekoloji 
proqnozlaşdırılmasmın riyazi modelinin optimallığı (variant) 
© 
 
Tərtib  edilmiş  modeldə  ətraf  mühitə  atılan  çirkləndirici  maddələrin 
həcminin müəyyənləşdirilməsi və əsaslandırılması blok I-də apanhr. Blok 
Il-də  ətraf  mühitin  çirkləmnəsinə  qarşı  mübarizə  aparılan  sahələrdə 
istehsalın həcmi, adi sahələrin son məhsullarının 
179 


tərkibi  və  ölçüsü  barədə  məlumatlan  son  tələbatla  əlaqədar  mühitin 
çirklənməsinin aşkar edilməsidir. Bu sahələrarası və rayonlararası optimal 
ərazi modelidir. 
Blok 
III- 
IV-V- 
də  regional  iqtisadi-ekoloji  proseslərin 
müəyyənləşdirilməsi  ilə  daha  çox  məxsusi  məsələlər  əlaqədardır.  Bu 
məsələlərin  həlli  üçün  ətraf  mühitin  çirklənməsi  ilə  əlaqədar  “xərclər- 
istehsal”ı  hesaba  almaqla  statistik  modelindən,  həm  də  son  is-  tehlakla 
yaradılmış  ətraf  mühitin  çirklənməsinin  müəyyənləşdirilməsi  modelinin 
fəaliyyətindən  istifadə  edilir.  Hesablamaların  dəqiqləşdirilməsi  üçün 
modellərə  bir  sıra  əmsallar  daxil  edilmişdir.  İstehsalda  məhsul  vahidinə 
düşən xərclərin, tullantı vahidinə düşən xərclərin əmsalları. Bundan başqa 
ətraf  mühiti  çirkləndirən  istehsalların  əmsallannda  istehsal  olunan 
məhsullara çəkilən xərclərin əmsallan və s. istifadə edilir. 
Ətraf  mühiti  çirkləndirən  məhsulların  emalım  xarakterizə  edən 
əmsallardan həmçinin ətraf mühitin çirklənməsi ilə mübarizə üzrə sahələrin 
fəaliy)^ətinin hesablanmasında istifadə edilmişdir. Burada əmsallar mənfi 
işarə ilə verilir, lakin, əgər bu sahələr özü məhsul istehsal edirsə və ətraf 
mühiti çirkləndirirsə, onda əmsallar müsbət işarələrlə verilir. Əldə edilmiş 
məlumatlar müxtəlif tullantılann atılmasının həcmi, tullantıları məhv edən 
zavodlarda 1 ton tullantıların ölçüsünə uyğun gələn nisbəti ifadə edir. 
Beləliklə,  təqdim  edilən  sxemdə  üç  qrup  elementlərdən  istifadə 
edilrnişdir-adi sahələrin məhsulları, ətraf mühiti çirkləndirən tullantılar və 
ətraf mühitin çirkləndirilməsi ilə mübarizə üzrə ixtisaslaşdırılmış sahələrin 
“məhsulları”. 
Tədqiq  edilən  məlumatlarla  tullantılar,  düz  sonra  isə  tam  əmsalları 
müəyyənləşdirilmişdir.  Bunları  atmosfer  tullantılanna  tətbiq  etməklə 
çirkləndiricilərin tam əmsalları 1 ton tullantıya 1 milyon manat hesablanır. 
Atmosfer  tullantılarının  əsas  növlərini  hər  bir  sahənin  son  məhsulları 
alınarkən atılan bərk hissəciklər, kükürd qazı, karbon qazı, azot və s. təşkil 
edir ki, hesablamalar da onlar üzrə aparılır. Tam əmsalların alınması, düz 
əmsallara vurulması yolu ilə hesablanır. 
180 


Qoy,  ri-i-istehsalda  Xi  ümumi  məhsulun  illik  tullantıların  həcmi, 
bilavasitə i-sahəsinə məxsus tullantıların tutduğu ölçü isə olsun Vi=rixi; 
ri, Vi-ni  modelin  matrisa  variantına  [135]  daxil  etsək onda  mat-  risa 
istifadəsində alarıq. 
R=Vx=V (l-A)^’y. 
Burada  R-m  çirkləndirici  maddələrin  tullantılannın  ümumi  həcminin 
vektoru; 
Y-son istehlakm vektoru
V-sənaye tullantılarının düz əmsallan matrisası 
(l-A)“‘-sahələrarası əlaqələr modelinin əks matrisası. 
Aparılan  hesablamalar  məhsul  vahidinə  düşən  tam  tullantıların 
ölçüsünün  ölkə  üzrə  böyük  olduğunu  göstərir.  Respublikada  istehsal 
olunan elektrik enerjisi İES-lər vasitəsilə həyata keçirilir. Azərbaycanda iri 
İES-lər Abşeronda, Mingəçevir və Şirvan şəhərlərində fəaliyyət göstərir. 
Bu İES-lər təbii qaz və mazutla işləyir. Mazutun kükürdlülük dərəcəsi 2% 
təşkil  edir.  Yandırılan  mazutdan  atmosferə  sutka  ərzində  700-1000  ton 
kükürd və azot oksidləri daxil olur. Ümumiyyətlə əsrin başlanğıcında ölkə 
üzrə  stasionar  mənbələrdən  atmosferə  atılan  zərərli  maddələrin  miqdarı 
2100 min ton, o cümlədən, bərk maddələr-148 min ton, kükürd 2- oksid-90 
min ton, karbon oksidi-60 min ton, karbohidrogenlər-1700 min ton, digər 
maddələr - 7 min ton olmuşdur. 
Apanim  tədqiqatlar  göstərir  ki,  ölkə  ərazisində  atmosferin  çirk- 
ləndiriciləri  və  çirklənmə  mənbələri  qeyri-bərabər  paylanmışdır. 
Atmosferin çirklənməsinə səbəb olan əsas mərkəzlər Abşeron regionunda 
yerləşir. Bu regiondan atmosferə orta hesabla hər il 1500 min tondan artıq 
müxtəlif  qeyd  olunan  tullantılar  atılır.  Məhsul  vahidinə  düşən  tam 
tullantıların  ölçüsü  neft  emalında  7,5  min  ton,  1  mln.  manat  təşkil  edir. 
Bununla yanaşı sahələr arasında düz və dolayısı tullantılann nisbətində çox 
böyük  təzadlar  aşkar  edilmişdir.  Sahələrarası  əlaqələr  hər  hansı  sahədən 
tullantılann pilləli artımının inkişafına şərait yaradır. Yeyinti sənayesində 
birbaşa tullantılar 3 min ton dolayı tullantıların hesaba alınması ilə 6 min 
ton təşkil edir. 
181 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə