Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə59/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   ...   55   56   57   58   59   60   61   62   ...   119

Tərtib edilmiş model əsasında bir sahənin tullantılannm digər sahəyə, 
həmçinin  təbii  mühitə  təsirini  qiymətləndirmək  mümkündür.  Bu  zaman 
itkilərin böyüklüyü, məsələn, neftin itkisi normativ- lərdeki əmsallarda əks 
olunur, burada hansı ki, zərərli tullantıların təsiri altında olan istehsallarda 
maddi xərclərin artımı göstərilir. Bunlardan istifadə etməklə, qeyd olunan 
məsələləri həll etmək olar. 
Ümumiyyətlə regional sistemlərin ekoloji vəziyyətinin proqnozu üçün 
sahələrarası balans metodunun tətbiqi məsələlərinin işlənilməsi dərəcəsi bu 
metoddan istifadə etməyə imkan verir və onu kompleks proqnozlaşdırma 
metodikası sisteminə daxil edir. 
Metodoloji təhlilin üstünlüyü hər şeydən əvvəl onunla əlaqədardır ki, 
sahələrarası balansın regional modeli, regionun təsərrüfatının ətraf mühitə 
zərərli  maddələrin  tullantılarının  kompleks  təsirinin  göstəricilərinin 
hesablanması  üçün  sahələrarası  əlaqələrin  proqnoz  modelinin  işlənib 
hazırlanmasına  imkan  verir.  İnteqral  (ümumiləşdirilmiş)  model  öz 
növbəsində istifadə edilən hər bir texnologiyanın ətraf mühitin keyfiyyətinə 
göstərəcəyi  təsirin  proqnozunu  qiymət-  ləndimıəyə,  bu  və  ya  digər 
təmizləyici metoddan istifadənin effektivliyini müəyyənləşdirməyə, zərərli 
tullantı lan azaldan ilk obyektləri qeyd etməyə imkan verir. Belə inteqral 
(ümumiləşdirilmiş) regional model, regionda istehsal strukturları arasında 
əlaqələri,  rayona  gətirilən  məhsulları  və  çirkləndiricilerin  həcmini  əks 
etdirir. 
Ümumi  görünüşdə  model  qiymətlər  sistemindən  ibarətdir.  Burada 
mövcud  rayonda  məhsul  istehsalının  həcminin  qiyməti,  başqa  yerdən 
gətirilən  məhsulun  həcminin  qiyməti,  rayonda  müxtəlif  müəssisələrdə 
istehsal  çirkləndiricilərinin  həcminin  qiyməti,  həmçinin  mövcud  rayonda 
istehsal  olunan  məhsulun  digər  rayonlardan  gətirilən  məhsulun  birbaşa 
xərclərinin  əmsalları,  özü  də  bunlar  həmin  rayonda  məhsul  vahidi  ilə 
hesablanır, mövcud rayonda məhsul vahidinə düşən tullantıların əmsalları 
son  məhsulun  həcminin  qiyməti,  qeyri-istehsal  sahəsində  yaranmış  son 
çirkləndiricilərin qiyməti. 
Toplanmış qiymətlər, mövcud rayonlarda istehsal olunmuş məhsulun 
həcminə vurulur, onun da üstünə son məhsul həcminin qiy 
182 


mətləri və qeyri-istehsal sahələrində yaranmış atılan son çirkləndi- ricilərin 
qiymətləri gəlinir. 
Alınmış  nəticələr  mövcud  rayonda  yanaşı  istehsalın  bütün  növ 
çirkləndiricilərinin  tam  həcmini  hesablamağa  imkan  verir.  Ətraf  mühitin 
çirklənməsi  ilə  mübarizə  üçün  sahələrdə  istehsalın  həcmi  və  modelin 
dəyişdirilməsi  əsasında  ona  daxil  edilən  əlavə  xərclər,  regionda  ekoloji 
infrastrukturlann  inkişafının  göstəricilərinin  müəy-  yənləşdirilməsinə 
imkan verir. 
Tərtib  edilən  model  yalnız  tədqiq  edilən  regionda  istehsalın  inkişaf 
səviyyəsi ilə ətraf mühitin çirkləndirilmə dərəcəsini bir-birinə tutuşdunnağa 
imkan  vermir,  həm  də  optimallıq  nöqteyi  -  nəzərindən  istehsalın  inkişaf 
səviyyəsinin  ətraf  mühitə  təsirini,  ictimai  istehsalla  və  ətraf  mühitin 
mühafizəsinin xərclərinin nisbətini müəyyənləşdirir. 
Təhlil edilən modelin, respublikanın ən iri sənaye mərkəzləri olan Bakı 
və  Sumqayıt  şəhərlərinin  yerləşdiyi  Abşeron  iqtisadi  rayonuna  tətbiq 
edilməsi göstərir ki, tullantıların və zərərsiz maddələrin emalı 2025-ci ilə 
qədər  rayonun  ətraf  mühitinə  atılan  bütün  tullantıların  95%-ni  təşkil 
edəcəkdir.  Hesablamalar  göstərir  ki,  2025-ci  ilə  qədər  “qazanc-xərclər” 
səviyyəsi 1,5:1,2 nisbəti səviyyəsindən aşağı olmayacaqdır. 
Sahələrarası balans metodunun tətbiqi ilə əlaqədar çətinliklərə birinci 
növbədə  böyük  miqdarda  lazımi  məlumatların  cəlb  edilməsi,  həmçinin 
hesablamalann  özünün  mürəkkəbliyi  şərait  yaradır.  Ölkə  üzrə  apanlan 
hesablamalann  nəticəsi,  təbii  mühitin  vəziyyətində  olan  ərazi  fərqlərini 
aşkar  etməyə  imkan  vermir.  Lakin  digər  metodlarla  birlikdə  sahələrarası 
balans  metodunun  tətbiqi,  onların  iqtisadi-ekoloji  proqnozlarının 
hazırlanması üçün kifayət qədər effektli olmasını sübut edir. 
Beləliklə,  regional  iqtisadi-ekoloji  proqnozların  işlənib  hazırlanması 
prosesi,  regionun  təbii  yarımsistemlərinin  gələcəkdə  vəziyyəti  haqqında, 
həm də onun vəziyyətinin daha da münasib nailiyyətlərinin alternativ yollan 
barədə əsaslandınimış elmi mühakimələr formalaşdırır: 
183 



 
iqtisadi-ekoloji  proqnozun  əsas  və  ən  mühüm  növü  məqsədli 
(normativ) proqnozdur. Omm köməyi ilə regionnn təbii resurslarının əsas 
növlərinə tələbatın proqnozu  müəyyənləşdirilir. Həmçinin  təsərrüfatın bu 
və  ya  digər  sahələrində  istifadə  edilən  təbii  mühitin  komponentlərinin 
vəziyyətinin keyfiyyətini aşkar edir

 
ölkə üzrə iqtisadi-ekoloji proqnozların tədqiqi təbii mühitin və digər 
yarımsistemlərin,  yəni  şəhər  aqlomerasiyalannm,  kənd  yerlərinin, 
rekreasiya  zonalarının  və  s.  qarşılıqlı  təsirinin  xarakterik  cəhətdən  öz 
spesifikasına  malik  regionların  müxtəlif  tipli  ərazilərinin  ətraf  mühitinin 
gələcək vəziyyətinin tədqiqinə diferensial yanaşmanı mümkün sayır; 

 
rayon  kompleksinin  inkişafının  hər  bir  variantı  boyunca,  mövcud 
resursların lazımi bölgüsü, ekoloji yarımsistemlərin inkişaf yolları barədə 
qəbul edilmiş qərarların özünə daxil edilir

 
regional  iqtisadi-ekoloji  proqnozların  hazırlanması  iqtisadi-  ekoloji 
göstəricilərin  əhəmiyyətinə  mühüm  təsir  göstərən  buraxılan  məlumatlar 
iqtisadi,  demoqrafik,  sosial  komponentlərin  tərkibində  olan  digər  xüsusi 
proqnozların,  həmçinin,  təbii-coğrafi  proqnozların  və  elmi-texniki 
tərəqqinin məlumatlannm geniş cəlb edilməsini tələb edir

 
iqtisadi-ekoloji  proqnozlaşdırma  zamanı  hər  şeydən  əvvəl  balans, 
ekspertiza,  qiymətləndirmə  kimi  metodlardan  istifadə  edilməsi  nəzərdə 
tutulur; 

 
təbii  resurslara  tələbatın  ölçüsünün  proqnozunu  müəyyənləşdirmək 
üçün, həmçinin, çirkləndirici maddələrin həcmini aşkar etməkdən ötrü ən 
effektlisi  sahələrarası  balans  metodudur.  Bu  regionun  sahəvi  strukturları 
üzrə məlumatlarla proqnozun bağlılığını həyata keçinnəyə imkan verir. 
184 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə