Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə62/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   ...   58   59   60   61   62   63   64   65   ...   119

 
Su sərfi normaları üzrə istehsal sahələrinin qruplaşdırılması 
(1 ton məhsula düşən m^-lə su). 
Kimya  sənayesi,  həmçinin  bir  sıra  digər  sahələr  yalnız  su  tutarlara 
mühüm  dərəcədə  gərginlik  yaratmır,  həm  də  çox  su  tələb  edən  və  su 
obyektlərini çirkləndirən yanaşı istehsalları yaradır. Bu elektroenergetika 
sənayesi üçün daha xarakterikdir [23]. 
Su təchizatı amili kənd təsərrüfatı istehsalının yerləşdirilməsinə daha 
aydın  təsir  göstərir.  Xüsusilə  bu  suvarma  əkinçiliyinin  inkişafı  ilə 
əlaqədardır.  Belə  ki,  respublikada  becərilən  torpaqlann  70-80%-i  süni 
suvanhr. Bu sahələrdə üzümlüklərin 90%-i, taxılın 60%-i, tərəvəzin 80%-i, 
tütün və pambığın 100%-i suvanna tələb edir. Ölkə üzrə suvarma və kənd 
təsərrüfatının  su  ilə  təchizatı  5,2  mlrd,  kubmetrdir.  Ayn-ayn  iqtisadi 
rayonlar üzrə bu göstəricilər müxtəlifdir. Aran iqtisadi rayonunda 3,3 mlrd, 
kubmetr, Gəncə-Qazax iqtisadi rayonunda 544,5 mln.kubmetr və Naxçıvan 
iqtisadi  rayonunda  290,8  mln.kubmetr  təşkil  edir.  Bununla  belə,  kənd 
təsəmjfatı  istehsal  sahələrinin  yerləşməsində  irəliləmələrə  onun  təmər- 
küzləş- məsi və ixtisaslaşması mühüm təsir göstərir. 
Bir  sıra  sahələrin  və  istehsalların  yerləşməsində  mühüm  tələblərə, 
tərkibində böyük miqdarda zəhərli maddələr saxlayan çirkab 
191 


su  çıxarlarının  ola  bilməsi  də  daxildir.  Belə  zəhərli  maddələrdən  sulfat 
turşusunu, sinki, kükürd qazını, fenolu, xrom, nikel və s. göstərmək olar. 
Bu maddələrin səthi və yeraltı suları çirkləndirməsi, böyük miqdarda təmiz 
su  çatışmamazlığma  gətirir.  Ölkə  üzrə  çirkab  sulann  kənara  atılması  4,8 
mlrd, kubmetr təşkil edir. Bu göstəricilər, respublikanın ayn-ayrı iqtisadi 
rayonlan arasında müxtəlifdir. Ən çox çirkab suları Aran iqtisadi rayonu 
üzrədir,  4,1  mlrd,  kubmetrdir.  Sonra  Abşeron  iqtisadi  rayonunda,  Bakı 
şəhəri  üzrə  596  mln.  kubmetr  və  Sumqayıt  şəhərində  66,0  mln.kubmetr 
təşkil edir. 
Lakin  təbii  suların  çirklənməsinin  başlıca  təhlükəsi,  nə  vaxtsa, 
müəyyən  dövrdə  su  mühitinə  daxil  olan  zəhərli  maddələrin  ölçüsü  yol 
verilə bilən həddən üstün olsa da, hələ su obyekti kimi özünü təmizləmə 
keyfiyyətini saxlayır və su ehtiyatlarının istifadə üçün yararlılıq imkanları 
ilə bağlıdır. Bununla yanaşı yeni müəssisələrin yerləşdirilməsi zamanı elə 
böhranlı hədd mövcuddur ki, onu inkar etmək olmaz. Su obyektlərinə təsir 
mənbələrinin  miqdarının  araşdırılması  üzrə  məsələlərin  həlli  metodikası 
suyun lazımi keyfiyyət üzrə təmizləmənin müasir səviyyəsini saxlamasına 
imkan verər. 
Müəssisələrin  yerləşdirilməsinin  əsaslandıniması  zamanı  ümumi 
hesablamalara daxil etmək üçün su faktorlannın dəyərlə ifadəsinin hesaba 
alınması  çox  ciddi  nəzəri  problemlərdir.  Metodoloji  çətinliyi  ondan 
ibarətdir  ki,  su  təchizatı,  su  hazırlamaq  və  lokal  təmizləmə  ilə  əlaqədar 
yalnız  özünün  bilavasitə  xərclərini  nəzərə  almaq  kifayət  deyildir.  Belə 
təcrübə dar sahəvi yanaşma ilə izah olunur, bu da çox vaxt, bu və ya digər 
yerləşdirmə  variantlannm  real  xalq  təsərrüfatı  effektli  liyinin  təhrifinə 
gətirir. 
Təmizlənmiş,  yaxud  da  kifayət  qədər  təmizlənməmiş  çirkab  suların 
atılmasından yaranan itki təsərrüfatın digər sahələrinin suyu tam almaması 
ilə dəyən zərərin, həmçinin əlavə su resurslarının cəlb edilməsi ilə müxtəlif 
əlavə tədbirlərin həyata keçirilməsi ilə əlaqədar xərcləri bilavasitə nəzərə 
almaq lazımdır. 
Suyun dəyər qiyməti həm yerli, həm də regional şəraiti nəzərə almaqla 
çəkilən xərclərin məbləği əsasında apanlır. Bundan başqa 
192 


müxtəlif  məntəqələrdə  su  təchizatında  çəkilən  xərclərin  məbləğin-  dəki 
fərqlər  çox  mühüm  ola  bilər.  Ölkədə  su  ehtiyatlarının  məhdud  olmasına 
baxmayaraq onlardan səmərəsiz istifadə edilir. Su kəmərləri ilə verilən su 
əhalinin 50%-ni təmin edir və bəzi rayonlarda içməli su ehtiyatları çatışmır. 
Azərbaycanda məişət ehtiyatları və içmək üçün sudan istifadə 2010-cu ildə 
cəmi  498  mln.  kubmetr,  əhalinin  hər  bir  nəfərinə  isə  61  kubmetr  təşkil 
etmişdir. Regionlar üzrə bu göstəricilər Bakı şəhəri üzrə 310 mln.kubmetr, 
əhalinin  hər  bir  nəfərinə  165  kubmetr,  Sumqayıt  şəhəri  üzrə  55,7 
mln.kubmetr, əhalinin hər bir nəfərinə 190 kubmetr. Aran iqtisadi rayonu 
üzrə 55 mln. kubmetr, əhalinin hər bir nəfərinə 32 kubmetr olmuşdur. 
Aparılan  hesablamalar  göstərir  ki,  ölkə  üzrə  seçilmiş  bir  çox 
rayonlarda  perspektivdə  yerləşdirilməsi  üçün  su  təchizatına  və  su  aparan 
kanallara  çəkilən  xərclərin  məbləği  demək  olar  ki,  bir  neçə  dəfə 
dəyişmişdir. Bu, Bakı şəhərində ildə 20 qəpik/kubmetr, Gəncə şəhərində 
ildə 25 qəpik/kubmetr, Şirvan şəhərində ildə 10 qəpik/kubmetr olmuşdur. 
Regional qiymətləndirmə öz aralarında bir neçə dəfə fərqlənirlər. 
Çirkab suların tam təmizlənməsi xərclərinin yerini doldurmaq prinsipi 
üzrə  su  resurslarından  ötəri  ödəmələri  tətbiq  etməklə  xalq  təsərrüfatı 
effektliliyinin  zəruriliyini  nəzərə  almazdan  əvvəl  müəssisələrin 
perspektivdə yerləşdirilməsini müəyyən edən zaman sa- həvi təşkilini təyin 
edərdi.  Bir  çox  hallarda  sututumlu  müəssisələrin  yerləşdirilməsi  çirkab 
suların  tullantısının  azaldılması  və  dövriyyəli  suların  istifadə  edilməsi 
səviyyəsindən asılı olardı. 
Regionlann  landşaft  örtüyünə  zərərli  təsirlərin  vaxtında  qarşısını 
almaqla,  zəruri  keyfiyyətli  mühitin  saxlanması  ilə,  istehsal  sahələrinin 
yerləşdirilməsində daha çox əhəmiyyətli amillərə tələblər artır. Bu ən çox 
xalq təsərrüfatının elə sahələrinə aiddir ki, həmin sahələr bu və ya digər 
dərəcədə təbii mühitə ya müxtəlif xarakterli mənfi təsir göstərir, ya da heç 
olmasa da landşaft komponentlərindən birini korlamasın. 
193 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə