Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə64/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   ...   60   61   62   63   64   65   66   67   ...   119

ləşməsinin əksinə qarşı qoymaq olmaz, hətta baxmayaraq ki, müəssisələrin 
kiçik toplu halında yerləşdirilməsi variantı, müəssisələrin təmərküzləşməsi 
variantı ilə müqayisəyə görə, onlar yol verilən tullantılann həddinin yekun 
göstəricilərinin  artımına  aparılır.  Birdə  ekoloji  meyarların  qoyuluşu 
ümumilikdə çirkləndiricilərin ümumi həcminin, yaxud da çirkləndicilərin 
məhv  edilməsinin  miqdannm  artımım  minimuma  çatdırmağı  nəzərdə 
tutmur.  Başlıca  tələb  təbii  mühitə  yol  verilən  səviyyədən  yüksək  qanşıq 
təsirlər  göstərilməsinə  imkan  verməməklə  bağlı  olmalıdır  və  bu  isə 
toplanmış effektin yenidən qiymətləndirilməsinə apara bilər. 
Ərazidə  kifayət  qədər  çəkisi  olan  faktorlann  olması  heç  bir  vaxt 
müəssisələrin  təcrid  olunmuş  halda  yerləşdirilməsinə  əsaslana  bilməz. 
Ətraf  mühitə  təsir  edən  amillərin  təhlili  yalnız  onların  ümumiləşdirilmiş 
qiyməti qabaqcadan veriləndə olar, çünki mühitin elementlərinin qarşılıqlı 
bağlılığı  əsasında  onlardan  birinin  təsiri  özündən  sonra  gələnlərin 
dəyişməsinə aparır. 
Regional-differensial  yanaşma  bir  sənaye  mərkəzində  təbiətdə 
yüksələn  gərginliyin  səmərəli  əlaqəsini,  eləcə  də  digər  rayonlarda 
gərginliyin bərabər bölgüsünü nəzərdə tutur. 
Sənaye  qovşaqlarının  həddən  artıq  böyüməsindən  uzaqlaşmaq 
məqsədilə  onlarda  istehsalın  təmərküzləşməsində  yol  verilə  bilən  həddin 
səviyyəsini  vaxtında  təyin  etmək  və  bundan  sonra  mövcud  region  üçün 
sahəvi strukturların ekoloji optimalhğını müəyyənləşdirmək lazımdır. 
Qeyd  etmək  lazımdır  ki,  istehsalın  ərazi  təşkili  çox  böyük  dərəcədə 
mərkəzləşmə  xarakteri  daşıdığı  üçün,  sənaye  qovşaqları  məhsuldar 
qüvvələrin yerləşdirilməsinin əsas forması olur. Buradan belə görünür ki, 
təbii  mühitə  tək-tək  istehsallar  və  müəssisələr  deyil,  bütövlükdə  sənaye 
qovşaqları  təsir  göstərir.  Bununla  əlaqədar  təbii  sistemlərə  sənaye 
qovşaqlarının kompleks təsirinin təhlilinin zəruriliyi artır. 
Aparılan tədqiqatlar göstərir ki, təbiəti mühafizə məsələlərinin həllinin 
zəruriliyinə təsirin xarakteri və səviyyəsi şərait yaradır və hər şeydən əvvəl 
sənaye qovşaqlarının konkret tiplərinin özünə 
197 


məxsusluğu və ixtisaslaşması nəzərə alınmaqla müəyyənləşdirilir [24]. 
Gəncə-Daşkəsən sənaye qovşağında qara və əlvan metallurgiya üçün 
xammal hasilatı sənayesi ətraf ərazilərin təbii mühitinə geniş təsir göstərir, 
onların təsirinin radiusunun sahəsi özünün sahəsindən bir neçə dəfə artıq 
olur. 
Emal sənayesinin ən çox materialtutumlu və yanacaqtutumlu sahələri 
üzrə  ixtisaslaşmış  sənaye  qovşaqlarında  hər  şeydən  əvvəl  təbii  mühitə 
yüksək dərəcədə qanşıq təsirlərin olması və bir sıra hallarda landşaftların 
çox böyük zəhərlənməsi ilə əlaqədar müşahidə olunur. 
Tədqiqatın  mühüm  elementlərindən  biri  təbii  mühitə  sənaye 
qovşaqlannm  lokal  ərazi-istehsal  komplekslərinin  təsiri  üzrə  onların 
qruplaşdırılmasmm  apanimasıdır.  Müxtəlif  qrup  sənaye  qovşaqlarının 
ayrılması  üçün  əsas  meyar  kimi  istehsalın  inkişafının  bu  və  ya  digər 
mərhələsində  təbii  mühitdə  dəyişikliklərin  intensivlik  dərəcəsi  nəzərdə 
tutulur. 
Ölkədə  regionların  sosial-iqtisadi  inkişafı  ilə  əlaqədar  onlann 
planlaşdırılması  və  layihələşdirilməsi  nöqteyi-nəzərindən  sənaye 
qovşaqlarının  ərazi  resurslan  və  sututumlu  səviyyəsinə  görə  qru- 
plaşdırılması  böyük  maraq  doğurur.  Respublikada  sənaye  qovşaqlarının 
ərazisi müxtəlifdir: 1600-dən 4600 km^-ə qədər [110]. Tədqiqatların təhlili 
göstərir  ki,  ərazi  resurslarının  qruplaşdırılması  ölkənin  sənaye 
qovşaqlarının  aşağıdakı  bölgüsünü  nəzərdə  tutur:  1)  əlahiddə  əlverişli 
şəraitlə inkişaf edən ərazilər; 2) əlverişli şəraitlə inkişaf edən ərazilər; 3) 
məhdud əlverişli şəraitlə inkişaf edən ərazilər; 4) məhdud şəraitlə inkişaf 
edən ərazilər. 
Xammal  resurslanndan  kompleks  istifadə  əsasmda  istehsalın  kom- 
binələşdirmə  kimi,  yerləşdirmə  amillərinin  öyrənilməsinin  də  çox  böyük 
əhəmiyyəti  vardır.  Xammaldan  istifadə  səviyyəsinin  yüksəldilməsi, 
resurslann  təkrar  saflaşdıniması  dərəcəsi  az  olmayan  iqtisadi  və 
iqtisadi-ekoloji  effekt  verir  və  sənaye  qovşaqlarının  gələcəkdə 
məqsədyönlü inkişafını müəyyənləşdirən anlardan biridir. 
Mahiyyət etibarilə hər bir istehsal digər sahələrin tullantılarının 
198 


saflaşdınlmasma  (utilləşdirmə),  həmçinin  özünün  tullantılanndan  da 
səmərəli  istifadə  üçün  imkanlara  malikdir.  Ölkənin  bir  çox 
müəssisələrində,  məsələn,  Gəncə  alüminium  zavodunda  istehsal 
proseslərinin  tam  kompleks  üzrə  son  mərhələyə  çatdmlması  Qazax 
rayonunda  sadə  üsulla  istismar  edilən  əhəng  daşları  və  gilabı  mədənləri 
əsasında  yeni  sənaye  komplekslərinin  yaradılması,  Naxçıvan  düz  və 
dolomit  (gilabı)  mədənlərinin  əsasında  tikinti,  yeyinti  və  kimya  sənaye 
qovşaqlarının  təşkili  müasir  dövrdə  regionların  sosial-iqtisadi  inkişafının 
tələbatından, eləcə də, təbii resurslardan səmərəli istifadə edilməsinin vacib 
problemlərindəndir. 
Xammal resurslarından kompleks istifadə edilməsi, potensial iqtisadi 
zərəri azaldır. Bununla belə, tullantılardan səmərəli istifadə edilməsi üçün 
texnoloji  imkanlara  malik  məntəqələrdə  istehsalın  yerləşdirilməsinin 
məqsədəuyğunluğu  müəyyən  edilir.  Vaxtilə  Daşkəsəndə  dağ-mədən 
kombinatında istehsal edilən dəmir kon- sentratmdan Gürcüstanda Rustavi 
metallurgiya  zavodunda  çuqun  əridilirdi,  Zəylik  Alunit  filiz  idarəsində 
saflaşdırılmamış  dənəvər-  ləşdirilmiş  alunitdən,  Gəncə  Alüminium 
zavodunda  alman  gil-torpaqdan  Sumqayıt,  keçmiş  SSRİ-nin  digər 
zavodlannda alüminium alınırdı. Hazır məhsul istehsalı mərkəzlərinin ilkin 
emal müəssisələrindən ayrı düşməsi iqtisadi-texniki və texnoloji cəhətdən 
gərginlik  yaradırdı.  Bu  proses  çoxlu  nəqliyyat  xərcləri  nəticəsində 
səmərəsiz istehsal əlaqələrinə, xammal material itkisinə, ətraf təbii mühitin 
çirkləndirilməsinə səbəb olurdu [45]. 
Zəylik  alunitinin  saflaşdırılması  fabrikinin  tikilməsi,  dəmir  filizinin 
kompleks emalını, Gəncə alüminium zavodunda gil-torpaq, sulfat turşusu, 
kalium gübrəsi, vanadiumun, zəyin alınması ilə yanaşı hazır alüminium və 
başqa  məhsulların  alınmasının  həyata  keçirilməsi  regionda  sənaye 
qovşaqlarının formalaşmasını təmin edir. 
199 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə