Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə57/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   ...   53   54   55   56   57   58   59   60   ...   119

paqlarm,  sanitar  -  qoruyucu  zonaların  proqnoz  tələbatının  hesablanması 
üçün müxtəlif proqnozlaşdırma metodlarından (ekstrapol- yasiya, ekspert 
qiymətləndirmə) istifadə edilir. 
Ərazi  balansının  proqnozlannm  təhlilinin  vəzifələri  aşağıdakılardan 
ibarətdir: 
1)
 
Ərazinin real resursları ilə tələbatının müqayisə edilməsi
2)
 
Balansın  optimallaşdırılması  yollarının  tədqiq  edilməsinə,  yəni 
mövcud  resursların  hesaba  alınması  ilə  əhlinin  rahat  yaşamasına,  təbii 
mühitin saxlanmasına müəyyən səviyyədə nail olmaqla əlaqədar, müvafiq 
effektli  təsərrüfat  sahələrinin  fəaliyyətini  təhlil  edən  belə  strukturlann 
işlənib hazırlanması daxildir. 
Cədvəl 5 
Kapital qoyuluşunda torpaqtutumlu istehsal yerlərinin 
azalması perspektivləri 
Sənaye sahələri
 
Torpaqtutumlu yerlər (1 hektara 1 
mln. manat kapital qoyuluşu)
 
1980
 
2010
 
SES və su anbarları
 
200-400
 
100-250
 
Dəmir filizi hasilatı sənayesi
 
15-18
 
7-10
 
Kimya sənayesi (sanitar-mühafizəsi zonasız)
 
6-8
 
4-6
 
Neft hasilatı sənayesi
 
3-4
 
1,5-2,5
 
Neft emalı sənayesi
 
4-6
 
3-4
 
Qara metallurgiya
 
2-4
 
1,5-2
 
Əlvan metallurgita
 
3-5
 
2,0
 
Maşınqayırma
 
3-5
 
1,5-2
 
Yüngül sənaye
 
2-4
 
1,5-3
 
Yeyinti sənayesi
 
4-6
 
1,5-3,5
 
Tikinti materialları sənayesi
 
4-6
 
2,5-4
 
Yeni ərazilərə  ola  bilən çatışmazlığı  aradan  götürmək  məqsədilə 
kənd  təsəiTÜfatı  cəhətdən  qiymətli  torpaqlan  qəsb  etmək  hesabına 
əldə edilməsi variantı kimi baxılır. Bu da problemin həllinin ekstensiv 
yoludur.  Lakin  ərazi  balansının  səmərələşdirilməsinin  əsas 
istiqamətləri, şəhər və sənaye tikintilərində elmi-texniki tərəqqinin im- 
kanlannı nəzərə almaqla torpaqlardan istifadənin intensivləşdirilməsi 
hesabına aşkar edilmiş ehtiyat ərazilərdən istifadə ilə bağlıdır. 
176 


Bundan  başqa  resursların  ümumi  balanslaşdırılmaması  və  tələbatı 
zamanı  çatışmazlığın  yaranmasına  şərait  yaradan amillərin  yox  edilməsi, 
yaxud da, yumşaldılması imkanları axtarılmalıdır. 
Belə  təhlil  üçün  ayrı-ayrı  çıxış  parametrlərinin  redaktəsi  məqsədilə 
demoqrafik,  sosial  və  təsərrüfat  proqnozlannm  məlumatlarından  istifadə 
etmək  olar.  Torpaq  istifadəsində  mütərəqqi  meyllərin  torpaqların 
məhsuldarlığının  saxlanılması,  istifadəsi  və  korlanmış  torpaqların  xüsusi 
çəkisinin azalması, xüsusi təyinatlı ərazilər və s. nəzərə alınmaqla prinsipial 
mövqedən çıxış edərək balans struktur- lannın optimallığı hər mərhələdə 
dəfələrlə təhlil edilir [138]. 
Regionda  torpaqdan  istifadənin  proqnozlaşdırılmasmm  mühüm 
mərhələsi,  faydalı  qazıntıların  hasilatı  zamanı  və  təsərrüfatın  digər 
formaları ilə korlanmış torpaqların sahəsinin müəyyən edilməsidir, özü də 
belə ərazilərin ölçüsünün artmasına meyli çoxalır. Bu məlumatlar ölkə üzrə 
sahələrin inkişafı əsasında proqnozlardan alınır, hər şeydən əvvəl neft-qaz, 
dəmir filizi, qeyri-fıliz inşaat materiallarının hasilatı sənayesi və s. 
Belə  ərazilərin  aşkar  edilib  öyrənilməsi rekultivasiyaya  ehtiyacı olan 
ərazilərdə  korlanmış  torpaqların  həcminin  müəyyən  edilməsinə  imkan 
verir. Özü də birinci növbədə ərazinin dağ-texniki şəraitindən və korlanmış 
ərazilərin  rekultivasiyasından  sonra  təsərrüfatın  hansı  növlərinin 
istifadəsinə verilməsi dəqiqləşdirilir [80]. 
Korlanmış torpaqlarm rekultivasiyası üçün daha çox mürəkkəb şəraitə 
malik  ərazilərə  tikinti  materiallan  karxanaları,  neft  və  qaz  hasilatı 
ərazilərində neftə bulaşmış toıpaqlar aiddir, özü də onların gələcəkdə payı, 
demək olar ki, çoxalacaqdır. Bunu ən çox Xəzər dənizi sahillərində plansız 
qum karxanalanmn artması şərait yaradır. 
Rekultivasiyaya  ehtiyacı  olan  korlanmış  torpaqlarm  ümumi  sahəsi 
aşağıdakı düstürla müəyyən edilir [141]. 
Rn = Re Sk + Rm Sm + Rf Sf 
Burada, 
Rn 
- rekultivasiyanın proqnoz həcmi
Re 
- neft - qaz hasilatı ilə korlanmış torpaqlarm rekultivasiyası əmsalı; 
Sk 
- neft - qaz hasilatı ilə korlanmış torpaqlann sahəsi
177 


P.m-tikinti  materiallarının  hasilatı  ilə  korlanmış  torpaqların 
rekultivasiya əmsalı; 
Sm-tikinti materiallannın hasilatı ilə korlanmış toıpaqlann sahəsi; 
Rf-təsərrüfatın digər formaları ilə korlanmış torpaqların rekultivasiyası 
əmsalı; 
Sf- təsərrüfatın digər formaları ilə korlanmış torpaqların sahəsi. 
Ətraf  mühitin  keyfiyyətli  vəziyyətinin  proqnoz  balanslannm 
metodlarının  tərtibi  kifayət  qədər  tədqiq  edilməmişdir.  Daha  çox  real 
yanaşma,  ətraf  mühitə  daxil  olan  istehsal  tullantılarının,  həmçinin  su 
hövzələrinə  tökülən  çirkab  sularının  həcminin  təhlili  ilə  əlaqədardır. 
Bununla  yanaşı,  genetik  proqnoz  əsasında  alınmış  göstəricilər  məqsədli 
tullantıların həcmi ilə, yaxud da, onların emalına görə gücü ilə tutuşdurulur. 
Proqnozun vəziyyətinin səciyyələndirilməsi üçün zərərin dəyişməsinin 
göstəricilərindən  istifadə  oluna  bilər.  Tullantılann  ümumi  kütləsinin 
dəyişməməsi ilə zərərin artmasına şərait yaradan əsas amilləri, korlanmış 
zonaların  və  əhalinin  sıxlığının  artması,  ictimai  əmək  məhsuldarlığının 
yüksəldilməsi,  xalqın  maddi  vəziyyətinin  artımı,  tibbi  xidmətlərin 
xərclərinin yüksəldilməsi təşkil edir. 
Son vaxtlar regional ekoloji proqnozlaşdırmanın elmi-tədqiqatlarında 
istifadə  edilən  bir  çox  iqtisadi,  statistik  və  iqtisadi-coğrafi  metodlar 
keyfiyyətcə  yeni  dəyişikliklərə  məruz  qalmışdır.  İstər  xaricdə,  istərsə  də 
ölkəmizdə artıq onların bir neçəsini mahiyyətcə ənənəvi metodlara deyil, ən 
yeni kəmiyyət  metodlarına aid edirlər. Regional ekoloji proqnozlaşdırma 
sahəsində görülən işlərdə iqtisadi hadisələr və proseslər çox vaxt kütləvi 
xarakter  daşıyır  və  mürəkkəb  səbəbiyyət  əlaqələr  kompleksinə  şərait 
yaradır [153]. Buna görə də, bu hadisə və prosesləri daha çox əlverişli təhlil 
etmək,  ən  yaxşı  variantlan  ən  dəqiq  kəmiyyət-iqtisadi-riyazi  tədqiqat 
metodlarının  köməkliyi  ilə  seçmək  olar.  Ən  çox  iki  növ  iqtisadi-riyazi 
model-straktur (balans) və optimallaşdırma yanaşmalar üstünlük təşkil edir. 
Göstərilən metodlardan həm təsərrüfat fəaliyyətinin ətraf mühitin ayrı-ayrı 
elementlərinə  göstərdiyi  təsirin  proqnozlaşdırılması  üçün,  həm  də 
proseslərin kompleks qiymətləndirilməsi 
178 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə