daha çox geniş yayılmışdır. Göstərilən metodlar həm ətraf təbii mühitin
ayrı-ayrı elementlərinə təsərrüfat fəaliyyətinin təsirinin proqnozlaşdınlması
üçün, həm də proseslərin kompleks qiymətləndirilməsi üçün istifadə oluna
bilər [135,117,151].
Nəzəri tədqiqatların müasir vəziyyəti və sahələrarası balansa (SAB)
sahəsində təcrübi aprobasiyaya malik olması belə nəticəyə gəlməyə imkan
verir ki, bu metod ekoloji proqnozlaşdırma zamanı daha çox tamamlanmış
əlamətdir. Sahələrarası balans modelinin (məxaric-istehsal) tətbiqinin ilkin
şəraiti onunla bağlıdır ki, ətraf mühitin çirklənməsinə istehsal və istehlak
proseslərinin məcburi təsiri kimi baxılır. Bu zaman istehsalın zərərli
tullantılannın mütləq miqdarı da sahələrarası balans modelinə daxil edilir.
İstehsal və çirklənmənin səviyyəsinə, son tələbatın vektor (qrafik təsviri)
təhlilinin, çirkləndiricilərin tullantısı və məxaric əmsallannın cədvəlinin
köməyi ilə baxılır.
Sahələrarası balans modeli təsərrüfat fəaliyyətinin təbii mühitə
təsirinin təhlili üçün tətbiqi aşağıdakı əsas məqsədləri öyrənir:
1)
Ətraf mühitə buraxılan çirkləndirici maddələrin həcmini
müəyyənləşdirmək;
2)
Son məhsul istehsalından asılı olaraq mühitin çirklənməsi və adi
sahələrin son məhsulunun tərkibi və ölçüsü barədə məlumatlar əsasında
ətraf mühitin çirklənməsi ilə mübaıizədə sahələrin istehsal həcminin aşkar
edilməsi.
Həm də daha çox xüsusi məsələlərin müəyyənləşdirilməsi ilə əlaqədar;
1)
Çirkləndirici maddələrin növləri üzrə ətraf mühitin çirklənməsinin
düz və tam əmsallan (sahələrin ümumi məhsul hesabı ilə);
2)
Mühitin çirklənməsinin sahəvi strukturları;
3)
Çirkləndiricilərin məhv edilməsi üzrə sahələrin xərclərinin
strukturları.
Yuxanda qeyd edilən məsələlərdən, regionun kompleks proqnozunun
tərkibində iqtisadi-ekoloji proqnozlann hazırlanması zamanı əsas metodiki
alət kimi istifadə etmək olar. Tərəfimizdən təbii resursların
əsas növlərinin
istifadə edilməsi zamanı, proqnoz balans-
167
larmın tərtibində, həmçinin regionun təbii mühitinin keyfiyyətli
vəziyyətinin balanslarının tərtib edilməsində həmin ideyalar əsas
götürülmüşdür. Bundan əlavə balansların hazırlanmasında yalnız
balanslardan deyil, həm də digər metodiki üsullardan istifadə edilməsi
nəzərə alınmalıdır. Balansların hazırlanmasından qabaq regionun
sosial-iqtisadi inkişafı və təbii mühitin istifadə edilməsi dərəcəsi arasında
əlaqənin qurulmasına imkan verən normativ bazası aşkar edilməlidir.
Bu işin mühüm və əhəmiyyətli hissəsidir, xalq təsərrüfatı sahələrində
elmi-texniki tərəqqinin inkişafının proqnozları və təhlili ilə sıx əlaqədardır.
Son dərəcə əməktutumludur, göstəriciləri nə çox detallaşdırılmış (çoxsaylı
yanmsistemlər və istehsallar nöqteyi-nəzərindən) və eyni zamanda nə çox
iriləşdirilmiş olmamalıdır.
Nonnativ bazanın hazırlanması zamanı istehsalın texnologiyasında
keyfiyyətli dəyişikliyi diqqətlə hesaba almaq lazımdır. Məsələn, bir
tərəfdən sintetik materialların geniş istifadəsi ilə əlaqədar istehsalın bir çox
sahələrində sututumluluğun artması müşahidə olunur, digər tərəfdən isə
azsututumlu texnologiyanın tətbiqi nəticəsində çox sututumluluq kəskin
surətdə azalmışdır.
Hətta oxşar məhsul istehsalı zamanı su sərfinin texnoloji əmsalları və
məhsul vahidinə düşən çirkab suyun azaldılması, xammal materiallanmn
xüsusiyyətləri, müəssisələrin gücü, avadanlıqlann növü, istehsalın
texnoloji gücü kimi belə əsas amillərin təsiri altında
sahələrin müəssisələri
üzrə güclü tərəddüd edir. Belə ki, quru üsulla 11 sementin istehsalına təmiz
su sərfinin norması 0,3-1,2 m^ həmin üsulla istehsalı isə 0,9-2,3 m^ təşkil
edir. Sement istehsalı qura üsulla işləyən 7/6,4 x 95 sm sobalarda istifadə
edilən avadanlıqlara keçid, 5x185 m ölçülü sobalar (istehsalın nəm üsulu)
ilə müqayisəyə görə 1 ton sement istehsalına suyun xüsusi sərfinin 1,6 dəfə
azalmasına imkan verir. Bundan başqa kimya sənayesində yeni
texnologiyanın tətbiq edilməsi, sayəsində 1 ton ammonyak istehsalına su
sərfini i 0 dəfə azaldır.
İki növ normativlər fərqləndirilir;
• resurstutumluluq əmsalı (yertutumluluğun, sututumluluğun
168
göstəriciləri);
•
tullantıların və çirklənmələrin normativləri.
Resurs istehsalının başlanğıc əmsallarının dəyişməsinə imkan verən
metod kimi, sərfəli tətbiqi geniş məlum olan indeksləşdirmə metodu ola
bilər [13]. Buna uyğun olaraq sonra proqnozlaşdırma dövründə çıxarların
normativlərin ümumi dəyişikliyini aşağıdakı düsturla müəyyənləşdirmək
olar:
Ut äo * İİ5 İ25 •••İn
burada, at = proqnozlaşdırma dövrünün axırıncı ilinə məhsul vahidinə
resurslar sərfinin norması;
ao_bazis (əsas) dövründə məhsul vahidinə resurslar sərfinin norması;
İl, İ2, .. .In-məhsulun resurstuturnluluğuna müxtəlif amillərin təsirini
xarakterizə edən təshih (korrektəedici) indeksi.
Bu amillər (yeni texnikanın tətbiqi, istehsal texnologiyasının
dəyişməsi, resurs itkisinin azalması) hər şeydən əvvəl sahəvi elmi- texniki
proqnozlarla müəyyən edilir.
Çirklənmənin düz əmsallarının proqnozunun həyata keçirilməsi
zamanı (sənaye məhsulu vahidinin həcminə görə, ətraf mühitə buraxılan
çirkləndirici maddələrin əsas növləri üzrə tullantılann miqdarının ölçüsünü
təyin etmək) metodiki yanaşma reallaşa bilər. Yuxarıda təhlil edilən və
nəzərdə tutulan lazımi dərəcədə oxşar fərqlər aşağıdakılardan ibarətdir:
•
sahələr və istehsalların inkişafında mümkün olan prinsipial dəyişiklər
üçün texniki-iqtisadi hesablamalann aparılması (informasiyaların
olmaması zamanı-ekspert qiymətləndirilməsi, yaxud da digər rayonların
oxşar hadisələrindən istifadə etmək);
•
sahələr və istehsallar üçün istehsalın texnologiyasında və
təmizlənməsində kökü dəyişikliklər nəzərdə tutulmayıbsa onda dinamik
sıraların ekstrapolyasiya metodunda ötən illərin əmsallarından istifadə
etmək;
•
cüzi dəyişikliklər nəzərdə tutulan sahələr üçün əmsallar praktiki
olaraq dəyişilməz qəbul edilir. Regionun bütün sahələri və istehsalları
üzrə cəlb edilən informasiyaların istifadə edilməsi və
169