Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə48/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   ...   44   45   46   47   48   49   50   51   ...   119

fızəsi ilə əlaqədar rekultivasiya tədbirlərinin görülməsi məqsədəuyğundur. 
12.
 
Salyan—Neftçala  iqtisadi-ekoloji  rayonuna  Salyan  və  Neftçala 
inzibati  rayonlarının  əraziləri  daxildir.  Burada  məhsuldar  qüvvələrin 
inkişafı  üçün  böyük  mineral-xammal  ehtiyatları  cəmlənmişdir.  Rayonun 
sənaye kompleksinin formalaşmasında neft, təbii qaz, yodlu-bromlu su, duz 
ehtiyatları, isti yeraltı sular, bir sıra tikinti materiallan böyük əhəmiyyətə 
malikdir.  Xəzər  dənizində  və  Kürün  aşağı  axarında  qiymətli  balıq 
növlərinin mühüm sənaye ehtiyatı vardır. Lakin son illər bu ehtiyatlar xeyli 
azalmışdır. 
İqtisadi-ekoloji rayonda istehsal olunan sənaye məhsulunun 80 faizini 
neft-qaz, yüngül sənaye, plastik-kütlə məmulatları, yod- brom və s. təşkil 
edir. 
Salyan-Neftçala iqtisadi-ekoloji rayonunda sənayenin bir çox sahələri 
üzrə  ənənəvi  əmək  vərdişlərinə  malik  əmək  ehtiyatları  artıqlığı  əmələ 
gəlmişdir.  Bunlar  da  vaxtilə  burada  fəaliyyət  göstərən  kimya,  yüngül 
sənaye,  maşınqayırma  və  metal  emalı  müəssisələrində  çalışanlardır. 
Hazırda  həmin  müəssisələrin  fəaliyyət  göstərməməsi  ilə əlaqədar  işsizlik 
artmışdır. 
İqtisadi-ekoloji rayonun tərkibində olan iki şəhər və ondan çox şəhər 
tipli qəsəbələrdə əhalinin məşğuliyyəti üçün sənaye müəssisələrinin azlığı, 
yaxud  da  bəzilərində  heç  olmaması  əhalinin  iş  ardınca  başqa  yerlərə 
getmələrinə səbəb olmuşdur. Bu deyilənləri nəzərə alaraq iqtisadi-ekoloji 
rayonda  yerli  təbii  və  iqtisadi  potensialdan  istifadə  etməklə  yeni  sənaye 
sahələrinin 
yaradılması 
məqsədəuyğundur. 
Bununla 
əlaqədar 
iqtisadi-ekoloji  rayonda  az  metal-  tutumlu  maşınqayırma,  kimya  və 
neft-kimya,  yüngül  sənayenin  gələcək  inkişafı  üçün  əlverişli  imkanlar 
çoxdur. 
Salyan-Neftçala  iqtisadi-ekoloji  rayonunun  formalaşmasında  mühüm 
rol  oynaym  neft-qaz  ehtiyatlannın  hasilatı  nəticəsində  rayonun  bəzi 
yerlərində ekoloji mühit pisləşmişdir. Burada təxminən 100 hektara yaxın 
torpaq  korlanmışdır.  Bu torpaqlarda  rekultivasiya  tədbirlərinin  görülməsi 
ekoloji şəraitin yaxşılaşdmlmasına imkan yaradar. 
İqtisadi-ekoloji rayonun ərazisində ekoloji gərginliyi ən çox Kür 
149 


çayı  və  Xəzər  dənizi  yaradır.  Son  dövrlər  Kür  çayının  tez-tez  daşması 
rayonun  yaşayış  məntəqələrinə  böyük  ziyan  vurur.  Xəzər  dənizinin 
səviyyəsinin qalxması nəticəsində sahil zonasında yerləşən balıqyetişdirmə 
zavoduna  böyük  ziyan  dəymişdir.  Ərazidə  olduqca  gərgin  vəziyyət 
yaranmışdır.  Neftçala  rayonunda  30  min  hektardan  çox  ərazi  zərər 
çəkmişdir. Su altında qalmış balıq zavodunun fəaliyyəti dayanmaqla çoxlu 
işsizlik yaratmışdır, ərazinin torpaqlan tamamilə yararsız hala düşmüşdür 
[3].  Beləliklə,  iqtisadi-ekoloji  rayonun  bütün  təbii  və  iqtisadi 
potensialmdan  səmərəli  istifadə  edilməsi  rayonun  və  eləcə  də  ölkənin 
sosial-iqtisadi  inkişafına  müsbət  təsir  göstərər,  əhalinin  yerlərdə 
dağınıqlığını  təmin  edər.  Yaranmış  ekoloji  problemlərin  həlli  rayonun 
iqtisadi inkişafmda mühüm rol oynayır. 
13.
 
Mil  iqtisadi-ekoloji  rayonunun  tərkibinə  İmişli  inzibati  rayonu 
daxildir. Bu iqtisadi-ekoloji rayonun gələcək inkişafı və formalaşmasında 
İmişli  rayonunun  zəngin  mineral-xammal  resursları  mühüm  rol  oynayır. 
Əlavə olaraq onu da qeyd etmək istərdik ki. Aran iqtisadi rayonunun cənub 
— qərbində yerləşən bu rayonda sənaye sahələrinin inkişaf etdirilməsi ətraf 
rayonların əhalisinin həmin sahələrdə işləməsinə imkan yaradar. 
İqtisadi-ekoloji  rayonun  Mil  düzündə  zəngin  neft  ehtiyatına  malik 
Muradxanlı  mədəni  1977-ci  ildə  istifadəyə  verilmişdir.  Yatağın  mərkəzi 
hissəsində qazılmış 58 nömrəli istismar quyusu sutkada 500 tondan artıq 
neftlə fontan vururdu. Bu yataq elə bil təcrübə mənbəyi oldu. Bundan əvvəl 
balta  vulkan  çuxuruna  çatan  kimi  sahə  perspektivsiz  sayılırdı  və  qazma 
işləri  dayandırılırdı.  Muradxanlı  yatağının  istifadəyə  verilməsi  oxşar 
sahələrdə  bütün  Mərkəzi  və  Qərbi  Azərbaycanda  kəşfiyyat  işlərini 
artırmağa imkan verdi. Hazırda İmişli rayonunda neft hasilatı davam edir, 
ildə 30 min tondan artıq neft istehsal olunur. Neft-qaz çıxarma sənayesinin 
iqtisadi- ekoloji rayonda inkişaf etdirilməsi gələcəkdə bir çox yeni istehsal 
və infrastruktur sahələrinin inkişafma imkan yaradar. 
Bundan başqa rayonun ərazisində tərkibi mineral duzlarla zəngin olan 
yeraltı isti su ehtiyatları vardır. İstiliyi 90°C-yə çatan bu sular- 
150 


dan müalicə üçün məişətdə, istixana təsərrüfatlarında geniş istifadə etmək 
böyük iqtisadi effekt verər. 
Mil  iqtisadi-ekoloji  rayonu  zəngin  tikinti  materiallarına  malikdir. 
Burada mişar daşları, çınqıl və qırma daşlan nəinki rayonun öz daxilində, 
hətta  ölkənin  bir  çox  başqa  rayonlarında  da  istifadə  üçün  çox 
əhəmiyyətlidir.  Bəhramtəpədə  böyük  çınqıl-qum  karxanası,  rayonun 
sosial-iqtisadi  inkişafında,  əhalinin  işlə  təmin  edilməsində  mühüm  rol 
oynaya  bilər.  Burada  gələcəkdə  istehsalın  sürətlə  inkişaf  etdirilməsi  ilə 
əlaqədar  müxtəlif  tikinti  materiallarına  tələbat  artacaqdır.  Bu  tələbatı 
ödəmək  üçün  və  əhalini işlə təmin  etmək  məqsədilə rayonda  yeni  tikinti 
materialları istehsal edən sənaye müəssisələrinin yaradılması çox mühüm 
məsələlərdən biridir. Ölkənin su təsərrüfatına xidmət edən sahələrin, hazır 
blok  hissələri  istehsal  edən  müəssisələrin,  dəmir-beton  məmulatı 
zavodlarının  tikintisi,  ölkənin  üzüm  plantasiyalarının  tələbatını  ödəmək 
üçün  dəmir-beton  dirəkləri  istehsal  edən  zavodların  tikintisi  iqtisadi  və 
sosial cəhətdən çox əhəmiyyətlidir. 
Bundan  başqa  iqtisadi-ekoloji  rayonun  ərazisində  fəaliyyət  göstərən 
sənayenin digər sahələrinin təkmilləşdirilməsi və yeni sahələrin, xüsusilə 
rayonun iqtisadi profilinə uyğun maşınqayırma və metal emalı sənayesinin 
inkişafı məqsədəuyğundur. 
Mil  iqtisadi-ekoloji  rayonu  ölkənin  intensiv  kənd  təsənüfatı  inkişaf 
etdiyi və əhalinin çox məskunlaşdığı ərazi daxilində yerləşdiyi üçün burada 
ekoloji  problemlərin  həll  edilməsi  vacib  məsələlərdən  biridir.  Xüsusilə 
rayonda  hasilat  sənayesinin  inkişaf  etdirildiyi  sahələrdə  korlanmış 
torpaqlarda rekultivasiya tədbirlərinin yerinə yetirilməsi ekoloji gərginliyin 
azalmasına  şərait  yaradır.  Yeni  yaradılacaq  sənaye  sahələrində  ekoloji 
standartlara  cavab  verən  texnoloji  avadanlıqların  qu-  mlması  gələcəkdə 
yarana  bilən  ekoloji  problemlər  minimuma  endirilə  bilər.  Havanın  və 
torpaqlann çirklənməsinin qarşısını alar. 
14.
 
Lənkəran-Cəlilabad 
iqtisadi—ekoloji 
rayonunun 
tərkibinə 
Lənkəran, Masallı və Cəlilabad inzibati rayonları daxildir. Xüsusi olaraq 
qeyd  etmək  istərdik  ki,  hələ  sovet  hakimiyyəti  dövründə  Lənkəran 
iqtisadi-coğrafi rayonunun iqtisadiyyatında bu rayonların 
151 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə