xüsusi çəkisi çox böyük idi. Bu üç inzibati rayonun bir iqtisadi-ekoloji
rayon kimi ayrılmasına onların istehsal quruluşunda olan oxşarlıq imkan
verir. Lənkəran-Cəlilabad iqtisadi-ekoloji rayonunun istehsal quruluşu
bütövlükdə Lənkəran iqtisadi-coğrafi rayonunun istehsal quruluşunu
özündə əks etdirir. Bu iqtisadi-ekoloji rayonda kənd təsərrüfatı xammalına
əsaslanan yeyinti sənayesi inkişaf etmişdir. Balıq emalı, meyvə-tərəvəz
konservləri, ət, süd və çay sənayesi üzi'ə ixtisaslaşmışdır.
Lənkəran iqtisadi - coğrafi rayonunda fəaliyyət göstərən 90-a qədər
sənaye müəssisəsinin 75-i, sənayedə işləyən 4120 nəfərdən 3605 nəfəri
Lənkəran - Cəlilabad iqtisadi - ekoloji rayonunda cəmlənmişdir.
Əldə olunmuş məmulatların təhlili göstərir ki,
iqtisadi-ekoloji rayonun
təbii şəraiti və təbii ehtiyatları, əlverişli nəqliyyat-coğrafi mövqeyi, xeyli
əmək ehtiyatlan onun özünəməxsus təsərrüfat kompleksinin inkişafında və
formalaşmasında mühüm rol oynaya bilər. Əlverişli mövqeyə malik olan
Lənkəran - Cəlilabad iqtisadi - ekoloji rayonu müasir nəqliyyatın bütün
növlərinin inkişafına malikdir. Buradan keçən Bakı-Astara dəmiryolu xətti
ona paralel çəkilmiş beynəlxalq avtomobil yolu, İran-Hacıqabul qaz
kəməri, dəniz və hava nəqliyyatı onun təsərrüfatının inkişafına çox böyük
təsir göstərir. Gələcəkdə Şimal - İran (Rusiyadan) magistral dəmir yolunun
çəkilməsi rayonun iqtisadiyyatında mühüm rol oynayacaqdır.
İqtisadi - ekoloji rayonun təsərrüfat kompleksinin inkişafında onun
rəngarəng təbii şəraiti, rütubətli subtropik iqlimi, meşələri, termal və
mineral sulan çox əhəmiyyətlidir. Bunları tamamlayan narın qumlu dəniz
çimərlikləri, gözəl mənzərələr bütün il boyu tərəvəz yetişdirmək imkanı
kurort-turizm təsərrüfatının inkişafı üçün real imkanlar yaradır.
Lənkəran - Cəlilabad iqtisadi - ekoloji rayonunda faydalı qazıntılar
azdır. Lakin burada tikinti materiallarından qum, gil, çay daşı, gips və s.
rayonun iqtisadi inkişafında mühüm rol oynayır.
İqtisadi-ekoloji rayonun sosial - iqtisadi inkişafında əhalinin rolu çox
böyükdür. Lənkəran iqtisadi rayommda
əhali ən çox məhz bu
152
III
FƏSİL
REGİONAL İNKİŞAFIN İQTİSADİ-EKOLOJİ
PROQNOZLAŞDIRILMASI
S.l.
Regional inkişafın iqtisadi-ekoloji
proqnozlaşdırmanm metodoloji aspektləri
7
qtisadiyyatm planlaşdırılması sistemində, proqnozlaşdırmaya
konkret planın hazırlanmasında aparılan tədqiqatın əsası kimi
baxılır. Proqnozlaşdırma dedikdə, yaxın,
yaxud çox uzaq gələcək
üçün hadisə və prosesləri səciyyələndirən
göstəricilərin qiymət-
ləndirilməsi, bu hadisə və proseslərin qarşıdan gələn inkişafının
nəticələri və ehtimal olunan yollarının “səbəb-nəticə” əlaqələrinin
qurulmasının elmi cəhətdən meydana gəlməsi başa düşülür.
Proqnozlar planlaşdırma prosesində əsas hissədir, onım başlanğıc
mərhələsidir, lazım olan fəaliyyətin uzunmüddətli proqramlarını
dayanıqlığını onların istiqamətlərinin, ardıcıllığının və aparılma
müddətinin meydana gəlməsinə imkan verir [74]. Ümumi dialektik
formada proqnozu-gələcəkdə proqnozlaşdırılmış obyektin vəziyyəti
haqqında elmi cəhətdən əsaslandırılmış mülahizə kimi müəyyənləşdirmək
olar.
Planlaşdırmanın metodlarının təkmilləşdirilməsinin zəruriliyi artıq
yetişmişdir. Son illərdə uzunmüddətli perspektiv planlarda proqnozlann
əhəmiyyəti xüsusilə artmışdır. O, cəmiyyətin tələbatının daha dəqiq
öyrənilməsinə, iqtisadi imkanlanmızm elmi proqnozuna, hərtərəfli
təhlilinə, onların uzunmüddətli nəticələrinin müxtəhf variantlarda həlimin
qiymətləndirilməsinə əsaslanmalıdır [56].
Proqnozlan əhatə edən bir çox məsələlər həddən artıq genişdir. Bunlar
elmi-texniki tərəqqi proqnozlaşdırması, sosial, demoqrafik, təsərrüfatın
sahəvi və bir çox digər növ proqnozlandır. Proqnozlaşdırma sistemində,
ətraf mühitin təşkili, onun resurslarından istifadə edilməsi problemləri ilə
əlaqədar uzunmüddətli proqnozlar xüsusi yer tutur. Belə proqnozların
hazırlanması inersiya xarakterli sistemlərin fəaliyyətinin inkişafına səbəb
olur.
154