Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə45/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   ...   41   42   43   44   45   46   47   48   ...   119

sindən keçən Horadiz-Culfa yolu birləşdirir. 
Naxçıvan  iqtisadi-ekoloji  rayonunun  ərazisi  okean  səviyyəsindən 
700-800  metr  yüksəklikdə  yerləşir.  Ərazidə  qışı  soyuq,  yayı  quru  və  isti 
keçən,  yarımsəhra  quru  iqlimi  üstünlük  təşkil  edir.  Burada  sənaye 
əhəmiyyətli  mineral  resursları,  o  cümlədən  molibden,  dolomit,  volfram, 
qurğuşun-sink,  qızıl,  gümüş,  daş  duz,  mərmər,  travertin  və  s.  tikinti 
materialları. Badamlı, Sirab, Vayxır və 200- dən çox müalicə əhəmiyyətli 
mineral su mənbələri iqtisadi-ekoloji rayonun sənaye potensialının mühüm 
bazasını təşkil edir. 
Onu  da  qeyd  etmək  istərdik  ki,  çoxsahəli  istehsal  strukturuna  malik 
olmasına baxmayaraq bu sənaye sahələrinin istehsal gücü aşağı olan xırda 
müəssisələrdə  təmsil  olunması  Naxçıvan  iqtisadi-  ekoloji  rayonunun 
intensiv fonnalaşmasma imkan vermir. 
Naxçıvan  iqtisadi-ekoloji  rayonun  zəngin  təbii  və  mineral  resursları 
burada  məhsuldar  qüvvələrin  ərazi  təşkili  üçün  çox  böyük  potensiala 
malikdir.  Rayonda  mineral  xammalın  hasilatı  ilə  yanaşı  onun  emalı 
müəssisələrin  yaradılması,  sərbəst  əmək  ehtiyatlarının  işlə  təmin 
edilməsinə  imkan  yaradar.  Muxtar  respublikanın  əhalisinin  dayanıqlığını 
təmin edər. 
Naxçıvan  şəhəri  Azərbaycanın  Avropaya  pəncərəsidir.  Gələcəkdə 
buradan  Türkiyə  vasitəsilə  Avropa  ölkələri  ilə  birbaşa  əlaqələrin 
yaradılması  ölkənin  mədəni  və  iqtisadi  sahədə  inkişafına  müsbət  təsir 
göstərər.  Naxçıvanın  füsunkar  təbiəti,  müalicəvi  mineral  suları,  məşhur 
tarixi-memarlıq abidələri və xalqın adət-ənə- nələrinin qorunub saxlanılmış 
nümunələri burada kurort-turizm təsərrüfatının inkişafına şərait yaradar. 
Muxtar Respublikanın regionda strateji mövqeyini möhkəmləndirmək 
üçün  burada  beynəlxalq  əhəmiyyətli  təsərrüfat  sahələrinin  yaradılması 
məqsədəuyğundur.  Naxçıvan  iqtisadi-ekoloji  rayonunda  gələcəkdə 
təsərrüfatın yeni sahələrinin yaradılması zamanı ekoloji problemlərin həlli 
yolları  da  dəqiqləşdirilməlidir.  Burada  ekoloji  cəhətdən  təmiz  və 
innovasiya yönümlü istehsal sahələrinin inkişaf etdirilməsi çox əhəmiyyətli 
olardı. 
8.
 
Qazax iqtisadi-ekoloji rayonu formalaşmaqda və inkişafda 
140 


olan  Qazax  sənaye  qovşağının  ərazisini  əhatə  edir.  İqtisadi  inkişaf 
səviyyəsinə  görə  aynimış  iqtisadi-ekoloji  rayonlardan  geri  qalır.  Rayon 
istehsal strukturunun sadəliyi ilə bərabər ona daxil olan sənaye sahələri zəif 
inkişafı ilə səciyyələnir. Bunu rayonun istehsal strukturunun təhlili bir daha 
göstərir, burada əsasən yüngül və yeyinti sənaye sahələri inkişaf etmişdir. 
Lakin  əldə  olunmuş  məlumatların  təhlili  göstərir  ki,  iqtisadi-  ekoloji 
rayonun əlverişli nəqliyyat-coğrafi mövqeyi, zəngin təbii resurs ehtiyatları 
və çoxlu sərbəst əmək ehtiyatları, onu gələcəkdə ölkəmizin şimal-qərbində 
ən mühüm sənaye rayonuna çevirəcəkdir. 
İqtisadi-ekoloji rayonun ərazisi dağətəyi və aran relyef formalarından 
ibarətdir,  təsərrüfat sahələrinin  inkişafı  üçün əlverişlidir.  İqlimi  mülayim 
kontinentaldır. Ən isti iyul ayında temperatur +38 °C olduğu halda yanvar 
ayında-5°C-yə çatır, bu da təsərrüfat fəaliyyəti üçün əlverişli şərait yaradır. 
Ərazinin su ehtiyatlanm Kür, Ağstafaçay və s. təşkil edir. Rayon ərazisində 
Kür çayı mühüm hidroenerji ehtiyatına malikdir. Həmçinin rayonda bir sıra 
su  təsərrüfatı  obyektləri  (Ağstafa  gölü)  suvanna  kanallan,  çoxlu  artezian 
quyulan  istifadəyə  verilmişdir  ki,  bunlar  da  ərazinin  iqtisadi-ekoloji 
şəraitinə  müsbət  təsir  göstərir.  Gələcəkdə  su  tutumlu  sənaye  sahələrinin 
inkişaf 
etdirilməsi 
üçün 
yeni 
su 
mənbələrinin 
axtarılması 
məqsədəuyğundur. 
Qazax  iqtisadi-ekoloji  rayonunun  müxtəlif  torpaq  və  iqlim  şəraiti 
buranın bitki örtüyünün müxtəlifliyinə səbəb olmuşdur. Kür çayı boyunca 
Tuqay  meşəlikləri  yayılmışdır.  Bu  meşələri  qorumaq  üçün  Qazax  və 
Ağstafa  rayonları  ərazisində  Qarayazı  dövlət  qoruğu,  relikt  iynəyarpaqlı 
ağac  olan  Eldar  şamını  qorumaq  üçün  Eldar  oyuğu  dövlət  qoruğu 
yaradılmışdır.  Quraq  şəraitində  bitən  bu  ağacın  ərazilərin,  şəhərlərin 
yaşıllaşdınimasmda  çox  böyük  əhəmiyyəti  vardır.  Bura  respublikada 
dərman bitkiləri tədarük edən əsas rayonlardan biridir. 
Qazax  iqtisadi-ekoloji  rayonunda  sənayenin  gələcək  inkişafım  təmin 
edən mühüm faydalı qazıntılar vardır. Ceyrançöldə neft ehtiyatlarının, Daş 
Salahlı bentonit (gilabı) gilinin və mişar daşının, 
141 


Poylu qum-çınqıl yataqlannm çox böyük sənaye əhəmiyyəti vardır. 
Daş  Salahlıda  olan  qiymətli  kompleks  xammal  sayılan  bentonit 
gilindən  tikintidə,  metallurgiyada,  kimya,  yeyinti  sənayesində,  təbabətdə 
çox  istifadə  olunur.  Dolomit  neft,  qaz  və  digər  faydalı  qazıntıların 
hasilatında,  xüsusilə  mürəkkəb  geoloji  quruluşa  malik  olan  sahələrdəki 
dərin  quyuların  qazılmasında  geniş  tətbiq  olunur.  Mühüm  kompleks 
xüsusiyyətə  malik  olan  dolomitin  rayonda  bir  çox  istehsal  sahələrini 
yaratmaq olar. Bunun nəticəsində rayonda yeni iş yerləri açılar, həm yerli, 
həm  də  ətraf  yaşayış  məntəqələrinin  əhalisinin  işlə  təmin  olunmasında 
mühüm rol oynayar. 
Gələcəkdə iqtisadi-ekoloji rayonda hasilat və emal sənayesinin inkişafı 
ətraf  mühitin  -  atmosferin  və  torpağın  çirklənməsinə  şərait  yarada  bilər. 
Bunun  üçün  də  gələcəkdə  yarana  biləcək  ekoloji  problemləri  yeni 
yaradılacaq müəssisələrlə birlikdə həll edilməsi yollan tövsiyə edilməlidir. 
9.
 
Yuxarı  Qarabağ  iqtisadi-ekoloji  rayonunun  tərkibinə  Şuşa, 
Xankəndi ərazi dairəsi (Xankəndi şəhəri və Kərkicahan qəsəbəsi), Xocalı 
və  Ağdam  inzibati  rayonları  daxildir.  Bu  iqtisadi-ekoloji  rayon.  Yuxan 
Qarabağ  iqtisadi-coğrafi  rayonunun  iqtisadi,  xüsusilə  də  sənaye 
potensialının əsas hissəsini özündə birləşdirir. Bütün Qarabağ zonası üzrə 
istehsal  edilən  sənaye  məhsulunun  yarıdan  çoxu  və  sənaye  istehsal 
heyətinin  80  faizindən  çoxu  Yuxan  Qarabağ  iqtisadi-ekoloji  rayonunun 
payına  düşür.  Düzdür,  hazırda  Yuxarı  Qarabağ  iqtisadi-ekoloji  rayonu 
erməni  işğalı  altında  olduğu  üçün  demək  olar  ki,  istehsal  tamamilə  iflic 
vəziyyətinə  düşmüşdür.  Rayonun  ərazisində  gərgin  ekoloji-situasiya 
yaranmışdır.  Lakin  buna  baxmayaraq  biz  tədqiqatın  məqsədinə  müvafiq 
Yuxarı Qarabağ iqtisadi-ekoloji rayonunda məhsuldar qüvvələrin inkişafını 
və ekoloji problemlərini iqtisadi-coğrafi cəhətdən qiymətləndiririk. 
Yuxarı  Qarabağ  iqtisadi-ekoloji  rayonu  Kiçik  Qafqazın  cənub- 
şərqində  yerləşməklə  əlverişli  təbii  şəraitə  və  təbii  ehtiyatlara  malikdir. 
İqtisadi-ekoloji rayonun ərazisini ən çox dağlıq və qismən düzənlik sahələr 
təşkil  edir.  Dağlıq  ərazilər  sənayenin  inkişafına  mənfi  təsir  göstərir. 
Relyefinin müxtəlifliyi və əlverişli iqlim şəraiti 
142 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə