Elmi redaktoru: Coğrafiya elmləri doktoru, prof. N. A. Babaxanov



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə33/49
tarix15.10.2018
ölçüsü3,86 Mb.
#74301
1   ...   29   30   31   32   33   34   35   36   ...   49

Ağazeynal A.Qurbanzadə 
idarəetmə  funksiyaları  təşkil  edir.  Bu  səbəbdən  də  intellektual  insanın  öz 
ölkəsindən  xaricə  getməsi  ilk  növbədə  millətin  genetik  fonduna,  onun 
iqtisadiyyatına  mənfi  təsir  göstərir.  Faktiki  olaraq,  son  illərdə  Rusiyadan 
xarici ölkələrə "beyin axının"dan sonra ekspertlərin fikrincə təxminən dövlət 
300  milyard  dollar  itirmişdir.  Digər  bir  tərəfdən,  müəyyən  müddət  ərzində 
ABŞ-m  TMK-da  (Silikon  Vadisində)  çalışan  Hindistan  alimləri  vətənlərinə 
qayıtdıqdan  sonra,  hind  sənayesinin  yüksəlməsində  yeni  kompüter 
proqramlarının təməlini qoymuşlar. Müasir dövrdə bu ölkə dünya kompüter 
bazarının qabaqcıl iştirakçılarından biridir. 
İmmiqrasiyamn iqtisadi effekti ilə yanaşı mənfi cəhətləri də mövcuddur. 
Xaricdən  gələn  işçi  qüvvəsi  hesabına  iş  yerlərinin  sayı  azalır  və  yerli  əhali 
arasında  işçizlik  artır.  Buna  baxmayaraq  immiqrantlar  yeni  təcrübələr, 
biliklər,  vərdişlər  gətirirlər.  Şimali  Amerika  və  Avstraliya  dövlətləri 
immiqrantların təsiri altında əmələ gəlmiş və formalaşmışdır. 
Cənub-Şərqi  Asiya  ölkələrinin  inkişafında  yapon,  çin  sənaye  işçi 
qüvvələri,  Honkonqdan  olan  sahibkarların  Kanadada,  hind  və  livan 
biznesmenlərinin Afrikada və s. fəaliyyətlərini göstərə bilərik. Türkiyədən və 
Şimali  Afrikadan  ixtisası  olmayan  işçilər  Almaniyada,  Fransada,  Şimali 
Avropa ölkələrində immiqrasiyamn 60-70% təşkil edir. 
Beynəlxalq  insan  potensialı  miqrasiyası  ilə  bağlı  illik  kapital  axınının 
həcmi  yüz  milyard  dollarla  ölçülür.  Əmək  miqrasiyası  ilə  əlaqədar  kapital 
axını  çərçivəsində  işçilərin  köçürülməsi  təqribən  62%,  gəlirləri  -  30%  və 
miqrantların yerinin dəyişməsi - 7% təşkil edir (BMT-na görə). 
Aparılan  tədqiqatların  nəticələri  göstərir  ki,  Azərbaycanda  beynəlxalq 
miqrasiyaya  məruz  qalan  ölkələr  sırasındadır.  2006-cı  ilin  statistik 
məlumatlarına  görə  2232  nəfər  ölkəmizə  xarici  ölkələrdən  əhali  miqrasiya 
olunmuş, bunun da 2207 nəfəri MDB ölkələrinin payına düşür (134 nəfəri isə 
Rusiyanın payına düşür). Həmin ildə 2644 nəfər ölkəmizdən xarici ölkələrə 
miqrasiya olunmuşdur (2608 nəfər MDB və Baltikyanı ölkələr). 
Təhlillər göstərir ki, Azərbaycanda yüksək ixtisaslı elmi-texniki kadrların 
xarici ölkələrinə miqrasiyası artmaqdadır.’^^ 
İnsan  potensialın  ölkənin  sosial  -  iqtisadi  inkişafında  rolunu  artırmaq 
məqsədilə  ardıcıl  dövlət  siyasəti  aparılır.  Hazırda  Azərbaycan 
Respublikasının  strateji  istiqamətlərində  biri  elmi-  texniki  və  insan 
potensialının optimalhğını artırmaqdan ibarətdir. 
107.
 
Süleymanov Q.S. Beynəlxalq əmək bazannm inkişaf problemləri. Bakı,2006. s. 133-134 
 ---------------  - = 
106
 =
 


İnsanŞünaslıq 
"Əmək  miqrasiyası  haqqında"  Azərbaycan  Respublikası  qanununun 
tətbiqi  haqqında  sərəncamı  (2000-ci  il)  ilə  əlaqədar  xaricə  gedən 
vətəndaşlarımız  qanunu  status  və  işə  düzəlmək  üçün  lisenziya  alırlar. 
Azərbaycan  hökuməti  ilə  Beynəlxalq  Miqrasiya  Təşkilatı  arasında 
razılaşmaya  uyğun  olaraq  miqrasiya  proseslərinin  nizamlanması  üzrə 
idarəetmə potensialının yaradılmasına dair proqram həyata keçirilir. 
 
ƏMƏK BAZARI VƏ MƏŞĞULLUQ SİYASƏTİ 
iqtisadi artım strukturu, insanın 
həyat tərzinin yüksəlməsi- insan 
potensialının idarə edilməsinin 
nəticəsidir. 
Q
 
loballaşan cəmiyyətin inkişafında əmək bazarı, məşğulluq siya- 
səti beynəlxalq elmi mərkəzlərdə onun sosial-iqtisadi mahiyyəti, 
strukturu, əsas tipləri və modellərinə aydınlıq gətirilir. *08 Əmək bazarı 
çox mürəkkəb idarəetmə strukturu sosial-iqtisadi metodlar və modellər 
vasitəsi ilə iş qüvvəsini tənzimləyən mexanizmdir. 
Əmək bazarı fıkrimizcə- bəşəriyyətin so- 
sial-iqtisadi tərəqqi çərçivəsidir, təkamülü 
və hər bir dövlətin sivil inkişaf səviyyəsini 
özündə əks etdirir. İnsan resurslarından da- 
yanıqlı istifadə edilməsi mexanizmində, 
təkrar istehsal prosesində, məşğulluq sistemində əmək bazarının opti- 
malhq səviyyəsinin təmin edilməsi hər bir ölkənin "dayaq qüvvəsi"dir. 
Əmək bazarının əsas metodu insan psixologiyasına, intellektual vərdiş 
fəlsəfəsinə əsaslanır."Gələcəyi dərk etməyin açan keçmişin öyrənilməsin- 
dədir" fəlsəfi ideyanın əmək bazarında və fərqli zaman miqyaslarda də- 
fələrlə təkrarlanmaq xüsusiyyətinə malik olması insan psixologiyasına 
xas olan bir sıra intellektual fəaliyyətlərinin mövcud olduğunu sübut 
edir. Bu səbəbdən də əmək bazarındakı dəyişikliklərin proqnozlaşdırıl- 
ması bazar iştirakçısının fəaliyyət strategiyasının əsas tərkib hissəsini təş- 
kil edir. 
Əmək bazarı tarixi-iqtisadi institutdur, hər bir dövrün məsələyə aid 
ideya istiqamətləri mövcud olmuş və öz dəyərlərini müasir dövr üçün də 
saxlamışdır: 
Müasir əmək bazarının fəaliyyətinin təhlili üçün iqtisadi nəzəriyyədə 
olan mövcud yanaşmalar əmək bazarının ayrı-ayrı elementlərini əks et- 
dirir və onların heç biri bu bazarın fəaliyyətinin tam mənzərəsini vermir. 
I08."Qlohalla!jmaııın altermıthdəri" Beynəlxalq elmi-nəzəri konfrasın materialları (rus 
dilində) M.,2002. 
1 OO.R.Ş.Mııradov. Maüsir şəraitdə A R-da əmək bazarı problemləri Bakı, "Elm" 2000. səlı.30. 
=
 
107
 
-  . . . . .    —  


Ağazeynal A.Qwbanzadə 
 
İşçi  qüvvəsi  bazarının  digər  bazar  infrastrukturları  ilə  müqayisəsində  bəzi 
yanaşmalar  hətta  yanlış  mühakimələrə  (məsələn,  əmək  bazarına  gələn  işçi 
qüvvəsinin  bir  sıra  parametrlərinin  verilməsi  və  dəyişməzliyi  haqqında) 
əsaslanır. Bütövlükdə tələb və təklif qanununa tabe olan əmək bazarı özünün 
fəaliyyət mexanizminin bir çox prinsiplərinə görə digər əmtəə bazarlarından 
əsaslı  şəkildə  fərqlənən  xüsusi  növ  bazardır.  Burada  tənzimləyicilər  təkcə 
makro- və mikro iqtisadi amillər deyil, həm də işçi qüvvəsinin qiyməti- əmək 
haqqı ilə əlaqəsi olmayan sosial və sosial-psixoloji amillərdir. 
Məsələnin mahiyyətini aydınlaşdırmaq üçün müasir əmək problemlərinə 
aid tədqiqatçıların fikirlərini göstərə bilərik: 
*
 
N.A.Samuelson:  "Əmək  bazarı-  iş  qüvvəsinin  təkrar  istehsalı, 
mübadiləsi və istifadəsini təmin edən ictimai münasibətlər, sosial norma və 
institutlardır". 
*
 
R.D.Erenberq,  R.S.Smit:  "Əmək  bazarı-  işçiləri  işlə  təmin  edən  və 
məşğulluq çərçivəsində qərarları koordinasiya edən bazardır".^ 
*
 
Ş.M.Şahbazov: "Əmək bazarı- iqtisadi münasibətlər sistemidir". 1^2 
110.
 
Н.А.Самуелсон. Экономика. T.l. M., 1993. c.l79. 
111.
 
Р.Д.Еренберг, Р.С.Смит. Современная экономика труда. Теория и Государ ■ 
ственная политика. М., 1996. с. 98. 
112.
 
Ş.M.Şahbazov. Göstərilən əsəri, səh. 138. 
-    - - - - - - - - -     ■  
108
 


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə