Elşən Misir oğlu Nəsibov



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə74/85
tarix03.05.2018
ölçüsü2,85 Kb.
#41135
1   ...   70   71   72   73   74   75   76   77   ...   85

251
 
 
-ailə hüquqları qorundu; 
-uşaqların incəsənətdə iştirakı tətbiq olundu
-uşaqlar rəqsə, operaya, xoreoqrafiyaya cəlb olundular;  
-mənzil hüquqları təmin olundu; 
-uşaqlar efirlərə (radio, televiziya) cəlb olundular; 
-Azərbaycanda dövlət dili ana dili oldu; 
-ana dilində ali təhsil verdi
-xarici  dilləri  öyrətməklə  dünya  elminə  çıxışlar  bəxş 
etdi; 
-Azərbaycan  mədəniyyəti  ümumittifaq  mədəniyyətinin 
tərkibi oldu; 
-qocalara, yaşlı insanlara hörmət olundu; 
-qocalar  və  yaşlı  insanlar  dövlət  qayğısı  ilə  əhatə 
olundular; 
-qocalıq təqaüdü təyin edildi; 
-əmək pensiyaları təyin olundu; 
-əlillik pensiyaları təyin olundu; 
-müharibə iştirakçılarına mükafatlar verildi
-tələbələrə təqaüdlər verildi; 
-gənc mütəxəssislər qabaqcıl vəzifələrə çəkildilər; 
-kütləvi idman yarışları keçirildi; 
-universiadalar  ,  spartakiadalar  və  olimpiadalar  təşkil 
olundu; 
-idmanın bir çox sahələri inkişafa məruz qaldı; 
-idman infrastrukturları təşkil olundu; 
-idmançılar mükafatlandırıldı; 
-fəxri adlar verildi; 
-hərbi və xüsusi adlar verildi
-həvəsləndirmə tədbirləri həyata keçirildi; 
-insanlara pulsuz torpaqlar paylanıldı; 
-insanlar üçün pulsuz bağ sahələri ayrıldı; 
-texniki vasitələrdən istifadə qaydaları öyrədildi; 
-texniki peşə təhsili verildi; 
-çoxsaylı ixtisaslar öyrədildi


252
 
 
-mobil texnika ilə davranış qaydaları öyrədildi; 
-sürücülük mədəniyyəti aşılandı; 
-infrastruktur yaradıldı; 
-informasiya şəbəkəsi formalaşdırıldı; 
-minik vasitələrindən istifadə mədəniyyəti yaradıldı; 
-donanma və aviasiya təşkil olundu; 
-gəmilər və təyyarlər verildi; 
-ictimai nəqliyyat inkişaf etdirildi; 
-pilotlar, maşinistlər, kapitanlar, miçmanlar, 
admirallar, generallar yetişdirildi
-zabit rütbələri verildi; 
-ictimai-asayiş keşikçilərinin nizamlı qüvvələri 
yaradıldı; 
-ədliyyə sistemi təkmilləşdirildi; 
-prokurorluq təkmilləşdirildi; 
-xüsusi xidmət inkişaf etdirildi; 
-ədəbiyyatçılara mükafatlar verildi; 
-əsərlər pulsuz çap olundu; 
-yüksək qonorarlar verildi; 
-yazıçılara dəyər verildi, pulsuz mənzillər aldılar; 
-əhali  kütləvi  şəkildə  kitab,  qəzet  və  jurnal  oxumağa 
cəlb olundu 
  
 
 


253
 
 
Sovet hökuməti Azərbaycan xalqına nə verdi 
 
IV HİSSƏ: 
 İnkişaf  dalğaları  baza  inkişaf  üzərində,  baza  kapital 
üzərində  formalaşır.  Azərbaycan  bu  gün  ümumdünya  inkişaf 
dalğalarına  cəlb  olunub.  Ancaq  hər  şeyi  sıfırdan  başlamayıb. 
Vaxtilə  Sovet  hökumətindən  qalmış  potensial  hesabına 
vəsaitlərin  dövriyyəsini  təmin  edə  bilib.  Azərbaycan  müstəqil 
olanda  dövlətçiliklə,  sivil  dövlət  quruluşu  ilə  ayrılıb. 
Təsərrüfatı, mədəni və ictimai-siyasi həyatı tənzim etmək üçün 
müvafiq  mərkəzi,  ixtisaslşamış  və  yerli  idarəetmə  qurumları 
mövcud  olub.  Azərbaycan  xalqı  mövcud  olan  resurslardan 
istifadə  etməklə,  eləcə  də  mövcud  strukturlardan  və 
mexanizmlərdən  yararlanmaqla,  islahatlar  apararaq  yeni 
tendensiyalar  yarada  bilib.  Hüquqi  dövlət,  dövlətçilik,  sivil 
mədəni, ictimai və siyasi həyat Sövetlər dönəmində formalaşıb. 
Tam  orta,  orta  ixtisas,  peşə  və  ali  məktəblər  Sovet  əsasən 
dövründə  yaradılıb.  Biz  Azərbaycan  xalqı  olaraq  bütün 
dəyərlərin  baza  hissəsini  Sovet  hökumətindən  mənimsəmişik. 
Siyasi elitamız da Sovet hökumətinin bizə bəxş etdiyi hədiyyə 
olub.  Biz  dövlət  idarəçiliyinin  hüquqi  əsaslarını  məhz  Sovet 
hökumətindən  mənimsəmişik.  Daha  doğrusu  bu  hökumət 
idarəçiliyin  strukturunu  yaradıb  və  idarə  etmək  üçün  müvafiq 
kadrları yetişdirib.  
Cəmiyyətlə  siyasi  hakimiyyət,  eləcə  də  dövlətlə  vətəndaş 
arasında 
sivil 
münasibətlər 
Sovet 
hakimiyyətinin 
formalaşdırdığı  dəyər  olub.  Bu  hökumət  ölkə  təsərrüfatını, 
istehsalatını,  bu  baxımdan  da  sənayesini  kompleks  şəkildə 
qurub.  Həmçinin  özünün  iqtisadi-təsərrüfat  həyatı  ilə 
uyğunlaşdırıb.  
Orta  məktəblərdə  təbiət  fənlərini,  ictimai  və  humanitar 
fənləri  tədris  etməklə  insanların  təfəkkürünü  elmləşdirib  və 
konstruktivləşdirib.  Sovet  hökumətinin  total  maarifləndirmə 


254
 
 
siyasəti  insanların  sistemli  olaraq  təbiət  resurslarına 
münasibətini  meydana  gətirib.  İnsanlar  kollektiv  olaraq 
təbiətdən  rasional  şəkildə  yararlana  biliblər.  Bütün  xammalı 
elmi-məntiqi  əsaslı  formalara  sala  biliblər.  Sovet  hökuməti 
insanları  pərakəndə  yox,  fundamental  məqsədli  istehsalat 
proseslərinə cəlb edib. Bununla da insanlar arasında sağlam və 
etikaya əsaslanmış ünsiyyət meydana gəlib. 
Sovet  hökuməti  xalqları  bir-birinə  yaxın  edib.  Öz  böyük 
məkanını  insanların  üzünə  açıq  edib.  İnsanlar  da  bu 
məkanlardan  istifadə  edərək  açıq  və  enerjili  ruh  qazanıblar. 
Bütün  xalqlar  həm  fərdi,  həm  də  kollektiv  şəkildə 
mədəniyyətlərini  bir-birilərinə  ötürüblər.  Bununla  da 
beynəlmiləlçilik  yaranıb.  Milli  eqoizmin  artmasına  yol 
verilməyib.  Sovet  hökuməti  insanı  elə  özünün  mərkəzində 
qoyub  və  fərq  qoymadan  (milli  və  mədəni  fərqlər)  insan 
fəlsəfəsini insanlara təbliğ edib. Bütün  xidmətlərin ana xəttini 
özünəxidmət (həm də layiqli xidmət) təşkil edib. Bu baxımdan 
da Sovet hökuməti xalqlardan ibarət humanist, bəşəri bir dövlət 
və  cəmiyyət  yaradıb.  Xalqa  bəşəri  duyğular  bəxş  etməklə  əsil 
insanlığın  nə  olduğunu  onların  dərrakəsinə  həkk  edib.  Biz 
Azərbaycan xalqı olaraq, Sovet hökumətinin xidmətlərini dana 
bilmərik.  Bizim  bütün  həyatımızın  insanlıq  fəlsəfəsini  öz 
quruculuğu ilə Sovet hökuməti yaradıb.  
 Düzdür,  Rusiya  böyük  dövlət  olduğundan  sərhəd 
respublikalara özünün “hasar divarı” kimi baxıb. Ancaq özündə 
olan dəyərləri sərhəd respublikaları ilə birləşdirib. Bununla da 
vahid  sağlam  cəmiyyət  qura  bilib.  Sivil  və  sağlam  hüquq 
prinsiplərini bütün ölkə üzrə eyni əsaslarla yayıb. 
 
Sovet hökuməti bizə nə verib: 
 
-humanizm fəlsəfəsini bəxş edib; 
-qadınları çadra zülmündən xilas edib; 
-qadınlara açıq həyat seçimi bəxş edib


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə