Elşən Misir oğlu Nəsibov



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə75/85
tarix03.05.2018
ölçüsü2,85 Kb.
#41135
1   ...   71   72   73   74   75   76   77   78   ...   85

255
 
 
-xəstəlikdən  kütləvi  şəkildə  məhv  olmanın  (kütləvi 
peyvəndləmə yolu ilə) qarşısını alıb; 
-böyüklərə və yaşlı insanlara hörmət prinsiplərini öyrədib
-böyüklərlə  salamlaşmaq,  hal-əhval  tutmaq  mədəniyyətini 
öyrədib; 
-nəqliyyat  vasitələrində  qadınlara,  uşaqlara,  əlillərə,  yaşlı 
adamalara hörmət və ədəb qaydalarını öyrədib; 
-aviasiya bəxş edib; 
-dənizçilik və donanma bəxş edib, limanlar, buxtalar verib; 
-dəmiryolları və qatarlar, vaqonlar bəxş edib; 
-metro nəqliyyatı verib; 
-digər  ictimai  nəqliyyatlar  (avtobuslar,  mikroavtobuslar) 
verib; 
-avtomobillər verib; 
-dəzgahlar,  texniki  avadanlıqlar,  aparat  və  ciahzlar  bəxş 
edib; 
-evlərin  və  obyektlərin  tikintisi  qanunlarını,  normativliyi 
öyrədib; 
-layihələri və elmi-tədqiqatı öyrədib; 
-geologiyanı-mineralogiyanı öyrədib; 
-geoloji kəşfiyyatı öyrədib; 
-coğrafiyanı və səyahəti öyrədib
-alpinizmi öyrədib; 
 -hidrometerologiyanı öyrədib; 
-astronomiya elmini və kosmosu öyrədib; 
-şəhərsalma və arxitekturanı öyrədib; 
-mümarlığı və incəsənəti öyrədib; 
-heykəltəraşlıq və rəssamlığı öyrədib; 
-bəstəkarllğı və dirijorluğu öyrədib; 
-süfrə mədəniyyətini öyrədib; 
-stol və stullarda əyləşmək mədəniyyətini öyrədib; 
-qaşıq-çəngəl tutmaq mədəniyyətini öyrədib; 
-turizm və abidələr mədəniyyətini öyrədib; 
-baytarlıq və aqronomluğu öyrədib; 


256
 
 
-mühasibatlıq və iqtisadiyyatı öyrədib; 
-bank və maliyyə mədəniyyətini öyrədib; 
-qonşuluq,  qohumluq  və  ünsiyyət  qurmaq  mədəniyyətini 
öyrədib; 
-uşaqları bağçalarda tərbiyə edib
-musiqi alətlərindən istifadə mədəniyyətini öyrədib; 
-musiqi elmini öyrədib; 
-küçələr, parklar, meydanlar mədəniyyətini öyrədib; 
-diplomatiya və xarici siyasəti öyrədib; 
 -siyasətşünaslıq və tarix elmini öyrədib
-mütəxəssislərdə vəzifə və öhdəliyi öyrədib; 
-vəzifə hüquq və səlahiyyətlərini öyrədib; 
-vəkilliyi və hüquqi-müdafiəni öyrədib. 
 
 
Sovet hökuməti Azərbaycan xalqına nə verdi 
 
V HİSSƏ: 
Sovet 
hökuməti  kütləvi  maarifləndirmə,  kütləvi 
mədəniləşdirmə,  kütləvi  ədəbiləşdirmə  üsulu  ilə,  eləcə  də 
əhalini  rejimli,  sistemli  əməyə  cəlb  etməklə,  şəxsiyyətləri, 
cəmiyyət  üçün  dəyərli  fərdləri  yetişdirə  bildi.  Azərbaycan 
xalqının ruhunu şablonlardan, stereotiplərdən bir qədər azad 
edə  bildi.  Feodal  təfəkkürlü  Azərbaycan  xalıqının 
düşüncələrində  inqilab  etdi,  düşüncələrinin  qabağını  kəsmiş 
“niqabları” (üz örtüklərini) götürdü və işıqlı dünya bəxş etdi. 
Marginal  düşüncələri  dünyəvi,  bəşəri  düşüncələrlə  əvəzlədi. 
Sovet hökuməti mədəni çevrilişlər sayəsində oğlanlarla qızlar 
arasında  açıq  və  səmimi,  eşq  və  məhəbbət  münasibətlərini 
formalaşdırdı.  Dünyaya  gələn  minlərlə  qız  uşaaqlarının 
gələcək həyat eşqlərinə parlaqlıq verdi. 
İnsanlar  arasında  uçurum  yaradan  “varlı-kasıb” 
təbəqəsini ləğv etdi. Cəmiyyətdə fərdin maddi bərabərliyini 


257
 
 
yarada  bildi.  İnsanları  maddi  aləm  üzərində  qalib  etdi. 
İnsan mənəviyyatını onun maddiyyatı ilə tarazlaya bildi.  
Sovet  hökuməti  qaranlıqlar  aləmində  qərq  olmuş 
qadınların  zülmət  çadralarını  əyinlərindən  götürdü  və 
onların  işıqlı  dünyaya  açıq  gözlə  baxmaları  üçün  şərait 
yaratdı.  Qadını  insanlığa  qaytardı.  Əgər  Sovet  hökuməti 
olmasaydı  yeni  doğulan  qız  uşaqlarının  diri-diri 
basdırıldığı qəbirstanlıqlar çoxluq təşkil edərdi. Kiçik yaşlı 
qız  uşaqlarının  qoca  kişilər  yanında  ahı-fəryadı  aləmi 
bürüyərdi.  
 
 
Sovet hökuməti bizə nə verdi: 
 
-xalqın  şüurunu  feodal  formasiyasından  sosializm 
formasiyasına keçirdi; 
-texniki  baxımdan  “lal  xalqa”  texnikanın  dili  ilə 
danışmağı öyrətdi; 
-maşın  mexanizatorların,  dəzgahların  dilləri  üçün 
“lüğət” rolunu oynadı; 
-kombayn və traktorların, kranlar və yük maşınlarının 
dilini başa saldı; 
-vaqonların,  gəmilərin,  təyyarələrin  dili  ilə  danışmaq 
bacarığını öyrətdi, dil açan həkim rolunu oynadı; 
-texniki baxımdan “kor xalqa” texnikanın nə olduğunu 
göstərdi. Baxışlarını konstruktivləşdirdi; 
-texniki düymələri basmaq yollarını başa saldı; 
-“miopiyalı xalqa” eynəklər payladı;  
-texniki  baxımdan  “kar  xalqa”  maşın  və  mexaniza-
torların səsini eşitdirdi; 
-elektrik stansiyalarında turbinlərin səsini eşitdirdi
-müəssiələrdə konveyerlərin səsini eşitdirdi; 
-mühərriklərin gurultusunu eşitmək şansları verdi; 
-dəzgahların tərbiyəsini təqdim etdi; 
-yaradıcılıq qabiliyyəti verdi; 


258
 
 
-sənətkarlığı  öyrətdi.  Rəssamlığı  verdi.  Təbiəti  təsvir 
etməyə səslədi; 
-texniki diaqnostika aparmaq qabiliyyəti bəxş etdi; 
-tibbi diaqnostika aparmaq məharəti bəxş etdi
-xəstələrin gözü üstlərindəki aparatlarda açıldı; 
-sərnişin daşımaq öyrətdi; 
-yük daşımaq öyrətdi; 
-hamıya “alo” öyrətdi; 
-gənclərin çiyinlərinə audio musiqi verdi; 
-atdan,  uzunqulaqdan,  arabadan  endirib  avtomobilə 
mindirdi- uzaq yolunu yaxın etdi; 
-nefti sənaye üsulu ilə çıxartdı; 
-nefti sənaye üsulu ilə emal etdi; 
-neft mütəxəssiləri yetişdirdi; 
-mənzillərə qazla istilik verdi
-gənclərin qoluna çanta verdi; 
-gəncləri müasir dəblə geyindirdi; 
-insanlara uniformalar verdi; 
-insanlarda nəzakət və ədəb qaydalarını öyrətdi; 
-insanlara müraciət qaydalarını öyrətdi 
 
Yazılma tarixi-avqust 2017-ci il  
    
 
 
Müstəqillik və “Dəmir-saqqız” mübadiləsi 
 
Müstəqilliyi  xalq  dövlətlə  və  dövlətçiliklə  qazanır. 
Azərbaycan  xalqı  sıfırdan  təkmil  müstəqil  dövlət  yaratmadı. 
Azərbaycan Sovetlər Birliyindən çıxanda, daha doğrusu, SSRİ 
dağılanda  dövlətçilik  üçün,  dövlətin  fəaliyyətini  təmin  etmək 
məqsədilə lazım olan bütün  sivil əsaslı siyasi  sistemlərə sahib 
oldu.  Yəni,  Sovet  hökumətindən  bu  sistemlərlə  birgə  ayrıldı. 
Sovetlər  zamanı  xalqın  siyasi  məfkurəsi  formalaşmışdı. 
Azərbaycan  məhz  hazır  dövlət  forması  kimi  müstəqil  oldu. 
Sovet 
hökuməti 
vaxtilə 
xalqın 
siyasi 
məfkurəsini 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə