266
-hakimiyyət lazım bildiyi şəxslərə qarşı sui-qəsdlər
(aviaqəzalar, odlu və soyuq silahlarla hücum, zəhərlətmə və s.)
həyata keçirir;
-azad sözə və sərbəst fikirə qarşı hücum çəkir, senzura
tətbiq edir;
-hakimiyyət ictimaiyyət və elm adamlarından çəkinir və
onları
təqib edir;
-hakimiyyət güclü insanların təhqir olunması üsuluna əl
atır;
-hakimiyyət ağıllı insanlardan qorxur, ideyaları qəbul
etməkdən
ehtiyyat edir;
-hakimiyyət ağıllı və düşünən insanların zəif yerlərini
axtarır və bu nöqtələri zərərsizləşdirməyə çalışır;
-hakimiyyət üsyandan qorxur, odlu silaha, kütləvi qırğına
əl atır;
-hakimiyyət
biznesə gizli şərik olur, havayıdan pul qazanır;
-əmlak müsadirəsini həyata keçirir və özgə malına şəxsi
sahib olur;
-hakimiyyət dindarları
güdür və təqibə məruz qoyur;
-hakimiyyət dəyərli elmi əsərləri ləğv etdirir və ya da satır;
-hakimiyyət dəyərli layihələri qısqanclıqla qarşılayır;
-hakimiyyət təbii hüquqların marketinqini həyata keçirir,
hüquqlara maddi
qiymət qoyur, alqı-satqı bazarını yaradır;
-hakimiyyət kölgə iqtisadiyyatını təşkil edir və qaranlıq
yollarla varlanır;
-hakimiyyət manipulyasiya və maxinasiyalara əl atır və
talançılıqla məşğul olur;
-hakimiyyət kapitala hökm etməklə əməyin istismarını və
köləliyi yaradır;
-hakimiyyət özündən güclü dövlətin hakimiyyətinə
yaltaqlıq edir, onun maddi maraqlarını ödəyir və s.
267
Azad cəmiyyət nədir. “Açıq hökumət” nədir. Azad
cəmiyyət və “Açıq hökumət” haqqında mülahizələr,
qənaətlər
İnsan bu gün cəmiyyətdə yaşayan fərdlərə, şəxslərə ayrılır.
Cəmiyyət insanı obyektə, subyektə, bu baxımdan da dəyərlər
mənbəyinə, irs faktoruna, mədəni amilə, siyasi ünsürə, ideoloji
mənbəyə, əmək ünsürünə və bu kimi dəyərlərin əhatə olunduğu
fəlsəfi məzmuna çevirir. İnsan cəmiyyətdə ünsiyyət, əlaqə
vasitəsidir, tərəfidir. İnsan cəmiyyətdə özünə maraq məkanı
əldə edir. Hədəflər yalnız cəmiyyətlərdə müəyyən edilir. İnsan
insan kimi cəmiyyətlərdə, sosial sferalarda sübuta yetirilir.
İnsan cəmiyyətdə düşünür və fayda verən mənbə rolunu
oynayır. İnsan cəmiyyətlə həmahəngdir və cəmiyyətin qanun
və qaydları ilə yaşayır. İnsan cəmiyyətdə mədəniləşir,
yaradıcılıq və quruculuq işləri ilə məşğul olur. İnsan sanki
cəmiyyətdə öz qrafikasını həkk edir və cəmiyyət burada
“qrafit” (laylı struktur, müstəvi, mineralın müstəvisi) rolunu
oynayır. Cəmiyyət insan əməllərinin təsviri lövhəsi kimi önəm
kəsb edir. İnsanın maddi, mənəvi mövcudluğu cəmiyyətlərdə
büruzə verir, təsdiqlənir. İnsan cəmiyyət məkanında azad olur.
Özünə cəmiyyət strukturlarında mövqe qazanır. Cəmiyyəti
azad
edən də onun üzvləridir, insanlarıdır.
Azadlıq müəyyən hədlərdə (tələbatın ödənildiyi səviyyədə)
maddi-mənəvi harmoniyanın mövcudluğudur. Təbii ki, azadlıq
da
sərhədlidir,
hər
kəs
üçün müəyyən miqdarlıdır.
Cəmiyyətlərdə hər kəsin öz məkanı, cəmiyyət vəsaitlərində isə
hər kəsin öz payı mövcuddur. Bu da insanların təbii
hüquqlarının meyarlarını, tərkibini və ölçüsünü müəyyən edir.
Azad cəmiyyət insan azadlığının və dolğun, əhatəli insan
hüquqlarının təsbit olunduğu və təmin edildiyi cəmiyyətdir.
Azad cəmiyyətlərin tərkibi rəngarəngdir və hüquqları
zəngindir. Çalarlı hüquqlar kompleks əhəmiyyətlidir. Azad
cəmiyyətlərdə insan hüquqları ədalətlə, tarazlı şəkildə təmin