271
Açıq hökumətləri formaları və fəaliyyətləri baxımdan
bu şəkildə ümumi əsaslarla xarakterizə etmək olar:
-Açıq hökumətlər azad cəmiyyətlərin maraqlarını ödəyə
biləcək formada strukturlaşırlar;
-Açıq hökumətlər fəaliyyət prinsiplərini azad cəmiyyətlərin
istək və maraqları ilə uzlaşdırırlar;
-Açıq hökumətlərin forma və məzmunları cəmiyyətin
tələbatlarını ödəmək fəaliyyəti prinsipləri ilə uzlaşır;
-Açıq hökumətlər şəffaf məzmunda hesabatlı
işlər görürlər;
-Açıq hökumətlər azad cəmiyyətin üzvləri ilə dialoqlar
şəkilində fəaliyyət
prinsiplərini müəyyən edirlər;
-Açıq hökumətlərdə informasiya resurslarından istifadə
olunur. Məlumatların alınması və göndərilməsi prosesləri
şəffaf
formada sistemləşir, konseptuallaşır;
-Açıq hökumətdə elektron qanun, elektron hökumət,
elektron cəmiyyət
iş prinsipləri qəbul edilir;
-Açıq hökumətlərdə şəffaflıq prinsipləri ilə cəmiyyətin
dövlət məmurları üzərində müşahidələri yaranır;
-Açıq hökumət dövlətin və xalqın vəsaitlərinin dövriyyəsi
barədə azad cəmiyyətləri məlumatlandırır;
-Açıq hökumət inam və etibar qazanmaq yolları ilə
fəaliyyətini uzlaşdırır;
-Açıq hökumətlərin fəaliyyəti hakimiyyətin təbiətini,
xarakterini
müəyyən edir;
-Açıq
hökumətlərin fəaliyyəti azad cəmiyyətlərin
münasibətlərini və mövqelərini, əlaqələrini
müəyyən edir;
-Açıq hökumət “Asan idarəçiliyi” təşkil edir və vətəndaş
müraciətlərini
sadələşdirir;
-Açıq hökumət “Vahid pəncərə” sistemini tətbiq edir və
elektron tablolarla fəaliyyət barədə vətəndaşları və qeyri-
vətəndaşları məlumatlandırır;
-Açıq hökumət layihələri insanların hüquqları ilə bağlı
onları məlumatlandırır;
-Açıq hökumət “Açıq efir” layihələrini həyata keçirir.