Elşən Misir oğlu Nəsibov



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə70/85
tarix03.05.2018
ölçüsü2,85 Kb.
#41135
1   ...   66   67   68   69   70   71   72   73   ...   85

237
 
 
Fərd cəmiyyətdə kapital rolunu oynayır. Kapital rolu fərdə 
cəmiyyətdə  axarlar  və  axınlar  yaratmağı  təmin  edir.  Xalq  öz 
fərdi  kapitalını  cəmiyyətdə  yaradır  və  onu  hakimiyyət  axarına 
yönləndirir.  Burada  fərd  öz  kapitalını  artırır  və  xidmətlərini 
göstərir.  Hakimiyyət  cəmiyyətə,  xalqa  və  dövlətə  xidmət 
etdiyinə  görə  hakimiyyətdə  təmsil  olunmaqla  fərdin  kapitalını 
artırmaq imkanları meydana gəlir. Hakimiyyətdə xalqa xidmət 
üçün  geniş  meydanlar  açılır.  Bu  meydandan  istifadə  edərək 
fərd özünü dəyərli və dəyərsiz, konstruktiv və ya da destruktiv 
ünsür kimi təsdiq edir.  
 
Cəmiyyətin dövləti-dövlətin cəmiyyəti 
 
Cəmiyyəti  xalq-insanlar,  sakinlər,  vətəndaşlar  dövlətə 
xidmət  üçün  təşkil  edirlər.  Eyni  zamanda,  nəzərə  alsaq  ki, 
dövlətin xidmət obyekti xalqdır, onda belə qənaətə gəlmək olar 
ki, cəmiyyəti xalq özünə xidmətlər üçün yaradır. Özünün əlaqə 
və  ünsiyyət  məkanı,  özünü  təsdiq  konstruksiyası  kimi  görür. 
Cəmiyyət  şəxsiyyəti  sərhədləyir,  o  mənada  ki,  onun 
hərəkətlərini tamamlayır.  
Dövlət  öz  moralına  görə  cəmiyyətinə  bənzəyir.  Onun 
xarakterini  özündə  daşıyır.  Xalqın  cəmiyyəti  qüsurlu  olduqda 
dövləti də zəif və qüsurlu olur. Xalq dinamik inkişafda olursa, 
dövləti də möhkəmlənir, təkmilləşir.  
Cəmiyyət  həm  də  bütövlükdür.  Bu  bütövlük  elə  dövlətin 
özüdür.  Buna  görə  də  dövlət  cəmiyyətə  xidmətlər  struk-
turundan  və  cəmiyyətin  özündən  ibarət  olan  bütövlükdür, 
vahidlikdir.  
Dövləti  rəhbər  idarə  edir.  Bu  rəhbər  cəmiyyətdə  yetişir. 
Rəhbər  şəxs  ictimai  və  siyasi  fiquraya  çevrilir.  Cəmiyyətin 
dəyərlərindən  qəbul  edir.  Cəmiyyətin  əxlaq  daşıyıcısı  olur. 
Dövlət rəhbəri olan şəxs cəmiyyətin yaşam qaydalarını özü ilə 
rəhbərliyə daşıyır. Yaşam tərzi ilə cəmiyyətin qanunlarına tabe 
olur.  Cəmiyyət  dövlət  rəhbərini  əhatə  edir.  Şəxsin  duyumu 


238
 
 
xalqın duyumunun tərkibini təşkil edir. Dövlət hakimiyyətinin 
nümayəndələri də cəmiyyətdən seçilirlər. Onlar da cəmiyyətin 
adətlərini  özləri  ilə  daşıyırlar.  Hakimiyyətə  gətirirlər.  Buna 
görə  də  hakimiyyətlə  bütövləşirlər.  Hakimiyyətdə  cəmiyyətin 
ruhunun  daşıyıcısı  rolunu  oynayırlar.  Buna  görə  də  dövləti 
təşkil  edən  hakimiyyət,  cəmiyyət,  ümumilikdə  xalq  öz 
dövlətinə bənzəyir. 
Cəmiyyət  güclü  olanda  dövlət  də  güclü  olur.  Cəmiyyətdə 
boşluqlar  yarandıqda  daxili  və  kənar  ünsürlər  bu  boşluqdan 
istifadə  edirlər.  Bu  halda  tarazlıq  pozulur,  cəmiyyət  zəifləyir. 
Elementlər  arasında  üzvü  bağlılıq  kəsilir.  Dövlət  zəif  olur. 
Hakimiyyətdə diktatorluq formalaşır. 
Xalq kasıb olduqda, hakim təbəqə isə varlı qrupdan ibarət 
olduqda,  onda  hakim  təbəqənin  cəmiyyətdə  totalitarlığı, 
avtoritarlığı  yaranır.  Cəmiyyət  üzərində  olan  basqılar 
elementlərin  tarazlığın  təşkil  edə  bilmir.  Varlı  hakim  təbəqə 
kövrək  və  sıxılmış  siyasi  sistemlə  (qorxaraq,  ehtiyat  edərək), 
radikal mühafizəkarlıqla cəmiyyəti, xalqı idarə edir.  
 
Məmur etikası haqqında 
 
Dövlət ümumən əxlaq mənbəyidir. Əxlaq bütövüdür. Belə 
olmasa,  insan  hüquqları  təmin  oluna  bilməz.  Çünki,  hüquq 
özündə əxlaq daşıyıcısıdır. Mənəviyyatdan da hüquq norma və 
qaydaları müəyyən olunur.  
Məmur,  dövlət  qulluqçusu,  ümumiyyətlə,  xalqın  dövlət 
hakimiyyətində təmsil  olunan (seçki  yolu  və təyinatla vəzifəni 
tutan)  nümayəndələri  əxlaq,  tərbiyə  simvolları  olmalıdır. 
Məmurun  təmsil  olunduğu  hakimiyyət  strukturları  öz 
mənsubiyyəti  ilə  xalqa  məxsusdur.  Hakimiyyət  dövlət 
içərisində və dövlət sərhədlərindən kənarda xalqın maraqlarını 
qorumalıdır. 
-cəmiyyətdə  məmur  etikası  olmalıdır,  məmur  özbaşınalığı 
yox; 


239
 
 
-cəmiyyətdə  məmur  mənəviyyatı  olmalıdır,  məmur 
əxlaqsızlığı yox; 
-cəmiyyətdə məmur sevgisi olmalıdır, məmur nifrəti yox
-cəmiyyətdə 
məmur 
humanizmi  olmalıdır,  məmur 
qəddarlığı, zülmü yox
-cəmiyyətdə 
məmur 
şəxsiyyəti  olmalıdır,  məmur 
hörmətsizliyi yox; 
-cəmiyyətdə məmur nəvazişi olmalıdır, məmur etinasızlığı 
yox; 
-cəmiyyətdə  məmur  diqqəti  olmalıdır,  məmur  qayğısızlığı 
yox 
Məmurlar  dövlət  hakimiyyətinin  və  dövlət  başçısının 
xalqla  təmaslarında  vasitəçilərdir.  Onların  vəzifəsi  hüquq 
norma  və  qaydalarını  icra  etməkdən  ibarətdir.  Dövlətin 
müəyyən  etdiyi  siyasətin  icrasını  təmin  etməlidirlər.  Məmur 
özbaşınalığı  olduqda  xalqın  dövlət  hakimiyyətinə  və  dövlət 
rəhbərinə  qarşı  nifrəti  yaranmış  olur.  Belə  hallara  yol 
verməmək  üçün  dövlət  hakimiyyəti  məmur  üzərində  nəzarət 
mexanizmini  yaratmalıdır.  Məmur  üzərində  cəmiyyətin  də 
nəzarəti olmalıdır.  
Məmur özbaşınalığını itirmək üçün cəmiyyətin nüfuzlu  və 
güclü  ziyalı  təbəqəsini  onlar  üzərində  qınaq  nəzarətini  həyata 
keçirən  qrupa  çevirmək  lazımdır.  Bu  yolla  məmur 
özbaşınalığını cilovlamaq olar. 
Əgər məmur təbəqəsi öz maddi imkanları ilə qeyri-məmur 
təbəqəsi  və  ümumilikdə  xalq  üzərində  güclü  təsirə  malikdirsə, 
onda  demokratiya  ola  bilməz.  Bu  baxımdan  da  sağlam 
dövlətdən  və  sağlam  cəmiyyətdən  danışmaq  olmaz. 
Demokratiya  kapitalın  tarazlığını  və  onun  yaratdığı  sosial 
tarazlığı  sevən  hakimiyyət  formasıdır.  Məmur  təbəqəsi  ilə 
qeyri-məmur  təbəqəsi  arasında  maddi  amillərə  görə  kəskin 
uçurum  varsa,  onda  cəmiyyətdə  kəskin  məmur  yaltaqlığı  var. 
Belə halda xalqın iradəsi, əzmi yoxdur. 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə