228
kənd, qəsəbə və ölkə sivilizasiyalarının adlandığı məkanlardır.
Cəmiyyətlərdə münasibətlər və əlaqələr qruplaşır, təbəqələşir.
Cəmiyyətdə uşaqlar, böyüklər, yaşlılar, qocalar kimi təbəqələr,
qadınlar və kişilər kimi təbəqələr, əlillər, veteranlar, şəhidlər,
qəhrəmanlar kimi təbəqələr, qruplar, eləcə də ixtisas və peşə
təbəqələri formalaşır. Təbəqələrə aid olurlar: siyasətçilər (elita
və əks –elita), məmurlar, polislər, hakimlər, hərbçilər, alimlər,
müəllimlər, həkimlər, mühəndislər, mütəxəssislər, sürücülər,
incəsənət adamları, din xadimlər və s. Bununla yanaşı, fəhlə və
kəndlilər kimi şəhər (sənaye: istehsalat və xidmət işçiləri) və
kənd (kənd təsərrüfatında işləyənlər-əkinçilər, biçinçilər,
yığımçılar, sağıcılar, çobanlar, fermalarda mal-qaraya baxanlar
və s.) peşələrində çalışanlar da cəmiyyətin təbəqələri hesab
olunurlar. Ümumiyyətlə, əmək sahələri insanların bir tərəfdən
şəxsiyyət kimi yetişməsini təmin edir, digər tərəfdən isə onların
maddi-mənəvi stattuslarını təsdiqləyir.
Cəmiyyətlər öz tərkib elementlərinə, yerinə yetirdikləri
vəzifə və funksiyalara görə sadə və mürəkkəb ola bilirlər. Sadə
formalı cəmiyyətlərdə (məsələn, bir neçə tayfanın yaşadığı
kəndlərdə) insanların funksiyaları da monoton və sadə olur.
Onlar daha az tərkibli funksiya yerinə yetirirlər. Təsərrüfatla
məşğul olurlar, məhsularını satırlar, mal-qara saxlayırlar,
təhsillə
məşğul olurlar, sənətkarlıqla məşğul olurlar,
müəllimlik
edirlər, həkimlik vəzifəsini yerinə yetirirlər, bayram tədbirləri
keçirirlər, matəmlər və yas mərasimləri təşkil edirlər, uşaqlarını
tərbiyə edirlər və s. Sadə cəmiyyətlərdə strukturlar da sadə
olur. Kəndli cəmiyyətlərində təbəqləşmə də kiçik olur.
Eləcə də
az sahələri əhatə edir. Adətən kənd təsərrüfatı ilə hər bir şəxs
(qabiliyyəti olan hər kəs) məşğul olur. Müəllimin, həkimin,
traktorçunun, kombaynçının, mexanizatorun, aqronomun,
mühasibin, iqtisadçının da digərləri kimi təsərrüfatı mövcud
olur və onlar da mal-qara saxlamaqla məşğul olurlar. Torpaq
əkin-biçini fəaliyyəti həyata keçirirlər.