226
birgə müəyyən etsinlər. İstək və niyyətlərini qruplaşdırsınlar,
seçimlərə bölsünlər. Fərdi maraqlarını ümumi maraqları ilə
sintez etsinlər. Fərdi və ümumi mənafeni birləşdirsinlər.
İnsanlar əmək kollektivi, sosial bütövlük şəraitində yaşasınlar.
Kollektivçilik birgə enerji potensialının yaranması deməkdir.
Burada əmək, zehin və sosial vərdişlər, davranışlar cəmləşir.
Bu potensial mənbədən hər kəs daha çox faydalana bilir.
Ümumi müstəvidə hərənin öz payı (verilən və çatan paylar)
meydana gəlir. Təbiət və bəşəriyyət onu tələb edir ki, insanlar
əl əməyi məhsullarının mübadiləsi, eləcə də zehni əməyin
mübadiləsi şəraitində yaşamaq zərurəti ilə üzləşsinlər.
İnsanların ayaqda qalmaları üçün dəyərləri ötürmə prinsipləri
şərtə çevrilir.
Ünsiyyət, əlaqə və təbiətə olan münasibət məlumatlardan
ibarət olur. İnformasiya şəbəkəsi məhz zehni və əl əməyinin
məhsullarının paylanmasında mühüm rol oynayır. İnformasiya
şəbəkəsi və məlumatların dünya üzrə ötürülməsi, səpələnməsi
insanların həyat şəraitinin mənalı formalaşmasını təmin edir.
İnsanları aktiv şəkildə sosiallaşdırır, cəmiyyətlərdə ifadə edir,
mənalandırır. Sosiallaşma ümumi mənafeləşmədir, ictimai,
siyasi, mədəni və iqtisadi bütövləşmədir.
Sosiallaşma sayəsində
insanlar ünsiyyət məkanlarını qruplaşdırırlar, təsnif edirlər,
sahələrə ayırırlar və rəngarəngləşdirirlər. Sosialllaşma insan
həyatını bir tərəfdən mürəkkəbləşdirir, çətinləşdirir, digər
tərəfdən isə asanlaşdırır və sadələşdirir. Bu baxımdan da
cəmiyyətlər münasibətləri tarazlaşdıran məkanlardır. İnsanlar
kollektiv təsərrüfatlar, yaşayış məskənləri (burada kəndlərdə,
qəsəbələrdə, şəhərlərdə və ölkələrdə birləşmiş, zonalaşmış,
regionlaşmış yaşayış məskənlərinin yaranmasından söhbət
gedir) hesabına həyatda ayaq tuta, qərarlaşa bilirlər. Fərdin
şəxsiyyətə çevrilməsi kollektivçilikdə, birgə maariflənmədə,
birgə əmək şəraitində və birgə sosial şərtlərdə mümkün olur.
İnsan öz keyfiyyətlərini ümumi məkanda , yəni sosial
müstəvidə daha çox təqdim edə bilir. İnsanların keyfiyyətləri,