233
-fərdlər
və
qruplar arasında sosial münasibətləri
tənzimləyir;
-sosial standartları və modelləri yaradır;
-standartlar
çərçivəsində minimumları, ortaları və
maksimumları yaradır;
-sosial davranışı və sosial əxlaqı formalaşdırır;
-əmək münasibətlərini
və əlaqələri tənzim edir;
-sosial təbəqələri formalaşdırır;
-ehtiyac və tələbatlarını müəyyən edir;
-fərdi və kollektiv maraqların miqdarını
müəyyən edir;
-sosial mühiti formalaşdırır və müstəvini yaradır;
-ailə-məişət
münasibətlərini tənzim edir
-adət-ənənələri
tənzim edir;
-bayram və matəm günlərini
tənzim edir-müəyyənləşdirir;
-yaşayış
tərzini müəyyən edir;
-inkişaf tendensiyalarını və meyarlarını müəyyən edir;
-maddi və mənəvi kriteriyaları müəyyən edir;
-fərdin və şəxsiyyətin yetişməsini təmin edir;
-fərdin və şəxsin mövqeyini və statusunu müəyyən edir;
-fərdin qabiliyyət və istedadını müəyyən edir;
-əxlaq norma və qaydalarını yaradır, davranış metodlarını
və formulalarını müəyyən edir;
-ailə norma və qaydalarını müəyyən edir;
-yaşayış modellərini, üslubları, tipləri və formulalarını
yaradır;
-həyat standartlarını təşkil edir, standartlar arasında
keçidləri müəyyən edir, tərkib elementlərinin artıb-azalmasını
təmin edir;
-həyatın
mövcud və gələcək zamanları arasında
bağlayıcılıq yaradır və s.
Ümumiyyətlə, cəmiyyətin funksiyaları çox tərkibdən
ibarətdir. Cəmiyyət öz funksiyalarını dövlətlə birgə də yerinə
yetirir. Belə ki, dövlətin cəmiyyət üzərində idarəçilik, bu
baxımdan tənzimləyicilik, nəzarət, təminat və müşahidə, eləcə
də müdafiə və mühafizə funksiyası mövcud olur. Dövlət