Elşən Misir oğlu Nəsibov


Cəmiyyətin səlahiyyətləri, vəzifə və funksiyaları



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə68/85
tarix03.05.2018
ölçüsü2,85 Kb.
#41135
1   ...   64   65   66   67   68   69   70   71   ...   85

231
 
 
Cəmiyyətin səlahiyyətləri, vəzifə və funksiyaları 
 
Cəmiyyət  xalqın  mədəniyyət  məkanıdır.  Onun  quruculuq, 
yaradıcılıq  modelidir.  Model  olaraq  çoxtərkiblidir.  Cəmiyyət 
fərdlər  cəmindən  ibarət  olan  bir  qurum  olduğundan  mütləq 
şəkildə funksiya daşıyır. Çünki,  qurum  -daxilində hərəkətlərin 
mövcud olduğu fenomen kimi büruzə verir. İstənilən qurumun 
funksiyaları,  vəzifələri,  səlahiyyətləri  meydana  gəlir.  Bu 
səlahiyyət  və  vəzifələr  qurumun  hüququndan  formalaşır. 
Yaradılan  istənilən  ünsürün  də  hüquqları  olur.  Cəmiyyət  özü 
təbii  sosial  struktur  olduğundan  hüquqlar  baxımından  təbii 
məzmunludur.  Cəmiyyətin  hüququnun  reallaşması  vəzifələrin 
icrası  ilə  baş  verir.  Vəzifələrin  icrası  hüququ  təsdiq  edir. 
Cəmiyyətin  funksiyası  bir  qurum  kimi  özünü  saxlamağa 
xidmət edir. Cəmiyyəti təşkil edən elementlər arasında əlaqələr 
yaranır.  Əlaqələr  sayəsində  elementlər  şəbəkəsi  formalaşır. 
Cəmiyyətin  enerjisi  formalaşır,  potensialı  artır.  Cəmiyyət  özü 
ictimai  bir  təsisat  olaraq  dinamik  məzmuna  malik  olur. 
Cəmiyyət sanki, daxili istehsal proseslərini yerinə yetirir, eləcə 
də  dövlət  və  fərd  üçün  mənbə  rolunu  oynayır.  Cəmiyyət 
fərdlərdən,  onların  peşə  xüsusiyyətlərindən  mənbə  kimi 
yaranır, həmçinin fərdlər üçün mənbə rolunu oynayır.  
Cəmiyyətin  funksiyası  iki  istiqamətdə  həyata  keçirilir: 
birincisi,  cəmiyyətin  öz  daxilini  tənzim  edir,  əlaqə  və 
münasibətləri formalaşdırır; ikincisi, dövlətin hakimiyyəti üçün 
mənbə rolunu oynayır, hakimiyyətin siyasəti üçün obyekt olur, 
eləcə də müəyyən ideya və təkliflərlə çıxış edir. Hakimiyyətin 
subyekti  qismində  çıxış  edir.  Cəmiyyətin  daxili  funksiyası 
insanların  sosial  statuslarının  formalaşmasında  oynadığı  rolla 
müəyyən  olunur.  İnsanların  cəmiyyətdə  tutduqları  pozisiyalar 
onların  şəxsiyyətlər  kimi  yetişmələrinə  səbəb  olur.  İnsanlar 
cəmiyyətlərdə  olan  istiqamətlərdən,  məziyyətlərdən,  faydalı 
elementlərdən  təsirlənirlər  və  həyatlarını  şərtləndirirlər. 
Cəmiyyət  insanları  əhatə  edir  və  öz  qayğısı  ilə  əhatələndirir. 


232
 
 
Cəmiyyət  öz  forma  və  məzmunu  ilə  insanlara  xidmət  edən 
sosial-ictimai 
struktur 
rolunu 
ifadə 
edir.  İnsanların 
yaradıcılıqları,  əmək  vərdişləri,  iş  üsulları,  peşə  və  sənətləri 
cəmiyyətlərdə  formalaşır.  İnsanlar  müxtəlif  peşə  vərdişləri  ilə 
vahid kompleksiyalar yaradırlar. Cəmiyyətin vəsaitləri və onlar 
arasında  əlaqələr  çoxçalarlı  elementlərin  və  şəbəkələrin 
formalaşmasını  zəruri  edir.  Cəmiyyətin  funksiyası  öz  mü-
rəkkəb  elementlərindən  insanları  ətraflı  təmin  etmək  və  sosial 
rifahı  təmin  etməkdən  ibarət  olur.  Cəmiyyət  insanların 
müdafiəsi  üçün  lazımi  vəsaitləri  özündə  daşıyır.  İnsanlar  bu 
vəsaitlərdən  istifadə  etməklə  özlərinin  maraq  və  mənafelərini 
həm  formalara  salırlar,  həm  də  qoruyurlar.  Cəmiyyət  öz 
vərdişləri,  özündə  olan  davranışları  ilə  öz  ruhunu,  xarakterini 
yaradır.  Xarakter  davranış  normalarının  əksindən  olan 
duyumlardan  ibarət  olur.  Sistemli  münasibətlər  və  əlaqələr, 
əmək  qabiliyyətindən  yüksək  səviyyədə  istifadə  etmək, 
vərdişləri  aşılamaq  yüksək  səviyyəli  cəmiyyətlərin,  sağlam 
cəmiyyətlərin  təməlində  dayanır.  Sağlam  cəmiyyətlər  elə 
cəmiyyətlərə  demək  olur  ki,  onun  vəsaitlərindən  yararlı 
qaydada  istifadə  olunur.  Cəmiyyətin  vəsaitləri  ağılla,  məntiqlə 
istifadə  olunur.  Cəmiyyətin  resursları  onun  fərdlərinin 
hüquqlarına  xidmət  etdikdə,  cəmiyyət  öz  yüksək  səviyyəsini 
formalaşdırmış  olur.  Cəmiyyətin  hər  bir  üzvü  onun 
quruculuğunda iştirak edir və iştirak hüquqları əldə etmiş olur. 
Cəmiyyətin  yüksək  səviyyəsi  ədalətli  davranışlardan  da 
formalaşır.  Hər  bir  fərd  cəmiyyətdə  özünə  yer  edir.  Fərd  öz 
mövqeyindən, vəzifəsindən kifayətlənirsə, razı qalırsa, deməli, 
cəmiyyətin  strukturu  sağlam  vəziyyətdə  olur.  Cəmiyyət  öz 
üzvlərinə yaxşı xidmət göstərir.  
 
Daxildə funksiyası 
-öz-özünü  formalaşdırır  və  təmsil  edir,  nizamlayır, 
tərkibini yaradır; 
-öz daxilində maraq sahələrini yaradır; 


233
 
 
-fərdlər 
və 
qruplar  arasında  sosial  münasibətləri 
tənzimləyir; 
-sosial standartları və modelləri yaradır; 
-standartlar 
çərçivəsində  minimumları,  ortaları  və 
maksimumları yaradır; 
-sosial davranışı və sosial əxlaqı formalaşdırır; 
-əmək münasibətlərini və əlaqələri tənzim edir
-sosial təbəqələri formalaşdırır; 
-ehtiyac və tələbatlarını müəyyən edir; 
-fərdi və kollektiv maraqların miqdarını müəyyən edir
-sosial mühiti formalaşdırır və müstəvini yaradır; 
-ailə-məişət münasibətlərini tənzim edir 
-adət-ənənələri tənzim edir
-bayram və matəm günlərini tənzim edir-müəyyənləşdirir
-yaşayış tərzini müəyyən edir
-inkişaf tendensiyalarını və meyarlarını müəyyən edir; 
-maddi və mənəvi kriteriyaları müəyyən edir; 
-fərdin və şəxsiyyətin yetişməsini təmin edir; 
-fərdin və şəxsin mövqeyini və statusunu müəyyən edir; 
-fərdin qabiliyyət və istedadını müəyyən edir; 
-əxlaq  norma  və  qaydalarını  yaradır,  davranış  metodlarını 
və formulalarını müəyyən edir; 
-ailə norma və qaydalarını müəyyən edir; 
-yaşayış  modellərini,  üslubları,  tipləri  və  formulalarını 
yaradır; 
-həyat  standartlarını  təşkil  edir,  standartlar  arasında 
keçidləri  müəyyən  edir,  tərkib  elementlərinin  artıb-azalmasını 
təmin edir; 
-həyatın 
mövcud  və  gələcək  zamanları  arasında 
bağlayıcılıq yaradır və s.  
Ümumiyyətlə,  cəmiyyətin  funksiyaları  çox  tərkibdən 
ibarətdir.  Cəmiyyət  öz  funksiyalarını  dövlətlə  birgə  də  yerinə 
yetirir.  Belə  ki,  dövlətin  cəmiyyət  üzərində  idarəçilik,  bu 
baxımdan tənzimləyicilik, nəzarət, təminat və müşahidə, eləcə 
də  müdafiə  və  mühafizə  funksiyası  mövcud  olur.  Dövlət 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə