26
MƏNİM PROQRAMIM
Azərbaycanın gələcək inkişaf strategiyası və konsepsiyası
I HİSSƏ:
ÜMUMİ ƏSASLAR:
1.
Xalqa doğma yanaşılacaq. Xalqın bütövlüyü və
birliyi möhkəmlənəcək.
2.
Xalqın ruhunu öz ruhum hesab edəcəm.
3.
Xalqa- ailə üzvünün tərkibi, ailə üzvünə- xalqın
tərkibi kimi baxılacaq.
4.
Xalqla sıx əlaqələr fonunda təbii, üzvi və harmonik
idarəçilik həyata keçiriləcək.
5.
İdarəçiliyin ideya mənbəyi xalqın fikirləri olacaq.
6.
Xalqın istəkləri dövlətin baza ideya sütununu təşkil
edəcək.
7.
Xalq və cəmiyyət ideologiyası əsasında idarəçilik
təşkil olunacaq.
8.
Dövlət rəhbəri kimi adi, sadə həyat yaşanılacaq. Ailə
üzvləri ilə birlikdə xalqın içərisində olunacaq və doğma
münasibət bəsləniləcək.
9.
Dövlət rəhbəri kimi yaşayış yerim cəmiyyət və
xalqın məskənləri olacaq.
10.
Ölkədə ailələr diqqət mərkəzində saxlanılacaq.
Ailələrə baş çəkiləcək.
11.
Ailələrə dövlət qayğısı prinsipləri formalaşdırılacaq.
12.
Bütün dövlət qulluqçuları və dövlət məmurları sadə
və mədəni həyat tərzinə cəlb olunacaq.
13.
İnsan azadlıqları genişlənəcək. Təbii hüquqların
təminatı və şəxsiyyətin toxunulmazlığı gücləndiriləcək.
14.
İnsan hüquqları sferasında məhkəmə siyasəti
gücləndiriləcək.
27
15.
Azad məhkəmələr təşkil olunacaq.
16.
Heç kəs təqib olunmayacaq. Hamı azad və sərbəst
yaşayacaq.
17.
Hər kəsin hüquqları yüksək səviyyəli qanunvericilik
aktları ilə qorunacaq.
18.
Hər kəs azad və sərbəst yaradıcılıqla, quruculuqla
məşğul olacaq.
19.
Azad sözün, sərbəst ifadənin dəyər artırılacaq.
Sərbəst
fikir
məkanları
yaradılacaq. “Azad söz”
tribunaları çoxaldılacaq.
20.
Sadələşmiş idarəçilik məzmunu formalaşdırılacaq.
Xidmətlər
sahəsində
“Vahid
pəncərələr”
şəbəkəsi
genişləndiriləcək.
21.
Demokratik hakimiyyət formalaşdırılacaq. Xalq öz
hakimiyyətinin əvəzsiz sahibi olacaq.
22.
Xalq azad və sərbəst, həmçinin şəffaf yollarla öz
hakimiyyətini formalaşdıracaq.
23.
Xalqın şəffaf siyasi və inzibati seçimləri olacaq.
24.
Demokratiyanın tərkibi kimi ölkədə “Nookratiya”-
ağılın, zəkanın hakimiyyəti- yaradılacaq.
25.
Demokratiyanın
tərkibi kimi meritokratiyaya
(ləyaqətlilərin,
dəyərlilərin,
fayda
verənlərin
hakimiyyətinə) üstünlük veriləcək.
26.
Demokratiyanın tərkibi olaraq izokratiya (bütün
vətəndaşlara bərabər hüquqların verilməsi) idarəçiliyinə
üstünlük veriləcək.
27.
Bürokratik süründürməçiliyə son qoyulacaq.
28.
Bürokratiyanı yumşaq idarəçilik, rəvan xidmətlər
sistemi əvəzləyəcək.
29.
Herontokratiyanın
(yaşlıların
hakimiyyəti)
süründürməçiliyinə
və
bürokratik
əngəllərinə
yol
verilməyəcək.
30.
Eltanın rəvan əvəz edilməsi tətbiq olunacaq.
28
31.
Əks-elita gücləndirləcək. Əks-elita ilə həmrəylik,
birlik siyasəti tətbiq olunacaq. Xalqın vahid sözü modeli
təşkil olunacaq.
32.
Liberal,
nümayəndəli demokratiya formalaş-
dırılacaq.
33.
Oxlokratiya (burada kütlə hakimiyyəti) və demar-
xiyanın (burada özbaşına hakimiyyətə can atma) qarşısı
alınacaq və institusional idarəetmə prinsipləri tətbiq
olunacaq.
34.
Qərarların qəbulunda cəmiyyətin pozitiv təklifləri
nəzərə alınacaq.
35.
Cəmiyyətə təşəbbüsverici mənbə kimi baxılacaq.
36.
Hakimiyyətə xalq və cəmiyyət nəzarəti güclən-
diriləcək. Sosiokratiya formalaşdırılacaq.
37.
Dövlət idarəçiliyinə cəmiyyət nəzarəti mexanizmləri
təşkil olunacaq.
38.
Dövlət idarəçiliyi cəmiyyətin sifarişi ilə forma-
laşacaq.
39.
Xalqın məziyyətləri (üstün keyfiyyətləri, bacarıq-
ları) qorunacaq.
40.
Cəmiyyətlə dövlət (dövlət hakimiyyəti) arasında sıx
üzvi vəhdət təşkil olunacaq.
41.
Cəmiyyətin aktivliyinə və passionarlığına (sosial
fəallığın yüksəlişinə) çalışılacaq.
42.
Cəmiyyətdə münasibətlərin sadələşdirilməsi istiqa-
mətində güclü işlər görüləcək.
43.
Bürokratik
sadələşdirilmə həyata keçiriləcək.
Məmur-qeyri-məmur harmoniyası, birliyi yaradılacaq.
44.
Dövlət qulluqçularının ictimai tərbiyəsi güclən-
diriləcək.
45.
Avtokratiyaya (bir şəxsin sərhədsiz, məhdudlaş-
mayan hakimiyyəti) yol verilməyəcək.
46.
Xalqa xidmət üzrə “Məmur etikası” forma-
laşdırılacaq.
Dostları ilə paylaş: |