15
qələm, xətkeş və karandaşlarımızı çox sevərdik. Çantalarımız
bizim ayrlmaz tərkib hissəmiz idi. Valideynlər də əziyyətə
düşməzdilər.
İndi çantalar o qədər ağırlaşıb ki, onları valideynlər
daşımaq məcburiyyətində qalırlar. Uşaqlar onun yükündə
əzilirlər, əyilirlər. Təbii ki, kitab-dəftərin hesabınadır. Mən
başa düşə bilmirəm, bu ibtidai siniflərdə uşaqalara əlavə nəyi
öyrətmək istəyirlər. O proqramı yazanlar, “ağıllılar” yazdıq-
larını heç özləri dərk edə bilirlər?! Uşaq erkən yaşlarında bu
qədər informasiya qəbul etmək iqtidarında olar?!
Sovet hökuməti hər şeyi ətraflı öyrənib yaş dövrünə uyğun
standart dərs yükü müəyyən eləmişdi. Uşaqlar da asan şəkildə
qavrayırdılar. Biz nə üçün o sistemdən, o normalardan imtina
etdik?!
Texniki ixtiralar və xalqların imzaları haqqında.
Çoxlarımıza məlumdur ki, Sovet hökumətinin ilk reaktiv
mühərrikli təyyarəsi olan MiQ-in konstruktorlarından (layi-
həçilərindən) biri erməni millətindən olan Artyom Mikoyandır.
O, Sovet yahudi konstruktoru Mixail Quryeviçlə birlikdə ilk
reaktiv müərrikli təyyarənin müəllifidir. Ona görə də dünya
şöhrətli MiQ-lər (Mikoyan-Quryeviç) bu iki müəllifin adını
daşıyır. Mikoyan iki dəfə Sosialist Əməyi Qəhrəmanıdır.
Dəfələrlə Stalin mükafatı alıb. Quryeviç də Sosialist Əməyi
Qəhrəmanı adını alıb. Lenin və Stalin mükafatları laureatıdır.
Mikoyan və Quryeviç 1947-ci ildən bu yana öz xalqlarının
adlarını göylərdə şərəflə yazıdırırlar. Onların ixtiraları öz
xalqlarının dəyərli imzalarıdır. Hər dəfə bu təyyarələr göylərə
ucaldıqca (bir çox ölkələrin səmalarında) iki xalqın qüruru da
göylərə yüksəlir.
Allah qoysa, ümid edək ki, nə zamansa bizim Azərbaycan
xalqının imzası da beləcə texnika vasitələri ilə göylərdə
cızılacaq! Göylərdə cızılmasa da heç olmasa yerlərdə, sularda
yazılacaq. Bu tarix çox güman ki, uzaq 100-150 ilin ola
biləcək. Gələcək nəsillərə qismət olacaq!
16
İşsizlik və cəmiyyət. Bir cəmiyyətdə işsizliyin səviyyəsi
iqtisadi sistemin zəifliyi ilə əlaqədar olaraq yuxarıdırsa, deməli,
həmin cəmiyyətdə insanların əksəriyyətinin gözü acdır. Belə
səciyyəvi cəmiyyətlərdə yüksək imandan, inamdan danışmaq
da absurddur. Nəticə etibarilə kasıb cəmiyyətlərdə dini vicdan
da zəifdir. Belə cəmiyyətlərdə dini ideologiya güclüdür. Əməl
isə zəifdir.
İraqdakı Kürdüstan referendumu və regional
beynəlxalq vəziyyət haqqında
Bu gün (25 sentyabr 2017-ci il) İraqın Kürdüstan
muxtariyyətində keçirilən referendum Türkiyə-Rusiya yaxın-
laşmasına adekvat cavabdır. Bu hadisə gələcəkdə regionda
hansı geosiyasi dəyişikliklər yaradacaq:
Yaxın zamanlarda
-Türkiyə, İran, İraq və Suriya formatı+ Rusiya əmək-
daşlığını yaradacaq;
-İraq bir tərəfdən, region ölkələri də digər tərəfdən, regionu
güclü hərbi zonaya çevirəcəklər;
-ABŞ region ölkələrinə əlavə təsir və təzyiq rıçaqları
qazanacaq;
-Türkiyənin Rusiya ilə yaxınlaşmaq siyasətinin qarşısını
almaq üçün ABŞ Kürdüstan amilindən istifadə edəcək;
-Türkiyəni Suriya ilə yaxınlaşdıracaq;
-Türkiyə
və
İran
Suriyanın
ərazi
bütövlüyünü
dəstəkləyəcəklər;
-Ərəb dünyası-Türkiyə yaxınlığını yaradacaq.
17
Orta müddətli gələcəkdə
-İran Kürdüstan müstəqilliyinə çalışacaq-irandilli olduq-
larına görə;
-İran kürd amilindən Türkiyəyə qarşı təzyiq vasitəsi kimi
istifadə edəcək;
-Bu məsələdə ərəb dünyası və İran yaxınlaşma edəcək;
-Türkiyə təklənəcək və geosiyasi kömək məqsədilə üzünü
bir daha Rusiyaya tutacaq;
-Türkiyə paytaxtının yerini dəyişmək məcburiyyətində
qalacaq-paytaxt Şərqə köçürüləcək;
-Rusiya Türkiyəni öz tərəfinə çəkmək üçün Kürdüstan
kartından istifadə edəcək.
Hindistan və Türkiyənin kino sənayeləri haqqında.
Bollywoodun (Hindistan) və Türkiyənin çəkdiyi serialların
lentini birləşdirsələr Myanma dövlətinin ərazisi boyda lövhə
alınar. Quyruğunu da düzəldib çərpələngə bənzətmək olar. Bu
müstəvini Pakistan və Hindistan raketlərinə qoşsan bir neçə
dəqiqə ərzində Myanmanın bütün atmosferini tutar, Günəşin
qabağı alınar, işıq düşməz. Bu ölkə müsəlmanlardan üzr
istəyər.
Türkiyə seriallarında axıdılan göz yaşlarını və
tamaşaçıların göz yaşlarını hovuza töküb boru ilə Afrikaya
axıtsalar qitədə su problemi aradan qalxar. Ağlaşmaların səsini
toparlasalar Rusiyanın “Çar” hidrogen bombasının səsini ötüb
keçər. Hind filmindədki göz yaşları və onu tamaşa edənlərin
toparlasalar və Afrikaya yönəltəsələr qitə planetin ağciyərinə
çevrilər. Əlavə olaraq, Hind okeanının səviyyəsi bir neçə
santimetr qalxar. Səsdən Antarktida buzlaqları çatlayar. And
dağlarında və Himalay dağlarında böyük miqyaslı qar
uçqunları yaranar.
Dünyamızın Avropalılığı və Qərbliliyi. Bizlər, Türkiyə
türkləri Avropaya, Amerikaya (ABŞ, Kanada) o qədər həsəd
18
aparırıq ki, nəticədə onlara yaxınlıq hiss etmək üçün yalandan
özümüzə Avropalı etiketi vurmaq üsuluna əl atırıq. Guya
Avropadan tərkibik. Özümüzü elə aparırıq ki, guya Avropa
ailəsinin üzvüyük. Ancaq dərk etməliyik ki, biz nə maddi, nə
də ruhi baxımdan Avropalı, Qərbli deyilik. Hərdən onların
ayaqqabılarını geyinsək də yerişlərini yeriyə bilmərik. Biz o
qədər zəifik ki, orijinallığımızı kənara atıb imitasiya ilə məşğul
oluruq. Avropada ailə, cəmiyyət münasibətləri başqadır. Elə
vərdişlər, davranışlar var ki, türk-müsəlman dünyası üçün bu
elementlər yaddır. Avropada fərdin müstəqil aydınlaşması,
eləcə də aktivlik, sosial potensialın böyüklüyü mövcuddur.
Avropa fərdi üçün ətraf mühit yad deyil. Fərd ətraf mühitdən
daha çox faydalanır və ətraf mühitə də fayda verir. İnkişaf
etmiş Avropada fərdlə ətraf mühit arasında tarazlıq, harmoniya
mövcuddur. Balanslı vəziyyətlərdən fərdlərin dəyərlənməsi
mümkündür. İnsan haqları dəyər kimi qorunur. Avropa insanı
öz potensialını müstəqil şəkildə dəyərləndirə və istifadə edə
bilir. Bu kimi hallar müsəlman-türk dünyasına yaddır.
Müsəlman-türk dünyasında passivlik və boğuculuq mövcuddur.
Fərdlə ətraf mühit arasında qırıqlıq yaşanır. Fərd ətraf
mühitdən, cəmiyyətdən maksimum faydalana bilmir. Av-
ropada, Qərbdə fərd aydınlığa çıxır. Bizlərdə isə fərd
cəmiyyətdə xalisləşir, çılpaqlaşır. Çünki cəmiyyətə qarşı total
ögeylik və etinasızlıq var. Qərbdə liberal məzmunlu ictimai
tərbiyə, Şərqdə isə sıxıcı məcburi əməl mövcuddur. Müsəlman-
türk aləmində fərdin ictimai açılımı zəifdir. Buna görə də
potensialın böyük bir qismi passiv olaraq qalır. Aktivliklə
passivlik arasında balans pozulmuş vəziyyətdə olur. Bu
baxımdan da uçurumlar, pozulmalar yaşanır. Qərbdə-Avropada
maddi aləmlə mənəvi aləm arasında harmoniya yaşanılır,
müsəlman-türk aləmində isə daha çox hər iki tərəfdə pozuculuq
var. Üzvi bağlılıq olmadığından, maddi-mənəvi tarazlıq da
yaşana bilmir. İnsanları daima bu iki baza dəyər arasında
sarsıntı vəziyyətinə düçar olurlar. Maddi-mənəvi aləmin
Dostları ilə paylaş: |