8
Genişlənmə məkanı məhdud olan fikir daima ehkama
çevrilir, yəni, doqmalaşır. Məbədləşir və möhkəmlənir.
Uzunmüddətli olur. Ondan o tərəfə olan fikir isə ehkamın
daxilinə, eninə və uzununa doğru dərinləşən olur. Nəticədə
fikir sadələşir, fikrin geniş prosesi ilk rüşeyminə qayıdır.
Deməli, sadəlik və mürəkkəblik bütün piklərdə sadəlikdən,
ilkin rüşeymdən ibarət olur. Bu baxımdan da fikir mütləq və
dəyişən əsaslı olur. Keçidlər sadədən-sadəyə adlayır. Buna
görə də istənilən başlanğıc fikir sadədir, adidir, mürəkkəbin,
bərkliyin, ehkamın tərkibidir. Bu nöqteyi-nəzərdən bütün
müstəvilərin tərkibində sadəlik dayanır.
Yazılan, oxuculara təqdim olunan əsərdə fikirlər çox
istiqamətli və çox məzmunludur. Fikirləri ehkam və dəyərli
tezis kimi də qəbul etmək olar, həmçinin adi cümlələr kimi də
dərk etmək mümkündür.
Elm adamlarının vəzifə və funksiyaları haqqında.
Elmlə məşğul olan şəxslərin vəzifə və məsuliyyətlərinə aid
olur:
-cəmiyyətin, bəşəriyyətin düşüncə sütunlarına çevrilmək;
-düşünmək-hadisələr axarını, həyatı, təbiəti, mənəviyyatı;
-müşahidə etmək-hadisələri, prosesləri;
-qeyd etmək-düşündüklərini, gəldiyi qənaətlərini, müla-
hizələrini;
-fikirlərini bölüşmək, paylaşmaq;
-əks fikirləri qəbul etmək-yeni fikirləri öyrənmək məq-
sədilə;
-inkarları və əks tezisləri analiz etmək;
-hadisələri yönləndirmək üçün fikir sistemini yaratmaq;
-fikir modellərini və formulalarını tətbiq etmək;
-dialoqlar qurmaq;
-ideya və təşəbbüslərlə çıxış etmək, gələcəyi düşünmək;
-mənfiliklərlə barışmamaq;
9
-passivliyi
lazımi anlarda aktivliyə, yəni, qeyri-
müəyyənliyi müəyyənliyə çevirmək;
-yenilikləri tapmaq, kəşf etmək, ixtiralarla məşğul olmaq;
-sağlam ruh və cəmiyyət haqqında düşünmək;
-cəmiyyətin, bəşəriyyətin mədəni konstruksiyasını dü-
şünmək;
-cəmiyyətin, dövlətin, bəşəriyyətin faydalı əsaslarını iş-
ləyib hazırlamaq;
-barışmazlıq və üsyankarlıq xarakterində olmaq;
-idealizmlə realizmi uyğunlaşdırmaq;
-mövcud zamanla gələcək arasında fikir körpüsü yaratmaq,
futurist olmaq;
-humanizm modellərini formalaşdırmaq və s.
Bölünməzlik və ölməzlik haqqında. Canlıların mənbəti
və mənşəyi. Fizika elminə görə ən kiçik varlıq atomdur. Atom
özü də nüvə və onun ətrafında olan elektrondan ibarətdir.
Nüvənin tərkibi proton və neytronlardan təşkil olunur. Ən sadə
nüvə hidrogen atomundadır. Deməli, ən kiçik varlıq zərrə-
cikdir. Təbii ki, atom və nüvə, eləcə də zərrəcik ayrı deyil,
bitişikdir. Mənim şəxsi fikrimdir. Elmin qənaətindən xəbərim
yoxdur. Yəni, nüvə, elektron birdir, birləşikdir. Məsafə yoxdur.
Ara yoxdur. Alimlərin dediyinə görə ən yüngül element hid-
rogenlə bağlıdır. Hidrogen atomu yüngüldür. İndi keçək
kainata. –Kainatda ən kiçik varlıq zərrəcikdir. Zərrəciyin
yüngülü hidrogendir. Axı, hidrogen tək ola bilməz. O, birləşir.
Buna görə də kosmik fəzada hidrogen cəmi var. Atomlar
birləşəndə hidrogen başqa elementə çevrilir. Belə təsəvvür
etsək, qənaətə gələrik ki, birləşmə sayəsində atomların sayı çox
olan elementlər yaranır. Deməli, kainatın əsası passiv zərrə-
ciklərdən ibarətdir. Ən yüngülündən, onların birləşməsindən
ağırlar yaranır. Onda kütlə hesabına deyək ki, oksigen çoxdur.
Bərk materiyalarda, qaz halında olan materiyalarda mayeli,
qazlı maddələr çoxdur. Təbii ki, onların rüşeymi, başlanğıcı ən
10
sadəyə -bölünməzliyə bağlıdır. Kainat hidrogen birləş-
mələrindən meydana gələn çoxatomlu müstəvidir. Deməli,
oksigen və digər maddələr, elementlər çoxluq təşkil edir.
Kainatın passiv hissəsi aktivə çevriləndə hidrogen elementi
çoxalır. Çünki parçalanmada yüngülləşmə əmələ gəlir. Gü-
nəşdən yüngül elementlər ətrafa yayılır. Ancaq Günəşə, deyək
ki, ağır elementlər (atom sayı çox olan elementlər) daxil olur.
Günəşə passiv axın daxil olur, aktiv axın çıxır. Çox güman ki,
passivlə aktiv arasında kəmiyyət eynidir. Günəşdə təkcə yüngül
elementlər ola bilməz. Ona görə ki, orada da sıxlaşma gedir.
Günəş şüalarında oksigen, karbon və digər elementlər maddələr
ola bilər. Günəş şüalarında maddə kimi su mövcuddur. Hava
mövcuddur. Günəş planeti hava (atmosferlə) və su ilə təmin
edir. Lakin planetlər müxtəlif məsafələrdə olduğundan müxtəlif
birləşmələrə malik olurlar.
Kainatda passivlik daha çoxdur. Çünki mənbə rolunu
oynayır. Aktivlik çox olsa kainatın dayağı olmaz. Passivlik
üzərindəki aktivliyi tarazlaşdırır. Onun üçün mənbədir. Deməli,
ulduzların, o cümlədən Günəşin mənbəyi kainatın fəzasının
özüdür. Sadəcə olaraq bu mənbədən Günəş əmələ gəlir. Günəş
də bütün ulduzlarla bərabər kainatı hərəkətdə saxlayır.
Kainatın bölünməz elementi onun hər bir hissəsində
olduğundan kainatın mərkəzi də yoxdur. Kainatdakı qalak-
tikaların (ulduz topalarının) mərkəzi ola bilir.
Ən kiçik zərrəcik-bölünməzlik ən güclüdür, ona görə ki,
bölünmür. Ona təsir edən qüvvə onu hərəkətə gətirir. Sonsuz
istilikdə və ya da soyuqda (passivlik və aktivlikdə) bölün-
məzlik olan rüşeym (zərrəcik) ölmür. Buradan bir haşiyə çıxaq
ki, ən kiçik canlılar, zərrəciklər orqanizmdə ölmürlər. İnsan
öləndə belə onun orqanizmisini təşkil edən ən kiçik zərrəcik
ölmür. Torpaqda qalır.
Havada olan ən kiçik zərrəciklər ölmür. Onlar torpağa-suya
qarışanda maddələr əmələ gətirirlər. Deməli, Yer üzündə
canlılar tam ölmürlər. Torpağa, suya və havaya qarışırlar.
Dostları ilə paylaş: |