25
xalqın taleyi ilə bağlı olan informasiyalardan ibarətdir. Müdrik
şəxs siqnalları qəbul edir, emal edir və pozitiv nəticələrə gəlir.
Çətin vəziyyətlərdən çıxş yolları axtarır. Bu halda qəlbin
xeyirxah ruhu istəyə bağlanır. Əməl istəklərin yerinə yetiril-
məsinə yönəlir. Dövlət rəhbəri məlumatları
təhlil edir və özü də
məlumat mənbəyi rolunu oynayır.
Dövlət rəhbəri xalqın içərisində xalqın həyatı ilə həmahəng
yaşayır. Xalqın dramasını (faciəsini) yaşayır. Xalqın dərdlərini,
qəmini içində yaşayır və ona şərik olur. Dövlət rəhbəri
yanımcıl olur, açıq qəlbli və saf ruhlu şəxs kimi təsir bağışlayır.
Dövlət rəhbəri dialoqa açıq olur. Təşəbbüsverici və ideyalarla
yaşayan şəxs olur. Dövlət rəhbəri səbrli, dözümlü, təmkinli
xarakterli olur. Dövlət rəhbəri qətiyyətli, iradəli, mətinli,
mübariz, yorulmaz, fədakar şəxs olur.