19
nahamarlıqları, keşməkeşlikləri insanların ruhu tarazlığını
pozur və onları məngənədə saxlayır.
Türk dünyasının zəifliyi haqqında. Türk dünyası
zəifliyindən, “diabetliyindən”, “hipertoniyalığından”, “hipo-
toniyalığından”, “beyinə oksigen və qlükoza çatışmazlığından”
tez-tez işemik insult keçirir. Damarlar tromblaşıb. Qorxudan
qan qatılaşıb. Əl, ayaq, bədənin əsas hissəsi iflic vəziyyə-
tindədir. Sinir sistemi infeksiyalaşıb. Bədən buzlaşıb, keyləşib.
İflici sağaldan həkimlər də tapılmır ki, tapılmır. Üfiqdə Rusiya
həkimləri görünür.
Yaxın Şərqdə baş verən geosiyasi oyunlar: qaranlıq,
aydınlaşan və aydın olan məqamlar, gerçəkliklər haqqında.
Mövcud, yaxın gələcək və uzaq gələcək zamanı baxımından
təhlil
Regionda Suriya, İraq və İŞİD probleminin ardınca
Kürdüstan problemi ortaya çıxıb. İŞİD hadisələri Kürdüstanı
şərtləndirib.
Hadisələr necə dövr edəcək və ölkələrin maraqları hansı
şəkildə formalaşcaq.
-Rusiya üçün-bütün oyunlar bu dövlətin xeyrinədir. Baş
verən hadisələr Rusiyanı regional güc mərkəzindən qlobal
mərkəzə, müsəlman aləmində əsas dünya oyunçusuna çevirir.
Rusiyanın əsas hədəfi Türk dünyası və onunla yaxın sərhəddə
yerləşən Şərqi Ərəb dünyasıdır. Kürd kartı Türkiyəni Rusiyaya
tərəf aparır. Bu kart dolayı yolla Rusiyaya sərf edir. Rusiyanın
nüfuzu artır. Türkiyə ümid yerini Rusiyada görür. Türkiyə ərəb
dünyasına təsir üçün Rusiya üçün əlverişli məkan və güc
mərkəzidir. Kürdüstan məsələsinə görə Şərqi Ərəb dünyası da
Rusiya ilə yaxınlaşmaq strategiyasını həyata keçirir.
20
-ABŞ üçün Kürdüstan amili Türkiyə-Rusiya yaxın-
laşmasına zərbədir. Türkiyə üçün təhdiddir. ABŞ Şərqi Ərəb
dünyasında Rusiya ilə ciddi rəqabətə girişib. Şərqi Ərəb
dünyasında Türkiyədən güclənə biləcək Rusiyanın qarşısında
maneə olaraq Kürdüstan amili ortaya çıxıb. Kürdüstan amili
ABŞ üçün Türkiyəni Rusiya ilə yaxınlaşdırmaqda saxlayıcı
rolunu oynayır.
-Türkiyə hal-hazırda geosiyasi çaşqınlıq içərisindədir. Bu
hal yön dəyişməsinə görədir. Çoxdan formalaşmış geosiyasi
sistem pozulur və yenisi ilə əvəzlənir. Rusiya ilə yaxınlaşma
prosesinin önündə Kürdüstan amili maneə olaraq ortaya çıxıb.
Şərqi ərəb dünyasında nüfuzu arta bilər. Hətta yaxınlıq gedir.
Türkiyə daxildən də güclənmək zərurəti ilə üz-üzədir. Bu
məsələdə strateji müttəfiq kimi, həm də arxa dayaq olaraq
Rusiyanı görür. Regionda hələlik İrana da arxayındır.
-İran bu gün Suriya və Türkiyə ilə yaxınlıq etmək
məcburiyyətindədir. İraqla da yaxınlaşacaq. Ancaq İran
Rusiya-Türkiyə strateji yaxınlaşmasını qəbul edə bilməz. Həm
də ona görə ki, Azərbaycan amili var. Bu amil də İran üçün
təhdiddir. Ancaq İran bir müddətdən sonra Kürdüstanı
dəstəkləyə biləcək. Azından Ərəblərə və türklərə təzyiq vasitəsi
olaraq. Razılaşmalar əldə edəcək. İran ingilis dünyasının gizli
müttəfiqidir.
-Almaniya və Fransa üçün yaranmış geosiyasi vəziyyət
əslində sərfedicidir. Ona görə ki, bu amil Türkiyəni Avropadan
uzaqlaşdırır və onu Rusiyaya və müsəlman aləminə doğru
aparır.
-Kürdüstan amilini yaxın zamanlarda Qərbi Ərəb dünyası
dəstəkləyə biləcək. Ola bilər ki, bu, ehtimal olsun. Ancaq
ingilis dünyası Qərbi Ərəb dünyasından (Misir, Əlcəzair,
Mərakeş, Tunis, Liviya) Türkiyəyə təzyiq vasitəsi kimi
Kürdüstan məsələsində təzyiq göstərəcək. Qərbi Ərəb dünyası
Kürdüstan müstəqilliyini dəstəkləyə də bilər.
21
Türkiyənin Rusiya yönümü ciddi hal alıb. Bu hadisə ABŞ-a
ciddi təsir göstərib. Türkiyəni və türk dünyasını əldən
verdiyinə görə İngilis dünyası Almaniya və Fransanı cəza-
landıracaq. Almaniyanın nüfuz etdiyi Avropa İttifaqını dağı-
dacaq. Ona görə ki, ingilislərin istəyinin əleyhinə olaraq
Almaniya və Fransa Türkiyəni Avropa İttifaqına buraxmadılar.
Bütün geosiyasi oyunlar isə Rusiyanı möhkəmlədəcək. Slav-
yanlar Rusiyaya geri qayıdacaqlar. Keçmiş SSRİ-dən daha
güclü slavyan-türk dünyası birliyi yaranacaq. Mən bu fikirləri
də çoxdan səsləndirmişəm.
Türkiyə-Rusiya yaxınlaşmasına qarşı təzyiq vasitəsi olaraq
hələlik iki böyük amil mövcuddur: Xarici amil kimi Kürdüstan
məsələsi, daxili amil kimi Dağlıq Qarabağ münaqişəsi.
Təbii ki, ABŞ da hələlik Türkiyəni itirmək istəmir. Onun
potensialından istifadə etməkdə israrlıdır. Radikallıq tam
şəkildə ABŞ-ın region nüfuzuna zərbə vura bilər.
Türkiyədən və türk dünyasından çox da narahat olmağa
dəyməz. Ona görə ki, bu dünya Rusiyanın Avrasiyada
dayağıdır. Rusiya bunu dərk edir. Yaxın zamanlarda Rusiya
Türkiyəyə ballistik raketlər və nüvə silahı əldə etməyə kömək
edəcək.
22
I FƏSİL: MƏNİM PROQRAMIM
Azərbaycanın gələcək inkişaf strategiyası və konsepsiyası
Dövlət idarəçiliyinin əsasları
Dövləti həqiqi filosoflar və alimlər -müdriklər (dərin
düşüncəli xeyirxah adamlar) idarə etməlidirlər. (Qeyd: buna
nookratiya, yəni ağılın, yüksək düşüncənin, intellektuallığın,
dərrakənin idarəçiliyi kimi də ad vermək olar. Həmçinin
sağlam düşüncə-rasionallıq idarəçiliyi kimi də xarakterizə
etmək mümkündür). Ona görə ki, onlar xalqın içində olurlar və
xalqa ruhən bağlanırlar. Müdrik insanlar ictimai xarakterli
olurlar. Müdrik insanların xarakterində daha çox mühafi-
zəkarlıq, qoruyuculuq var. Bu baxımdan da oturaqlıq və
məkanda xidmət də önəm kəsb edir. Müdrik şəxslər xalqın,
cəmiyyətin vəziyyətini dərindən dərk edir və halına yanırlar,
problemlərinə şərik olurlar. Onlar xalq üçün daima xoşbəxtlik
modelləri axtarırlar. Müdriklər xalqın, cəmiyyətin və dövlətin
ruhuna lazımi reaksiya verə bilirlər. Ruhun axarını müsbət
istiqamətə yönəldə bilirlər. Digər tərəfdən, müdriklər hadisələr
axarını, hadisələrin şərtləndirici və konseptual məzmununu
daha da aydın dərk edirlər. Müdriklərin uzaqgörənliyi, dərin
məsləhətlər vermək qabiliyyəti xalqın gələcəyə yönəlik
addımlarının daha da uğrurlu olmasını təmin edə bilir. Gələcək
inkişaf strategiyasının ümumi məzmunu və tərkib incəlikləri
müdriklərin dərrakəsindən daha da aydın şəkildə sezilir.
Müdrik rəhbərlər xalqın gələcək taleyini xoşbəxt xətlərlə təsvir
edə bilirlər. Müdrik rəhbərin idarəçilik strategiyası geniş
məzmunlu və əhatəli olur. Müdrik şəxsin düşüncə miqdarının
artıqlığı, düşüncənin kökənli olması cəmiyyətin və xalqın baza
inkişaf dalğalarını məqsədyönlü axara yönləndirməyə imkan
verir.
Dostları ilə paylaş: |