59
Dəyərlər sistemlər daxilində zəngindir. Bir sistemin
dağılması elementlərin passivliyini yaradır, formasını və
məkanını dəyişir. Ola bilər ki, bir element bir sistemdə az, digər
sistemdə çox dəyərə malik olsun. Sistemlər genişləndikcə,
böyüdükcə kəmiyyətlər də artır. Artdığına görə dəyərlər də artır.
Elementlər artır, artanda çəkisini və kəmiyyətini böyüdür.
Funksiya genişlənir. Funksiyanın genişlənməsi dəyərlərin əldə
olunmasını
təmin
edir.
Deməli,
genişlənən
hərəkətlər
dəyərlərdən ibarət olur. Burada makro formaya keçən dəyərlilik
meydana gəlir. Bu baxımdan da sistemlilik məhz dəyərlərin
zənginləşməsinin əsaslarını meydana gətirir. Məsələn, cəmiyyət
özü bir kollektiv fəaliyyət, əmək münasibətləri, əqli
münasibətlər, davranış, maraq və mənafeni özündə cəmləşdirən
bir dəyərlər sistemidir. Cəmiyyət və dövlət forması məhz
insanların
dəyərli
olmasının
bazasında
dayanır.
Peşə
istiqamətləri də dəyərlərdən ibarət olur. Bir istiqamət bir neçə
sahəni əhatə edir. Məsələn, vəkillik institutu dəyərlər
istiqamətlərindən olaraq həm hüquq institutudur, həm ictimai
institutdur, həm də dövlət institutudur, belə ki, dövlətin hüquq
sisteminin müdafiəçisidir. Vəkillik dəyər olaraq insanların bütün
sahələrdə-istər fərdi qaydada, istərsə də kollektiv qaydada tərəf
olan əlaqə və münasibət formalarının müdafiəçisidir. Vəkillik
institutu cəmiyyətlə dövlət arasında, vətəndaşla dövlət
hakimiyyəti arasında vasitəçi rolunu oynayır, hüquqları olan
bütün tərəflərin hüquqi müdafiə funksiyasını yerinə yetirir.
Dəyərin zənginliyi elə verilən vasitənin (obyektin) zənginliyidir.
Dəyər zənginliyi sistem zənginliyi üzərində meydana gəlir.
Sistem zənginlikdir, deməli, dəyər də zənginlikdir və kəmiyyətə
bağlıdır. Lakin kəmiyyət istifadə zamanı sistemli və nizamlı
olur. Dəyər həm də bir ifadədir və zənginliyin, təkmilliyin,
keyfiyyətin ifadəsidir. Dəyər vermək vasitələr üzərində
siqnalları qəbul etməkdən meydana gəlir. İfadələr siqnallardır,
siqnalların təzahürüdür (məsələn, nitq sürətli siqnaldır, deməli,
enerjidir; nəfəs, tənəffüs enerjidir) dəyərlər də siqnallardır. Bu
60
baxımdan da siqnalların qəbulu və təkmilləşməsi məhz
dəyərlərin artmasının əsaslarını meydana gətirir. Dəyərlər
dərəcələnirsə, deməli, siqnallar da dərəcələnir. Dəyərlərin
dərəcələnməsi subyektlərin dərəcələnməsini də meydana
gətirmiş olur. Dəyərlər məkanlarda və zamanlarda dərəcələnir və
bu, əsasən sistemlilik prinsiplərindən meydana gələn zərurətə
çevrilir.
Dəyərlər genişlənən hərəkətlərlə yanaşı, məhdudlaşan
hərəkətlərin də bazasında dayanır. Burada funksiyanın genişliyi
müxtəlif tərəflər üçün sərhədlərin məhdudlaşmasını yarat-
dığından həmin tərəflər üçün dəyərsizliyə çevrilir. Çox
genişlənmə həm də genişlənən tərəf üçün dəyərsizliyin əsaslarını
meydana gətirmiş olur. Məhdudlaşma, məkanın kiçikliyi
dəyərləri yaratmış olur.
Dəyər vermək bir hal və proses kimi nəyisə (hadisə, maddi
aləm, mücərrəd aləm və s. olsun), kimisə müsbət qiymət-
ləndirmədir. Dəyər vermək dəyər verilən şeylərdən istifadənin
əsaslarını təşkil edir. Müsbət qiymət bir şeyə verilən yüksək
diqqətdir, əhəmiyyətdir. Dəyər zəruridir, həm də lazım olan
vasitələri zəruri edir. Dəyər lazımı və zəruri anlarda meydana
gələn vasitələrə çevrilir. Müsbət qiymət dolğun və zəngin əks
olunmadan meydana gələndir. Dolğun və zəngin, pozitiv əks
olunma etika və estetikadır. Bu baxımdan da gözəllik bir
dəyərdir. Dəyərdir, ona görə ki, gözəl görünmə elə dolğun
görünmədir, əks olunmadır. Bu baxımdan da gözəllik bir
dəyərdir; çünki dolğun bir məzmundur, vahiddir. Gözəllik o
halda xoş görünür ki, burada tarazlı sistem meydana gəlir.
Tarazlı sistemlər vərdiş olunmuş qaydalara və prinsiplərə,
bundan irəli gələrək görünüşə xas olur. Bu baxımdan da tarazlıq
da bir gözəllikdir. Gözəllik tarazlıqdır, estetikadır. Əxlaq da
gözəllikdir; çünki burada sistemlilik və mənəviyyatlılıq var.
Tərbiyə elə dəyərlərin qorunmasına xidmət edir. Bu baxımdan
da da yüksək mənəvi dəyərlər məhz sistemlilikdir, tarazlıqdır,
bərabərlikdir, məkanda tarazlılıqdır. Tarazlıq olduğuna görə də
61
ədalətlilikdir. Ədalət olduğundan da saflıq var. Saflıq özü də
dəyər rolunu oynayır. Ümumiyyətlə, insan həyatında nə varsa,
hamısı dəyərdir. Ən əsası odur ki, dəyərlər istifadə olunan və
istifadə olunmayana (məkandan asılı olaraq) bölünə bilir.
Haqqın (burada mənəviyyatın tərkibi olan ixtiyar, vəzifə və
səlahiyyət) özü də bir dəyərdir. Haqq nemətdir, insanlar bu
nemətdən istifadə edirlər. İnsanlar öz tarazlı həyatlarını və
təbiətlə Ulu Tanrı ilə bağlantılarını məhz haqlarla təmin edirlər.
Bu baxımdan da insanlar tarazlı mühitdə, tarazlı prinsiplərlə
məhz haqqı əldə etmiş olurlar. İnsan hüquqları haqqdır,
təbiətdən və fövqəltəbiətdən insanlara veriləndir. Bu baxımdan
da dəyərdir. İnsan hüquqları şəbəkələnir, sistemləşmə xüsusiy-
yətlərinə malikdir. İnsan hüquqları insanların həyatlarının tarazlı
əsaslarla təmin olunmasına xidmət edir. Bu baxımdan da insan
hüquqları tarazlı münasibətlər və davranış sistemlərinin
əsaslarını meydana gətirir. İnsanlar öz təbii hüquqlarını tarazlı
əsaslarla təmin etməyə çalışırlar. İnsan hüquqlarının əsaslarını
formalaşdıran maraq, mənafe, məqsəd kimi kriteriyalar da
dəyərdir. Bu baxımdan da belə qənaətə gəlmək olar ki, insan
həyatını təşkil edən bütün maddi-mənəvi kriteriyalar məhz
dəyərlərdən ibarətdir. Dəyərlərsiz heç bir şey ola bilməz. Məkan
dəyişəndə eyni bir subyekt və obyekt (dəyər vasitələri kimi)
dəyərini artırıb-azalda bilər. Hər bir elementin sistemdə öz yeri
var. İtərkən sistemin də kəmiyyəti azalır və dəyərlər azalır,
çatışmazlıqlar meydana gəlir. Bu baxımdan da dəyərlərin ən
əsası məhz sistemlilik prinsiplərində öz əksini tapır. Bəzən
böyük həcmli şeylər azalanda öz dəyərini itirir. Məsələn, evin
dirək həcmi (miqdarı) azalırsa, saxlama gücü də azalır, aşağı
düşür. Məkanda məqsədli istifadə olunan kəmiyyət azaldıqca
tutum da azalır, əks təsir azalır. Ağırlıq saxlamaq funksiyası və
gücü
azalır.
Deməli,
insan
hüquqlarının
dəyərlənməsi
kəmiyyətdən, elementlər tutumundan asılıdır. Məsələn, resurs
zənginliyi hüquqların təmin olunması üçün zəngin əsasları
Dostları ilə paylaş: |