53
gerçək məxluqdur. Buna görə də özü-özünü həqiqiləşdirir,
gerçəkləşdirir. Təbiət, insan və onun hüquqları haqqında olan
məlumatlar həqiqidir.
Həqiqlik həm universaldır, həm də məxsusi özəlliklərə
malikdir. Hüquq universal olmaqla yanaşı, həm də məxsusidir.
Buna görə də bütün şəxslərdə tam bərabər hüquqlar ola bilməz.
Eyni zamanda bütün şəxslərdə tam bərabər imkan, səlahiyyət,
ixtiyar və s. kimi mənəvi kriteriyalar ola bilməz.
Ulu Tanrı dəyərdir, çünki bütün yaranışların səbəbkarıdır və
yarananlar Onun verdiyi tərkiblərdir . Təbiəti, kainatı, canlı
aləmləri Ulu Tanrıdan kənarda düşünmək olmaz. Ulu Tanrının
bəxş etdiyi insan xüsusiyyətləri dəyərdir. Hüquq mənəvi aləmin,
şüurun tərkib hissəsidir. İnsan öz hüquqlarını şüurları ilə dərk
edərək, maddi aləmlərinin vəhdətini meydana gətirir. Deməli,
insan şüurları hüququn əsası olmaqla dəyərdir. Dəyərdir, ona
görə ki, təbiət, kainat, Ulu Tanrının bəxş etdiyidir. İnsanlar öz
şüurları ilə öz cismani mövcudluqlarını təbiətlə, kainatla və Ulu
Tanrı ilə vəhdətdə qəbul edirlər. İnsanlar kainatı ona görə
düşünə bilirlər ki, ondan olan tərkibdirlər. Düşünmə onların
daxillərindən meydana gəlir. Deməli, insanlar öz daxillərindən
irəli gələni düşünür. Kainat siqnalları insanların xaricilərini və
daxillərini bütövləşdirir və onları kainata bağlayır. İnsan
siqnalları gerçəkliyin aşkarlanması funksiyasını yerinə yetirir.
İnsan hüquqları gerçəkdir, həqiqidir, bu baxımdan da gerçək
aləmlə vəhdətdədir.
Ulu Tanrı bütün aləmlərin yaradıcısı və özü olduğundan
onun yaratdığı da həqiqidir. Bütün varlıqlar həqiqətin əsasıdır.
İnsanın mənəvi-maddi aləminin birləşdiricisi olan hüquqları da
həqiqidir. Həqiqidir, ona görə ki, aydındır və gerçəkdir. Gerçək-
liklərə təkan verəndir və hərəkətləri istiqamətləndirəndir.
Ulu tanrı forma baxımından tam sərhədləri ilə müəyyən
olunmayan, lakin məzmun baxımından bütün aləmi ağuşuna
alan sonsuz əbədi varlıq olduğundan, həm geçəkdir,
həm də təbii
hüquqların verilməsi “səlahiyyətinə” görə vahiddir, yeganə