77
müəyyənliyə çevrilmə prosesinin təzahürünü əks etdirir.
Reallaşma tələbatların ödənilməsinə istiqamətlənir. Deməli,
dəyərlər tələbatların ödənilməsindən ortaya çıxır və yeni
dəyərlər
şəbəkələnir.
Dəyərlərin
aktivləşməsi
zamanı
bağlayıcılıq meydana gəlir. Bu bağlayıcılıq yeni bir dəyər
sisteminin-dəyər sistemi içərisində dəyər strukturunun-əsaslarını
ortaya çıxarmış olur.
Anlayışın passiv və aktiv mənası mövcuddur. Passivlik onun
daimiliyində olur, aktivlik isə passivlikdən törəmədə, oyanmada
meydana gəlir. İnsanları cəmiyyətin və dövlətin aktiv üzvünə
onların hüquqlarının mövcudluğu amili çevirir. Hüquq insanın
həm özünə, həm də başqasına dəyərlər vermək üçün əsasları
ortaya çıxarır. Hüquq bütün insan düşüncələri üçün ancaq
pozitiv bir status və etalon (ölçü kriteriyası) rolunu oynayır. Bu
baxımdan dəyər olaraq hüquq hər zaman mövcud olur. Deməli,
dəyərlər insanların özlərinə immanentdir. İnsanların haqlı olaraq
ifadə olunmaları, onların hərəkətlərinin və maraqlarının təmin
olunması ictimai-siyasi baxımdan hüquqlarda əksini tapır.
İnsanların sistemli həyat tərzləri, onların sistemli fəaliyyətləri
məhz dəyərlərin əsaslarını özündə cəmləşdirir. Fəlsəfə
dəyərlərin tərkibini düşüncənin obyekti edir. Eləcə də insan
hüquqlarına universal bir məna kimi dəyər verir. İnsan hüquqları
anlayışının dərk olunmasında, onun mahiyyətinin başa
düşülməsində, aydınlaşma proseslərində elm və məntiqi əmə-
liyyatlar, metodlar dərketmənin özünün mahiyyətini meydana
gətirir. Dərketmə öz-özlüyündə müəyyən bir proses olaraq
müəyyən metodoloji istiqamətləri birləşdirir. Bu metodoloji
istiqamətlər isə dərketmənin üsullarını formalaşdırır. İdrak
(təfəkkür, düşüncə) konstruksiyası insan hüquqları anlayışının
elmi-fəlsəfi mənasını açır və ümumi metodoloji prinsiplər
(məsələn, çeşni ilə “xalça toxuma” prinsipi) obyektə müna-
sibətdə tətbiq olunur. Eləcə də konstruksiyaların hissə-hissə
açılması, sökülməsi prinsiplərini özündə əks etdirir. Həm
toxuma, həm də sökmə zamanı tərkib hissələrin aydınlşaması
78
prosesləri baş verir. Toxuma zamanı tərkib hissələr arasında
müstəqillik itir, tərkib hissələrin ümumi vahid sistemdə rolu artır
və rolların birləşdirilməsi prosesləri baş verir. Vəhdət meydana
gəlir və ümumi potensial, güc formalaşır. Buradan da bütövün
məkanı böyüdükcə ətrafı da genişlənir, müstəvisi və müstəvilər
konstruksiyası da genişlənir. Birləşmə məkan bütövünə xidmət
edir. Sökülmədə isə aydınlaşma, tərkib hissələrin müstə-
qilləşməsi prosesləri yaşanır. İctimai-siyasi münasibətlər
sistemində tərkib hissələr arasında əlaqələr yaylı olur. Bu
baxımdan da bərk sistemlərə nəzərən ara məsafələri daha çox
olur. Ara məsafələri “yaylı” funksiyanı yerinə yetirir və tərkib
hissələr arasında müstəqilliyə bir qədər xidmət edir. Bu
baxımdan da ictimai-siyasi sistemlər bərk sistemlərə nisbətən
hərəkət vəziyyətində olurlar və bu hərəkət vahid və müəyyən
məkanda baş verir. Məkan müstəqil hərəkətlərdən daxilən
böyüyür və ətraflar üzrə genişlənir. Deməli, məkanlar böyü-
dükcə qeyri-müəyyənlik müəyyənliklə əvəzlənir və gerçək-
liklərin, aşkarlıqların həcmi artır. İnsan hüquqlarında dəyərlərin
əhəmiyyətini artırmaq üçün nəzəri fikirlərin, istəklərin,
iradələrin sayının artması lazım gəlir. Eyni zamanda hüquqların
reallaşması imkanlarını böyüdən resursların sayı çoxalır.
Hüquq dəyər olduğundan təlim meydana gəlir. Yəni pozitiv
hüquq dəyərlərin formalaşmasının bazasında dayanır. Aksiolo-
giya dəyərlər haqqında təlim olaraq, dəyərlərin öyrənilməsi,
dəyərlərin mahiyyətinin aşkarlanması funksiyasını yerinə yeti-
rərək, insan hüquqlarının tərkib elementlərinin faydalar kimi
mövcudluğunu mühakimələr, sübutlar və məntiqi nəticələr yolu
ilə aydınlaşdırmaq funksiyasını yerinə yetirə bilər. Aksiologiya
hüququn dəyərlərinin aşkarlanması və hüquqdan dəyər kimi
istifadə olunmasının elmi əsaslarını müəyyən edir. Aksiologiya
bir təlim istiqaməti olaraq təfəkkürdə insan hüquqlarının fərdi və
universal əsaslarını meydana gətirir. Aksiologiyanın vəzifəsi
insan hüquqlarının tərkib elementlərinin və bölgüsünün dəyərli
əsaslarını müvafiq yollarla (burada deduktiv və induktiv
79
mühakimə yolu ilə, eləcə də təcrübi və nəzəri əsaslarla)
müəyyən etməkdən və aşkarlamaqdan ibarətdir. İnsan
hüquqlarının dəyərli əsasları hüquqların tərkib ünsürləri ilə və
tərkib
ünsürlərinin
faydaları
ilə
(insanların
ümumi
mövcudluğunda və fəaliyyətləri zamanı) dərk etməkdən
ibarətdir. Dərketmənin mücərrəd bir paneli yaranır. Dəyərləri
dərk etmənin müəyyən başlanğıc və son panel tərkibi mövcud
olur. İnsan hüquqlarının sahələr üzrə əhatə olunması müstəvilər
qatlarını yaradır.
İnsan hüquqları onun dəyəri ilə birlikdə dərk olunur. Çünki
hər bir hüquq norması tərkibinə görə dəyərlərdən ibarətdir.
Dərketmənin tərkib hissələri vardır. Bu tərkib hissələr
istiqamətlərdən və obyektlərdən asılıdır. Tərkib hissələrin dərk
olunması nəzəri istiqamətlərin meydana gəlməsinin əsasında
dayanır.
Dərketmənin bu kimi metodoloji əsaslarını müəyyən etmək
olar:
-insan hüquqlarının universal təbii dəyər olmasının elmi-
məntiqi yollarla, həmçinin sübutlarla, faktlarla, təcrübi və nəzəri
əsaslarla müəyyən olunması -insan hüquqları anlayışının
insanları hər zaman qoruması və maraqlarının təmin
olunmasına istiqamətlənməsi baxışlarının formalaşması;
-insan hüquqlarının sahələr üzrə müstəvilər meydana
gətirməsi və dəyərlərin müstəvilər qatlarından ibarət olmasının
müəyyən edilməsi;
-insan
hüquqlarının
tərkib
elementlərinin
(burada
mənəviyyatı təşkil edən elementlər, insanların mənsubiyyət və
bağlılığını,
idarəetməsini
müəyyən
edən
bağlayıcı
və
əlaqələndirici elementlər) dəyərli əsaslarının müəyyən olunması;
-insan hüquqlarının tərkibini təşkil edən elementlərin birinin
digərini şərtləndirməsinin əsaslarının dəyərli olmasının müəyyən
olunması. Tərkiblər dəyərli olanda digərlərini də şərtləndirir.
Dostları ilə paylaş: |