71
olunur və insanlar onlara qiymətlər verir. Dəyər olan şeydən
insanlar doyurlar, enerji əldə edirlər. Çatışmayan şeylər isə
dəyərsizliyi meydana gətirir. Eyni zamanda bir şeyin beyində
çox obrazlanması onun dəyərini aşağı salır. Deməli, vərdiş
olunmuş vasitələr həm dəyər kimi əhəmiyyət kəsb edir, həm də
müəyyən müddətdən sonra dəyərsiz bir vasitəyə çevrilir.
Dəyər o tərkibdir ki, onda möhkəmlilik və faydalılıq var.
Sistemlilik, nizamlılıq özü də bir dəyərdir; çünki burada
toplanmış elementlər mövcuddur. Dəyər enerji verən kom-
ponentdir, mənbədir, tərəfdir, obyektdir. Dəyər qida mənbəyidir
və dəyərlərin vəhdəti möhkəmliyi meydana gətirir. İnsanın
pozitiv əməlləri onun dəyərlərində əks olunur. Eyni zamanda
insanın pozitiv xarakteri və pozitiv əməllərinin özü də mücərrəd
bir dəyəri meydana gətirir. Dəyər insan həyatının əsasını təşkil
edən və insan həyatının əsas komponentlərini özündə əks etdirən
konkret və mücərrəd bir anlayışdır, məfhumdur.
Münasibətlərin korlanması, toqquşması, kəsişməsi dəyər-
lərin azalmasına və qarşılıqlı əlaqələrdə, təmaslarda, ünsiyyətdə
enerjinin azalmasına səbəb olur. Burada dəyərlərin azalması
halları yaşanır. Hesab etmək olar ki, enerji dəyərdir, enerji
azalanda dəyər də azalır.
Dəyərlər insanları özlərindən asılı vəziyyətdə saxlayır.
Dəyərlər cəmiyyətdə insan münasibətlərinin və insan hərə-
kətlərinin əsas istiqamətlərini meydana gətirir. Dəyərlər
həmçinin münasibətlərin qorunub saxlanmasında da istifadə
olunur. Dəyərlər körpülər yaradan obyektlər və subyektlər
rolunda çıxış edir. Dəyərlər üzərində hərəkət insanların pozitiv
mənalarını əks etdirir, eləcə də pozitivliyə doğru silsilə xarakterli
hərəkətlərinin əsaslarını meydana gətirir. İnsanlar dəyərləri həm
qazanırlar, müxtəlif məkanlarda əldə edirlər, həm də onlardan
istifadə edirlər.
Bütün münasibətlərdə dəyərlər kriteriyalar və ölçü etalonları
rolunda çıxış edir. Dəyər mənəviyyat və əxlaq fəlsəfəsinin
tərkibidir. Mənəviyyat hüququ yaradırsa, deməli, hüquq da bir
72
dəyərdir. Hüquqda insanın mənəvi dəyərləri və onun maddi aləm
üzərində mənəvi istifadə haqları meydana gəlir.
İnsanın özü bir dəyər olmaqla bərabər, onun fikirləri,
təmasları, ünsiyyətləri və digər özünü ifadə vasitələri dəyərlər
kimi əhəmiyyət kəsb edir. Qeyd olundu ki, hüquq özü bir
mənəvi dəyərdir. Lakin maddi maraqların əks olunduğu aspekt-
lərdə də maddi dəyərlərin ifadəçisidir. Hüquq dəyərdir, haqdan
gələndir, bu baxımdan da pozitiv bir kateqoriyadır. Hüquq
dəyərdirsə, deməli, onu daşıyan insan (tərəf) da dəyərdir, dəyər
ünsürüdür. Yaxud da başqa cürə ifadə edək.- İnsan dəyərdir,
onun hüququ da dəyərdir. Dəyər-müsbət kriteriyaları özündə
daha çox əks etdirən konkretləşmiş və ümumiləşmiş tərkib və
bütövdən ibarət olan bir sistemdir.
Hüquq dəyər olduğundan hüquqların zaman və məkanla
təmin edilməsini həyata keçirən cəmiyyət və dövlət də bir
dəyərdir. Hüquq ideyadır, dəyər də ideyadır. İdeya gözəllikdir,
faydalıdır. Deməli, dövlət də ideyadır, faydalıdır. Dövlət hüquqi
dəyərləri qoruyan və inkişaf etdirən bir formasiyadır. Dəyərlər
həm ontoloji, həm də qnoseoloji aspektlərdə mövcuddur. İnsan
təbii varlıq kimi bir dəyərdir, həmçinin insan hüquqlarına dair
sistemli baxışlar da bir dəyərdir. Obyektə, real hadisələrə
söykənən məlumatlar da dəyərlərdir. Dəyər o şeydir ki, insanlar
ondan daima qidalanırlar. İnsanların ruhlarını zənginləşdirən və
tarazlaşdıran kriteriyalar özləri bir dəyərdirlər.
Dəyərlər məkanda və zamanda qazanılan müsbət və enerji
verən amillərdir. Məsələn, insan müəyyən məkanda-dövlətində,
cəmiyyətində müəyyən nailiyyətlər əldə edir. Bu nailiyyət onun
üçün bir dəyərdir.
Dəyərlər, yəni dəyərləri özündə əks etdirən siqnallar
mübadilədə olur. Mənəvi dəyərlər ötürülür. Maddi dəyərlər də
ötürülür. Deməli, dəyərləri ötürən vasitələr mövcuddur. Bu
vasitələrin özləri də dəyərlərdən ibarət olur. Cəm halda dəyərlər
sistemləri meydana gətirirlər və sistemlərin tərkibini təşkil
edirlər.
73
Dəyər universal bir anlayışdır. Dəyərlər insanlar üçün lazımi
olan şeylərin hər birinin tərkibində mövcuddur.
Hüquq dəyərdir, ona görə ki, insanların yaxşı şeylər əldə
etməsinə əsaslanır. Yaxşı şeylər özlərində hüquqları daşıyırlar.
İnsan hüquqlarını təmin edən dövlət də dəyərdir. Dövlət
insanların maddi və mənəvi dəyərlərini həm təmin edir, həm də
qoruyur. Dövlət resurlardan istifadə edərək hüquqi dəyərlər
sistemin təkmilləşdirir.
Siyasi sistemlər də dəyərdir. İnsanların hüquqi-mənəvi
dəyərlərini qoruyurlar. Hakimiyyət və hüquq normaları sistem-
ləri də dəyərlərdir.
Dəyərlərin öyrənilməsi və dəyərləri daşıyan ünsürlər
arasında əlaqələrin aşkar olunması və biliklərin, baxışların
sistemləşdirilməsi aksiologiyanı meydana gətirir. Aksiologiya
insan hüquqlarını fəlsəfi-elmi aspektlərdən tədqiq edir.
İstənilən bir şeyə dəyər vermək onu doğmalaşdırmaq və
yaxın etmək deməkdir. Deməli, dəyər əslində yaxınlaşdırıcı,
bağlayıcı və sistemlərdaxili mənalar kəsb edən kriteriyalardır.
Dəyərlər zənginləşdirici və mənalar genişləndiricidir.
İnsan həyatının dəyərləri zamana, məkana bağlıdır. İnsanlar
ola bilir ki, bir məsələni və ya da bir maddi vasitəni müəyyən bir
anda dəyərləndirə bilmirlər. Bu, o halda baş verir ki, resurs
bolluğu mövcud olur. Lakin sonradan onun yoxluğu boşluq
yaradır və onda dəyərlər çatışmazlığı meydana gəlir. Dəyərlər ən
çox çatışmazlıqlarda dəyərlərə çevrilir. Buradan da belə hesab
etmək olar ki, əslində hər bir şey müsbət mənada bir dəyərdir.
Dəyər kimi qiymətləndirmənin və aşkarlanmanın da öz
zamanı vardır. Dəyərlərə olan münasibətlər də zamana və məkan
uyğun olur. Məsələn, bir məlumat bir məkanda müəyyən an
üçün dəyərli olmaya bilir. Lakin məkanları dəyişdikdən və
zamanı ötürdükdən sonra dəyərlərə çevrilə bilir. Deməli,
dəyərlər hər zaman insanları müşayiət edir. Lakin elementlərin
dəyərlərə çevrilməsinin öz zamanı mövcud olur. Dəyər bütün
Dostları ilə paylaş: |