80
Bu baxımdan sistem daxilən dəyərli olur. Dəyərlər paneli digər
digər dəyərlər panellərindən meydana gəlir;
-insan hüquqlarının bölgü ünsürlərinin dəyərli olmasının
əsaslarının müəyyən olunması
-insan hüquqlarının bütün
sahələri, bütün tərkibləri ona görə dəyərlidir ki, normalar
insanları bütün sahələrdə və əlaqələrdə qoruyur və onların
maraqlarını təmin edir;
-insan hüquqlarından irəli gələrək insanların vəzifə və
funksiyalarının, məqsədlərinin dəyərli olmasının müəyyən
edilməsi
-hüquq ilə maraq və mənafe arasında dəyərli əlaqələrin
müəyyən edilməsi-hüquqa dəyər verən insanın maddi və mənəvi
aləmidir;
-insan hüquqlarının dəyərli sistem xarakterli və bu baxımdan
faydalı, qiymətli tərkiblərdən ibarət olmasının müəyyən
edilməsi;
-insan hüquqlarına aid normaların dəyərlərinin müəyyən
edilməsi
-normalar tələblərə, standartlara, ümumən tələbatlara
lazımi anlarda cavab verməlidir ki, dəyərli olsun;
-insan hüquqlarının ümumi dəyərləndirici kriteriya kimi
əsaslarının müəyyən edilməsi.
Hər kəs öz hüquqlarından,
haqqından çıxış edir və bu, bir etalon rolunu oynayır. Fərdi
dəyərləndirmə, qiymətləndirmə meydana gəlir;
-insan hüquqlarının dəyərli əsaslarından irəli gələrək bütün
şəxslər, o cümlədən ayrı-ayrı yaş qrupları, cins qrupları və peşə
qrupları üçün universallaşdırıcı kriteriya olmasının əsaslarının
müəyyən olunması;
-insan hüquqlarının müxtəlif və ya da eyni məkanda
subyektiv və obyektiv dəyər olmasının müəyyən edilməsi;
-hüquq normalarının tənzimedici və struktur yaradıcı
olmalarının əsaslarının və bu baxımdan
da dəyərlərinin müəyyən
edilməsi;
-hüquq normalarının kəmiyyət baxımından ölçü hədlərinin
müəyyən edilməsi -
hüquq normalarının tərkib elementlərinin
müəyyən olunması;