74
məkanlarda mövcud olur, insanlar üçün isə istifadə zamanı və
ehtiyaclar anında dəyərə çevrilir.
Dəyərlər daimi olan və müəyyən müddətlər üçün aşkar
olunanlara bölünə bilirlər. Məsələn, insanların həyatı ümumi
olaraq (insanların doğulması və ölməsinin müddət amili
olmasına baxmayaraq) daimi dəyərli olur. İnsanların qida-
landıqları mənəviyyat zənginlikləri də daimi dəyərlər kimi önəm
kəsb edir. Lakin elə dəyərlər var ki, onlar müddətli, müəyyən
zamanlar üçün mövcud olur. Məsələn, zənginlik halı bir
dəyərdir, bu dəyər hər zaman olmaya bilir. Bundan fərqli olaraq
saflıq, təmizlik, əxlaq, nizam-intizam, sakitlik, sistemlilik,
estetiklik və digər ideal vəziyyətlər də dəyərlərə bölünə bilir.
İnsan hüquqlarının universal və fərdi məzmunu elə
dəyərlərdən ibarətdir. Bu dəyərlərin dərk olunmasına və dəyərlər
haqqında fikirlərin meydana gəlməsinə aid baxışlar mövcud
olur. Hər bir insan öz baxışı ilə özünə dəyər verir, həyatının
dəyərli hissələrini ifadə edə bilir. Bu baxımdan da dəyərlərin
ifadə olunması sistemləri aksioloji əhəmiyyət kəsb edir. İnsan öz
həyatında dəyər verdiyi bütün şeylərin ifadə olunmasını aksioloji
əsaslarla əks etdirir. Öz baxışlarını dəyərləri üzərində
sistemləşdirir.
Dəyərlər həm də vasitəli olur. Belə ki, müəyyən vasitələr
(dəyərli vasitələr) dəyərlərin qazanmasını təmin edir. Deməli,
dəyərlər vasitələri sistemli olur.
İnsan hüquqlarının sənədlərdə əks olunması sənədlərin
dəyərlərini meydana gətirir. Dövlət siyasəti, siyasi sistemlər və
dövlət siyasətinin əsasları məhz dəyərlərin meydana gəlməsinin
əsaslarını təşkil edir.
İstifadə zamanı təkmilləşən şeylər daha çox dəyərli olur.
Dəyərli olan vasitələr (alətlər) istifadənin təkmilləşməsini
yaradır. Burada alətlər və üsullar da dəyərə çevrilir.
Hər bir anlayış özündə bilikləri əks etdirir. Dəyərlər də
biliklərdir. Dəyərli olan şeylər əsasən həqiqi biliklərdə dəyərlərə
çevrilir. Dəyərlər gerçəkliklərdən meydana gəlir. Əks olunma
75
elə gerçəkliklərin əsaslarını meydana gətirir. Həqiqi biliklər elə
dəyərli biliklərdir. Qeyri-həqiqi biliklər isə dəyərli ola bilməz.
(Qeyd: bilik hər zaman subyektiv cəhətdən həqiqi olur. Çünki
bütün real məlumatlar həqiqidir. Qeyri-həqiqi ifadəsi isə
nisbidir. Qeyri-həqiqi aşkar olunmayan həqiqətdir). Çünki
dəyərlər elə həqiqi elementlərdə əks olunur. Əks olunma hər kəs
üçün eyni dərəcədə ola bilməz. Bu baxımdan da hesab etmək
olar ki, hər kəs həqiqi biliklərə sahib ola bilməz. Biliklərin
həqiqi olub –olmaması da mütləq və nisbi ilə əlaqəlidir.
Biliklərin həqiqiliyi də müəyyən məkanlara bağlıdır. Eyni
zamanda həqiqi biliklər əsasən tarazlaşmadan meydana gələn
biliklərdir. Məsələn, müəyyən məsələ ilə bağlı mübahisələrin
aparılması müəyyən anlarda tarazlaşdırmanı meydana gətirir. Bu
anda gerçəkliklər ortaya çıxa bilir. Gerçəkliklər də gümanlarda
və əminliklərdə əks olunur. Deməli, həqiqi biliklər məhz
çəkişmələrdən meydana gələn müəyyən tarazlıqlarda qərarlaşır.
Bu tarazlıqlar da öz növbəsində mütləq olmaqla yanaşı, dəyişir
və biliklər də öz mütləqliyini növbəti mütləqliklərlə əvəzləyir.
Bu baxımdan da tarazlı və ədalətli biliklər məhz dəyərli olur və
həqiqəti əks etdirir.
İnsan hüquqları dəyərlərdə və həqiqi biliklərdə daha da
gerçəkliyi ilə əks olunur. Həqiqi biliklər dəyərlərin özüdür və
buna görə də dəyərlər məhz dərəcələnir. Dəyərlərin əsasını təşkil
edən biliklər sistemləşir. Bu baxımdan da dərəcələnir, təsnif
olunur. Əslində bütün həqiqi biliklər məhz obyekti ifadə edən
biliklərdir. Gümanlar və təxminlər də biliklərdir. Lakin həqiqi
biliklər kimi bir o qədər dəyərli ola bilməzlər. Həqiqi biliklər
universal və məxsusi qaydada gerçəkliyi ifadə edir. Bu
baxımdan da gerçəkliyin dolğun obrazlanması baş verir. lakin
gerçəkliyin son həddə qədər obrazlanması ən kiçik bölünəndə
baş tuta bilər. Bu baxımdan da gerçəklik məhz nisbidir, mütləq
dəyişəndir. Dəyərlərin dərəcələnməsi də burada özünü təsdiq
etmiş olur. Həqiqi biliklər dəyərlərdən ibarətdir. İnsan hüquqları
sahəsində ola biliklər subyektiv və həmçinin geniş olaraq
76
obyektiv olmaqla gerçəkliyi əks etdirir. Gerçəklik də
dəyərlərdən ibarət olur. Bu prinsip etibarilə də hesab etmək olar
ki, insan hüquqları gerçək biliklərdən ibarət olan həqiqi bilikləri-
burada müəyyən məkanlarda və müəyyən zamanlarda olan
biliklər-özündə cəmləşdirən sistemlərə xasdır.
İnsan hüquqları nəzəri bir istiqamət olmaqla, həm də
epistemoloji əsaslarla dərk olunur. Epistemoloji əsaslar məntiqi
üsullarla formalaşır. Məntiqi nəticələr məhz həqiqi biliyin
meydana gəlməsini təmin edir. Həqiqi bilik müqayisələrdə
ortaya çıxır. Tərəflər arasında müqayisələr həqiqətin məkanını
müəyyən edir. Dəyərlərin özləri də həqiqi biliklərdə, gerçək olan
biliklərdə əks olunur. Gerçək olan biliklər isə həqiqi reallığı əks
etdirir. Bu baxımdan da hesab etmək olar ki, insan hüquqları
anlayışı epistemoloji əsaslara malik olur.
İnsan hüquqlarında dərketmənin aksioloji əsasları
Aksiologiya təlim olaraq özündərk fəlsəfi düşüncələr
sistemini formalaşdırır. Aksiologiya dəyərlərin antologiyasını
(fikirlər məcmuəsini) özündə cəmləşdirir. Təfəkkürdə dəyərlərin
normalaşdırılması prosesləri yaşanır.
Qeyd olunduğu kimi, insan hüquqlarının dəyəri, tərkib
şərtləri, onun faydası, zəruri əhəmiyyəti fəlsəfənin və elmin əsas
obyektidir. İnsan hüquqlarında dəyərlər onun tətbiqi və
reallaşması, təmin olunması zamanı meydana gəlir. Bu,
dəyərlərin reallaşması mənasını verir. Dəyər aşkar olunduqca
dəyərlərin formalaşmasını təmin edir. Hər bir şey tətbiq zamanı,
istifadə anında daha çox dəyərli olur. Lakin reallaşma zamanına,
anına baxmayaraq, dəyərlər hər zaman insanladır. İnsan özü
dəyərlər məkanını və zamanını müəyyən edir. Deməli, insan
hüquqlarının lazımi anlarda aktiv fazaya keçməsi baş verir,
dəyərlərin gerçəkləşməsi və sübut olunması mərhələsi başlayır.
Reallaşma şərtləndirməkdən baş verir ki, bu da özlüyündə
Dostları ilə paylaş: |