62
meydana gətirmiş olur. Ancaq resursların həddən artıq zənginlyi
dəyərlərin kəmiyyətini və tərkibini azaldır.
İnsan hüquqlarının əks olunduğu kriteriyalar, vasitələr məhz
qarşılıqlı olaraq bir-birilərinə dəyərlər verirlər. Bu baxımdan da
hesab etmək olar ki, insanların hüquqlarının əsaslarını təşkil
edən maddi-mənəvi kompozisiya məhz hüquqi dəyərlər
sisteminin əsaslarını formalaşdırır. Dəyərlər sistemi də öz-özlü-
yündə ondan müəyyən kəmiyyətlərlə faydalanmanın əsaslarını
yaratmış olur. Bu baxımdan da dəyərlər sistemi mənbə rolunu
oynayır. Sistemin dəyər bazası onun fəaliyyətinin artmasına
xidmət edir. Hüquq normaları sistemi dəyərlərdən ibarət
olduğundan dəyərlərin məkanda qorunması və artması üçün
mühüm əhəmiyyət kəsb edir.
Yüksək diqqət həqiqətən diqqəti yetirən tərəfindən irəli
sürülürsə, deməli, onun obyekti həqiqətən də dəyərlidir, onun
təkmilləşmişidir, sadə və dolğundur. Dəyərlər həm ona verilən
qiymətdən (burada qiymət verən şəxsdən), həm də onun
özündən, yəni obyektin özündən meydana gələndir. Siqnallar
dəyərlərin məzmununun yaratmaqla, dəyər subyektləri və
obyektləri arasında bir bağlayıcılığı ortaya çıxarır.
Dəyər seçimdir, məkan, şərait və zamanda seçiləndir və
seçilənə verilən yüksək qiymətdir. Seçilən şeylər nümunələrdir.
Əslində hər şey baza olaraq nümunədir. Nümunələr o halda
seçilən olur ki, onlar fərqlənə bilirlər. Müəyyən əlamətlərinə
görə seçilə bilirlər. Bu baxımdan dəyərlər həm də nümunələrdir.
Burada dəyərlərin universallıq içərisində məxsusiliyi meydana
gəlir. Dəyərlərin dərəcələnməsi həm universallıqda, həm də
məxsusilikdə özünü büruzə verir. Bu baxımdan da dəyərlər həm
ümumi, həm də xüsusi halın obyektidir, vasitəsidir.
Universallaşma dəyərlərin kəmiyyətini artırır. Eləcə də dəyərlər
universallığın və məxsusiliyin subyektini özündə əks etdirir.
Dəyərlər ümumi və məxsusi əsaslara malik olur, bu anda
müxtəlif koordinatlardan yanaşmalar meydana gəlir. Deməli,
dəyərlər universaldır, lakin onlara yanaşmalar konkretdir,
63
məxsusidir. Bir sözlə, həyatda nə varsa dəyərlidir. Lakin
dəyərlər zaman, məkan, şərait məsələsində istifadə olunur, yəni
hər şey istifadə anında dəyərə çevrilir.
Dəyər vermək bir proses olaraq diqqəti yüksək səviyyədə
özünə cəzb edən bir amildir. Dəyər məzmun olduğundan bir
fəlsəfədir. Dəyər tərkibə görə verilir. Dəyərlərin nisbətən yüksək
səviyyəsi məhz dəyərlərin tərkib zənginliyindən meydana gəlir.
Məzmunun fəlsəfi əsası da məhz məzmuna verilən tarazlı
qiymətlərdən, həm də yüksək qiymətlərdən irəli gəlir. Təbii ki,
əvvəlcə də qeyd olunduğu kimi, dəyərlər də dərəcələnir. Yüksək
dəyərin maksimal həddi yoxdur və bu, əsasən müəyyən bir şeyin
dolğun qaydada əks olunmasından irəli gəlir. Çox dəyərli olan
şeylərdən siqnallar daha çox daxil olur. Bu baxımdan da
dəyərlərin dərəcələnməsi kəmiyyətlərə (tərkib miqdarına,
həcmə, tutum məkanına) bağlı olan məsələdir. Müxtəlif zaman
və məkanlarda dəyərlərin dərəcələnməsi halları meydana gəlir.
Bu dərəcələnmə də əsasən dəyərləri verən şəxslərin diqqətindən
və dəyərlərin əks olunduğu vasitələrin (konkret və mücərrəd
vasitələr) əks olunmasından ortaya çıxır. Dəyər bu baxımdan elə
müəyyən dərəcədə “doyma” siqnallarından ibarət olan bir
nemətdir. Dəyərlər o halda meydana gəlir ki, yəni, o halda təbii
olan şeylərə qiymətlər verilir ki, dəyər verilən şeylərin siqnalları
beyində (mərkəzlərdə) daha çox siqnalları qəbul etmək
iqtidarında olur. Beyin dəyərləri ayırd edə bilir. Dəyər verilən
şeylərin siqnalları məhz sistemli olaraq cəmləşir. Bu baxımdan
da hesab etmək olar ki, dəyər elə kəmiyyətlə əlaqəlidir və
elementlərin tarazlı quruluşuna əsaslanır. Kəmiyyət və
təkmilləşmə çox olduqca dəyərlər də arta bilir. Dəyərin artması
həm də kəmiyyətin azalması ilə əlaqəli ola bilər. Məsələn, aza
qane olmanın özü bir dəyərdir. Çoxlu həcmdə var-dövlətin
artmasının özü bir dəyərsizlikdir; çünki ona verilən qiymətlər də
dəyərini itirə bilir. Kəmiyyətin müəyyən məsələdə və hədlərdə
həddən artıq çoxalması təbii olaraq dəyərlərin əhəmiyyətini
azaltmış olur. Ən əsası odur ki, artan kəmiyyətlərdə hər bir
64
element dəyərli olur, lakin ona qoyulan ümumi dəyərlər itir.
Kəmiyyət artdıqca elementlərin məkanı artır və diqqət müstəvisi
də genişlənir. Elementlərin məkanları artdıqca bir məkandan
olan dəyərləri də bir qədər azala bilər. Məsələn, çoxlu sayda
evladları olan valideynlər üçün evlad dəyərsizliyi meydana gələ
bilir. Say baxımından kəmiyyətin çoxalması dəyərlərin aşağı
düşməsinə səbəb ola bilir. Burada həmçinin evladların
dəyərlərinə görə müqayisələnməsi halları yaşanır. Kəmiyyətin
artması ruhun sakitləşməsinə səbəb ola bilər. Bu baxımdan da
ruhun tam sakitləşməsi diqqətsizliyi yarada bilər. Kəmiyyət
çoxluğu etinasızlığı yarada bilər. Belə qəbul etmək olar ki,
əhalisi az olan ölkələrdə mütəxəssisə verilən dəyər əhalisi çox
olan ölkələrə nisbətən yüksək ola bilər. Burada say çoxluğu
dəyərsizliyi yarada bilər.
Nəticə etibarilə hesab etmək olar ki, kəmiyyət azalanda
təkmilləşmə meydana gəlməlidir. Dəyərlər də təkmilləşmənin
əsasında dayanır. Bu baxımdan da təkmilləşmənin müəyyən
məkan və zamanlarda olan sadəliyi dəyərlərin əsaslarını yaradır.
Deməli, dəyərlər əslində sadəlikilərin özündədir. Sadəlik
saflıqdır, saflıq dəyərdir. Nəticə etibarilə hesab etmək olar ki,
dəyər elə saflığın məhz özüdür. İnsanların az yaşadıqları
cəmiyyətlərdə resurs çatışmır. Bu baxımdan da insan say hesabı
ilə öz-özünə dəyərli olur. Az insanların yaşadıqları dövlətlər öz
potensiallarını itirməmək üçün vətəndaşlarına dəyərlər vermək
məcburiyyətində qalırlar. Eləcə də çətin iş şəraiti olan
məkanlarda resursları əldə etmək üçün mütəxəssislər və digər
işçilər belə cəmiyyətlərdə çox dəyərli olurlar.
Dəyər o şeydir ki, ondan müəyyən zamanlarda və
məkanlarda, bunlardan irəli gələn gerçəkliklərdə, reallıqlarda
yaxşı mənada, həmçinin faydalı əsaslarla, maddi və mənəvi
baxımdan yararlanmaq üçün istifadə olunur. Zaman və məkan
insanlar üçündür, bu baxımdan da dəyərlər də insanlar üçündür.
Zaman və məkanın özü də dəyərlidir. Çünki hərəkətlərin,
inkişafın, müdafiənin bazasında dayanır. İnsanlar və digər
Dostları ilə paylaş: |