ElşƏn miSİr oğlu nəSİbov



Yüklə 309,67 Kb.

səhifə25/44
tarix17.09.2017
ölçüsü309,67 Kb.
1   ...   21   22   23   24   25   26   27   28   ...   44

74 
 
məkanlarda  mövcud  olur,  insanlar  üçün  isə  istifadə  zamanı  və 
ehtiyaclar anında dəyərə çevrilir.  
Dəyərlər  daimi  olan  və  müəyyən  müddətlər  üçün  aşkar 
olunanlara  bölünə  bilirlər.  Məsələn,  insanların  həyatı  ümumi 
olaraq  (insanların  doğulması  və  ölməsinin  müddət  amili 
olmasına  baxmayaraq)  daimi  dəyərli  olur.  İnsanların  qida-
landıqları mənəviyyat zənginlikləri də daimi dəyərlər kimi önəm 
kəsb  edir.  Lakin  elə  dəyərlər  var  ki,  onlar  müddətli,  müəyyən 
zamanlar  üçün  mövcud  olur.  Məsələn,  zənginlik  halı  bir 
dəyərdir, bu dəyər hər zaman olmaya bilir. Bundan fərqli olaraq 
saflıq,  təmizlik,  əxlaq,  nizam-intizam,  sakitlik,  sistemlilik, 
estetiklik və digər ideal vəziyyətlər də dəyərlərə bölünə bilir. 
İnsan  hüquqlarının  universal  və  fərdi  məzmunu  elə 
dəyərlərdən ibarətdir. Bu dəyərlərin dərk olunmasına və dəyərlər 
haqqında  fikirlərin  meydana  gəlməsinə  aid  baxışlar  mövcud 
olur.  Hər  bir  insan  öz  baxışı  ilə  özünə  dəyər  verir,  həyatının 
dəyərli  hissələrini  ifadə  edə  bilir.  Bu  baxımdan  da  dəyərlərin 
ifadə olunması sistemləri aksioloji əhəmiyyət kəsb edir. İnsan öz 
həyatında dəyər verdiyi bütün şeylərin ifadə olunmasını aksioloji 
əsaslarla  əks  etdirir.  Öz  baxışlarını  dəyərləri  üzərində 
sistemləşdirir.  
Dəyərlər  həm  də  vasitəli  olur.  Belə  ki,  müəyyən  vasitələr 
(dəyərli  vasitələr)  dəyərlərin  qazanmasını  təmin  edir.  Deməli, 
dəyərlər vasitələri sistemli olur. 
İnsan  hüquqlarının  sənədlərdə  əks  olunması  sənədlərin 
dəyərlərini  meydana  gətirir.  Dövlət  siyasəti,  siyasi  sistemlər  və 
dövlət siyasətinin  əsasları məhz dəyərlərin meydana gəlməsinin 
əsaslarını təşkil edir. 
İstifadə  zamanı  təkmilləşən  şeylər  daha  çox  dəyərli  olur. 
Dəyərli  olan  vasitələr  (alətlər)  istifadənin  təkmilləşməsini 
yaradır. Burada alətlər və üsullar da dəyərə çevrilir.  
Hər  bir  anlayış  özündə  bilikləri  əks  etdirir.  Dəyərlər  də 
biliklərdir. Dəyərli olan şeylər əsasən həqiqi biliklərdə dəyərlərə 
çevrilir.  Dəyərlər  gerçəkliklərdən  meydana  gəlir.  Əks  olunma 


75 
 
elə  gerçəkliklərin  əsaslarını  meydana  gətirir.  Həqiqi  biliklər  elə 
dəyərli  biliklərdir.  Qeyri-həqiqi  biliklər  isə  dəyərli  ola  bilməz. 
(Qeyd: bilik hər zaman subyektiv cəhətdən həqiqi olur. Çünki 
bütün  real  məlumatlar  həqiqidir.  Qeyri-həqiqi  ifadəsi  isə 
nisbidir.  Qeyri-həqiqi  aşkar  olunmayan  həqiqətdir).  Çünki 
dəyərlər elə həqiqi elementlərdə əks olunur. Əks olunma hər kəs 
üçün  eyni  dərəcədə  ola  bilməz.  Bu  baxımdan  da  hesab  etmək 
olar  ki,  hər  kəs  həqiqi  biliklərə  sahib  ola  bilməz.  Biliklərin 
həqiqi  olub  –olmaması  da  mütləq  və  nisbi  ilə  əlaqəlidir. 
Biliklərin  həqiqiliyi  də  müəyyən  məkanlara  bağlıdır.  Eyni 
zamanda  həqiqi  biliklər  əsasən  tarazlaşmadan  meydana  gələn 
biliklərdir.  Məsələn,  müəyyən  məsələ  ilə  bağlı  mübahisələrin 
aparılması müəyyən anlarda tarazlaşdırmanı meydana gətirir. Bu 
anda  gerçəkliklər  ortaya  çıxa  bilir.  Gerçəkliklər  də  gümanlarda 
və  əminliklərdə  əks  olunur.  Deməli,  həqiqi  biliklər  məhz 
çəkişmələrdən  meydana  gələn  müəyyən  tarazlıqlarda  qərarlaşır. 
Bu  tarazlıqlar  da  öz  növbəsində  mütləq  olmaqla  yanaşı,  dəyişir 
və  biliklər  də  öz  mütləqliyini  növbəti  mütləqliklərlə  əvəzləyir. 
Bu baxımdan da tarazlı və ədalətli biliklər məhz dəyərli olur və 
həqiqəti əks etdirir.  
İnsan  hüquqları  dəyərlərdə  və  həqiqi  biliklərdə  daha  da 
gerçəkliyi  ilə  əks  olunur.  Həqiqi  biliklər  dəyərlərin  özüdür  və 
buna görə də dəyərlər məhz dərəcələnir. Dəyərlərin əsasını təşkil 
edən  biliklər  sistemləşir.  Bu  baxımdan  da  dərəcələnir,  təsnif 
olunur.  Əslində  bütün  həqiqi  biliklər  məhz  obyekti  ifadə  edən 
biliklərdir.  Gümanlar  və  təxminlər  də  biliklərdir.  Lakin  həqiqi 
biliklər  kimi  bir  o  qədər  dəyərli  ola  bilməzlər.  Həqiqi  biliklər 
universal  və  məxsusi  qaydada  gerçəkliyi  ifadə  edir.  Bu 
baxımdan  da  gerçəkliyin  dolğun  obrazlanması  baş  verir.  lakin 
gerçəkliyin  son  həddə  qədər  obrazlanması  ən  kiçik  bölünəndə 
baş tuta bilər.  Bu baxımdan  da  gerçəklik məhz nisbidir, mütləq 
dəyişəndir.  Dəyərlərin  dərəcələnməsi  də  burada  özünü  təsdiq 
etmiş olur. Həqiqi biliklər dəyərlərdən ibarətdir. İnsan hüquqları 
sahəsində  ola  biliklər  subyektiv  və  həmçinin  geniş  olaraq 


76 
 
obyektiv  olmaqla  gerçəkliyi  əks  etdirir.  Gerçəklik  də 
dəyərlərdən ibarət olur. Bu prinsip etibarilə də hesab etmək olar 
ki, insan hüquqları gerçək biliklərdən ibarət olan həqiqi bilikləri-
burada  müəyyən  məkanlarda  və  müəyyən  zamanlarda  olan 
biliklər-özündə cəmləşdirən sistemlərə xasdır.  
 İnsan  hüquqları  nəzəri  bir  istiqamət  olmaqla,  həm  də 
epistemoloji əsaslarla dərk olunur. Epistemoloji əsaslar məntiqi 
üsullarla  formalaşır.  Məntiqi  nəticələr  məhz  həqiqi  biliyin 
meydana  gəlməsini  təmin  edir.  Həqiqi  bilik  müqayisələrdə 
ortaya  çıxır.  Tərəflər  arasında  müqayisələr  həqiqətin  məkanını 
müəyyən edir. Dəyərlərin özləri də həqiqi biliklərdə, gerçək olan 
biliklərdə əks olunur. Gerçək olan biliklər isə həqiqi reallığı əks 
etdirir.  Bu  baxımdan  da  hesab  etmək  olar  ki,  insan  hüquqları 
anlayışı epistemoloji əsaslara malik olur.  
 
 
İnsan hüquqlarında dərketmənin aksioloji əsasları 
 
Aksiologiya  təlim  olaraq  özündərk  fəlsəfi  düşüncələr 
sistemini  formalaşdırır.  Aksiologiya  dəyərlərin  antologiyasını 
(fikirlər məcmuəsini) özündə cəmləşdirir. Təfəkkürdə dəyərlərin 
normalaşdırılması prosesləri yaşanır.  
Qeyd  olunduğu  kimi,  insan  hüquqlarının  dəyəri,  tərkib 
şərtləri, onun faydası, zəruri əhəmiyyəti fəlsəfənin və elmin əsas 
obyektidir.  İnsan  hüquqlarında  dəyərlər  onun  tətbiqi  və 
reallaşması,  təmin  olunması  zamanı  meydana  gəlir.  Bu, 
dəyərlərin  reallaşması  mənasını  verir.  Dəyər  aşkar  olunduqca 
dəyərlərin formalaşmasını təmin edir. Hər bir şey tətbiq zamanı, 
istifadə anında daha çox dəyərli olur. Lakin reallaşma zamanına, 
anına  baxmayaraq,  dəyərlər  hər  zaman  insanladır.  İnsan  özü 
dəyərlər  məkanını  və  zamanını  müəyyən  edir.  Deməli,  insan 
hüquqlarının  lazımi  anlarda  aktiv  fazaya  keçməsi  baş  verir, 
dəyərlərin  gerçəkləşməsi  və  sübut  olunması  mərhələsi  başlayır. 
Reallaşma  şərtləndirməkdən  baş  verir  ki,  bu  da  özlüyündə 




Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   44


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə