98
dəyərli təbiətinə cinayət sözünü tətbiq etmək düzgün deyil. Cəza
vermək (cinayəti törədənə) haqqı var. Dövlət bir güc tərəfi kimi
cəza vermək haqqına malikdir. Zərər vurmaq (əməlləri cinayətə
uyğun, cinayətə oxşar hallarla nəticələnən) haqqı da ola bilər.
Lakin belə əməllərə, nəticəsi zərər verən hərəkətlərə də
cinayətlər (cinayət məhkəmənin hökmü ilə təsdiq olunur) demək
olmaz. Çünki müsbət hərəkətləridir və cəza verilməsini tələb
etmir. Bu, müəyyən şəraitlərdən və zərurətdən asılıdır. Məsələn,
özünümüdafiə zəminində son addım olaraq, zərər vuracaq şəxsə
(qabaqlayıcı olaraq) və zərər vuran şəxsə (zərər vurma anında
zərər vurana cavab vermə) zərər vurmaq məcburiyyətində qalan,
bu baxımdan zor tətbiq etmək istəyən, qəsdən adam öldürməyə
səbəb ola biləcək hücumların qarşısını almaq və ya da zor tətbiq
etmə zamanı zor tətbiq edəni öldürmək nəticə etibarilə bir hadisə
kimi cinayət olsa da, burada zəruri müdafiə hüquqları bu addımı
cinayət hesab etməyə bilər. Burada özünümüdafiə məqsədilə əks
tərəfə əvvəlcədən zərər vurma (onu, onları zərərsizləşdirmə)
haqqı ola bilər. Cinayət hərəkətləri daha çox düşünülmüş və
məqsədli olur. Deməli, hər bir zərərverici hərəkət cinayət
deyil. Özünümüdafiə məqsədilə vurulan zərər cinayəti
əsaslandırmır, zərər vurmağa yönəlmiş hərəkətlər cinayət
deyil. Hər bir müsbət hərəkəti qoruyan, müdafiə məqsədilə
olunan hərəkət mənfi deyil. Deməli, hər bir zərərverici hərəkət
tam mənfi ola bilməz. Onun müsbət tərəfləri də var. O baxımdan
mənfidir ki, zərərlər vurulur. Bu baxımdan da hər bir mənfi
hərəkət cinayət hesab oluna bilməz.
Cəzavermə hüququ var. Bundan irəli gələrək cəza verən və
cəzaya məruz qalan tərəflər üçün vəzifələr müəyyən olunur.
Cəzavermə vəzifələri cəzavermə səlahiyyətini, məcburiyyətini,
öhdəliyini, məsuliyyətini və zərurətini meydana gətirir. Cinayəti
törədən də cəzaçəkmə vəzifəsinə, -məcburi olaraq və zəruri
olaraq, - məsuliyyətinə, məcburi öhdəliyə malik olur. Məkan
hüquqları və vəzifələri dəyişdirir. Burada vəzifələr –məcburi və
icbari vəzifələr-mühüm rol oynayır. Məsələn, cinayət törədən
99
şəxsin azadlıqları, bu baxımdan azadlıq hüquqları və vəzifələri
məhdudlaşdırılır. Cəzaçəkmə müəssisələrində isə həmin şəxsin
yeni məcburi vəzifələri-hansıları ki, onları cəza olaraq yerinə
yetirməyə borcludur-meydana gəlir. Şəxsin məhbus hüquqları
yaranır. Burada məkan amili dəyişdirici kriteriya rolunda çıxış
edir. Bir tərəfdə azadlıqlar, hüquqlar məhdudlaşır, digər tərəfdə
isə yeni hüquqlar və vəzifələr meydana gəlir. Məkan dəyişməsi
ümumən hüquq tərkibini və azadlıqlar kəmiyyətini dəyişdirir: bir
məkanda azaldır, digərində isə yeni qaydalarla artırır. Hüquqlar
transməkanda keçici xarakterə malik olur, tərkibini dəyişir, yeni
vəzifələr müəyyən olunur. Transməkandan yeni məkana keçidlər
artıq yeni hüquqları, öhdəlikləri və vəzifələri müəyyən edir. Bu
baxımdan da hüquqları, vəzifələri və öhdəlikləri məhz məkan-
lardakı fəaliyyət, əlaqələr, münasibətlər formaları müqayisəli
edir. Onlar həm ümumi xarakterli olur, həm də fərqləndirici
əsaslara malik olur. Fərqləndiricilik isə tərkibin artıb-azalması
ilə əlaqəlidir. Məsələn, azadlıqlar, sərbəstliklər dustaqxanalarda
və digər cəzaçəkmə müəssisələrində azaldılır.
Qanunvericilik hüquqların inkişafını və müdafiəsini
qarşısına məqsəd qoyur. Qanunvericilik normalardan və qayda-
lardan ibarətdir. Qaydalar normalarla hərəkət etmək üsullarıdır.
Qanunvericilikdə müəyyən məhdudlaşdırılmalar ola bilir. Bu da
müsbətliklərin qorunmasına istiqamətlənir. Normalar müdafiə-
edici və təminedici, inkişafedici olur. Burada məhdudlaşdırıl-
malar hüququn müdafiəsinə və inkişafına söykənir.
Vəzifələr hüquqların dəyərli olmasını təmin edir. Hüquq
dəyərliliyi də öz növbəsində vəzifələri dəyərli edir.
Dəyərlər və insan mənəviyyatının tərkibi
Mənəviyyat müsbət olan, faydalar verən və insan
maraqlarına və mənafeyinə xidmət edən tərkiblərdən ibarətdir.
Mənəviyyatın özü elə dəyərlərdən ibarətdir. Dəyər saxlanc,
100
müdafiə vasitəsidir, kriteriyasıdır. Münasibətlərdə dəyərlər
ölçüdür, etalondur. Hər bir şəxs öz dəyərini qorumaqla dəyərlər
üzərində əlaqə qurmağa çalışır. Dəyərlər xətlərdən ibarətdir. Hər
bir xətt öz başlanğıcından müxtəlif istiqamətlər üzrə qabağa
istiqamətlənir. Düz xətt dəyərdir. Lakin düzxətlərin müxtəlif
başlanğıc koordinatları vardır. Deməli, dəyərlər ümumi
mənəviyyat xəttində olan müxtəlif istiqamətli dəyərlərdən ibarət
olur. Mənəviyyat trayektoriyasında müxtəlif koordinatlarda olan
dəyərlər mövcuddur. Bu baxımdan da dəyərlərin tərkibi
dəyişkəndir, dəyişkəndir, ona görə ki, başqa istiqamətlərə
buradan da xətlər keçir. Deməli, mənəviyyat şaxələnir.
Şaxələnmə sayəsində dəyərləri də şaxələndirir. Dəyərlərin
dəyişkənliyi iki baza əsasda və istiqamətdə mümkündür:
birincisi, vahid xətdə olan şaxəli xətlər üzərində dəyişkənliklər,
ikincisi isə kəsişmələrdən, toqquşmalardan olan dəyişkənliklər.
Bu hallar mənəviyyatı təşkil edən vasitələrin tərkibini artırır və
azaldır. Dəyərlər müxtəlifliyi meydana gəlir.
İnsanlar dəyərlər sistemindən ibarət olan maddi və mənəvi
strukturdurlar. İnsanın özü elə əbədi mövcudluğun və təbiətin
məhsuludur. Əbədi mövcudluq öz-özlüyündə əbədi bir dəyərdir.
İnsanların ətraf sistemlə təmasları da vardır. Bu təmasların özləri
də dəyərlərdir. Bununla yanaşı, ətraf sistemlər də dəyərlərdir.
İnsanlar qidalandıqları bütün şeylərdən dəyərlər əldə edirlər.
Deməli, ümumən dəyərsiz olan şey yoxdur. Lakin müxtəlif
bucaqlardan dəyərsizlik, az əhəmiyyətlilik vardır. Ümumən
insanlar dəyər ünsürləri olaraq tamamilə dəyərlər sistemində
qərarlaşırlar. Bu baxımdan da sistemlər və onun vahidləri
dəyərlərdən təşkil olunur.
İnsanların əxlaqı və maddi strukturları onların dəyərlər
sisteminin formalaşmasının əsasında dayanır. İnsanın pozitiv
həyatı dəyərlərdən asılıdır. Asılıdır, ona görə ki, dəyərlərdən
təşkil olunur. İnsanların ümumi həyatları məzmunlardan
ibarətdir. Məzmunlar da dəyərlərin mənasını formalaşdırır.
Dəyər tərkibində keyfiyyətlər olan bir vasitədir. İnsan həyatının
Dostları ilə paylaş: |