ElşƏn miSİr oğlu nəSİbov



Yüklə 309,67 Kb.
Pdf görüntüsü
səhifə2/44
tarix17.09.2017
ölçüsü309,67 Kb.
#459
1   2   3   4   5   6   7   8   9   ...   44


 
obrazlanma obyektin əlamətlərinin aşkarlanma və siqnal ötürmə 
xassələrindən,  kəmiyyətindən  asılıdır.  Bu  şaxələnmə  sayəsində 
müəyyən  düşüncə  müstəvisinin,  obyektin  məkanı  genişlənir  və 
tərkiblər açılır. Tərkiblər açılarkən tələb olunan istənilən obyekt 
öz  məkanını  müəyyən  edir.  Kəşflər  və  ixtiralar  məhz  məkanda 
aşkarlanma  sayəsində  meydana  gəlir.  Aşkarlanma  prosesi  bu 
yöndə  tərkibcə  müəyyən  müstəvini  üzərə  çıxarmaqdan  ibarət 
olur.  Hər  bir  elementin  mövcud  məkanı  həqiqətin  əsaslarını 
formalaşdırmış  olur.  Aşkarlanma  həqiqi  məlumatların  ifadəsini 
müəyyən edir. Sistemin tərkib elementləri açılanda, strukturların 
məzmunu  genişlənəndə  elementlərin  funksiya  və  mahiyyəti  də 
genişlənir.  Daha  doğrusu  həm  də  insanlar  üçün  funksiyası 
böyüyür. Aşkarlıq, açıqlıq üzərə çıxır. Genişlənmə düşüncələrdə 
həqiqətin  və  ədalətin,  düzgünlüyün,  bərabərliyin  əsaslarını 
müəyyən  etmiş  olur.  Genişlənmə  dərketmənin  əhatəliyini  bir 
qədər  də  artırır.  Genişlənmə  düşüncə  siqnallarını  böyüdür.  Çox 
genişlənmə  siqnal  qəbuletmə  mərkəzini  genişləndirir.  Bu  anda 
mərkəzin elementləri, zərrəcikləri  artır.  Bu nöqteyi-nəzərdən də 
çox,  fasiləsiz  siqnal  qəbul  etmək  beyin  mərkəzində  problemlər 
yarada  bilər.  Siqnalları  bu  baxımdan  müxtəlif  əsaslarda,  çox 
istiqamətlərdə və fasilələrlə, yəni dəyişən fikirlər əsasında qəbul 
etmək  lazımdır.  Ardıcıl  düşüncə  siqnalları  çox  qəbul  edir. 
Ardıcıl  düşüncədən  meydana  gələn  siqnal  axını  məhz  düşünmə 
məkanının,  yəni  obyektin  mahiyyətini  çox  aşkarlayır.  Getdikcə 
aşkarlamanın  kəmiyyəti  böyüyür.  Düşüncə  obyekti  genişlənir. 
Məzmun açılır, forma geniş şəkildə dərk olunur. Məzmun elmi-
fəlsəfi mahiyyət kəsb edir. Elmin əmələ gətirdiyi tərkib fəlsəfəyə 
xidmət  edir.  Fəlsəfi  aspektlər  ardıcıllığın  və  bağlayıcılığın 
bazasında  dayanır.  Genişlənmə  sayəsində  paralelliklər  və 
kəsişmələr meydana gəlir, təfəkkürdə aşkarlanır. İnsan hüquqları 
anlayışına  geniş  yanaşma,  hüququn  tərkib  elementlərinin  daha 
çox  qəbulu  hüququn  eyni  və  müxtəlif  bucaqlarda  həm  pozitiv, 
həm  də  neqativ  əsaslarını  ortaya  çıxarmış  olur.  Neqativlik 
müəyyən  bucaqlarda  olan  “enerjisizliyin”  özü  demək  olur. 



 
Dövlətin  pozitiv  hüquq  normaları  neqativ  (təbii)  hüquqların 
genişlənməsini  təmin  edir.  Burada  hüquqi  məsələlərdə  forma, 
struktur  və  dövlətin  hüquq  təmin  edən  tərəf  kimi  fəaliyyətinin 
əsasları  dərk  olunmuş  olur.  Dövlət  hüquq  subyekti  kimi  fəlsəfi 
məzmunda  dərk  olunur.  Onun  mürəkkəb  strukturu  və  tərkib 
zənginliyi fəlsəfi prinsipləri formalaşdırır.  
Fəlsəfə  təkmilləşmiş  idrakın,  ali  təfəkkürün,  pozitiv 
düşüncələrin  və  müdrikliyin  məzmunundan  və  vəhdətindən 
ibarətdir.  Hüquq  fəlsəfənin  obyektidir.  Hüquq  fəlsəfəsi  özü  ilə 
daima  faydalı  və  səmərəli  məzmunu  daşıyır.  Burada  müdriklik 
hüququn  əhatəli  məzmunundan  meydana  gəlir.  Müdriklik 
hüquqla əxlaqı  vəhdətdə görür. İnsan hüquqlarına ali  yanaşmaq 
hüquqların  daha  çox  pozitiv  mənalarını  aşkar  etmək  deməkdir. 
Hüquq insan maraqlarına bağlı olduğundan təkmilləşmiş mənanı 
ifadə edir, universallaşdırıcı və məxsusiləşdirici əhəmiyyət kəsb 
edir. Hüququn  bu kimi xarakteri hüquq düşüncələri müstəvisini 
meydana  gətirir.  Hüquq  düşüncələri  müstəvisinin  böyüklüyü 
kəmiyyətin çoxluğundan ortaya çıxır. Subyektin çoxluğu hüquq 
müstəvisini  genişləndirir,  çünki  hüququn  subyekti  və  obyekti 
artmış  olur.  Bu  anda  vahid  hüquq  prinsipi  obyektiv  əsaslarla 
formalaşmış  olur.  Fərdin  hüquqları  cəmi  subyektiv  məna  ilə 
yanaşı, obyektiv hüquq müstəvisini də formalaşdırır.  
Fəlsəfənin  obyekti  bütün  anlayış  istiqamətlərində  dərin 
düşüncənin,  həm  də  daha  çox  faydalı  düşüncənin  obyektidir. 
Ümumiləşmiş  anlayışlar  isə  daha  çox  müdriklik  üzərində 
qurulur.  Müdriklik  qeyri-müəyyən  və  müəyyən  həqiqətin 
vəhdətində  və  tarazlığında  meydana  gəlir.  Lakin  mənfini  də 
dərinə  düşünmək  olur.  Məsələn,  hüquq  normalarının  bir  çox 
tərəflərə münasibətdə (tətbiqində) mənfi cəhətləri var. Bu yöndə 
azadlığın  məhdudlaşdırılması  normaları  hamı  tərəfindən 
(xüsusilə,  cinayət  törətmiş  şəxslər  tərəfindən)  birmənalı  olaraq 
heç  də  qəbul  edilən  deyil.  Lakin  pozitivliyin  və  hüququn 
qorunması  üçün  bu,  mütləq  lazımdır.  Digər  bir  misal  kimi 
prezident  seçkilərinin  normativ-hüquqi  əsaslarını  göstərmək 



 
olar.  Burada  normaların  tətbiqi  heç  də  prezident  olmaq  istəyən 
şəxslərin  çoxunun  mənafeyinə  xidmət  etmir.  Hər  kəs  (iddialı 
olan  hər  kəs)  asan  yolla  və  birbaşa  qaydada  bu  postu  tutmaq 
istəyər.  Lakin  hüquq  normalarının  sərhədlər  və  ölçülər 
müəyyənedici  əsasları  tənzimləməni  və  mərhələləri  tələb  edir. 
Bu tələblər də hər kəs tərəfindən qəbul edilən olmur, iddiaçıların 
subyektiv istəklərinə cavab vermir. Bu baxımdan da tənzimedici 
normalarvə qaydalar obyektiv dəyər olmaqla subyektiv dəyərləri 
çox  zaman  ödəmir.  Ayrı-ayrı  şəxslər  bu  normaları  özləri  üçün 
səmərəsiz hesab edirlər.  
Müvafiq  cəhətlər  öz-özlüyündə  sistem  xarakteri  kəsb  edir. 
Bu mənfiliklərin də universal pozitivliyə xidmət etməsini nəzərə 
alsaq,  onda  belə  qənaətə  gəlmək  olar  ki,  hüquq  əksər  hallarda 
pozitivlikdən  ibarətdir  və  hüququn  yükü  əsasən  müsbət 
məsələlərdə  cəmləşir.  Hüquq  sanki  “işıqfor”  rolunu  oynayır. 
Hüququn  faydalılıq  prinsipi  ondan  ibarətdir  ki,  hüquq  dəyər 
olaraq  (hüquq  normalarının  tətbiqi  zamanı)  onu  daşıyan  tərəfə 
xidmət  göstərməlidir.  Hüquqi  müdafiə  üçün  məhdudlaşdırıcı 
normaların  mövcudluğu  ümumi  müdafiə  strategiyasına  xidmət 
edir. Məsələn, meşəliklərin və yaşıllıq zolaqlarının qorunması və 
mühafizəsi  haqqında  dövlətin  qayda  və  qanunları  məhz  ümumi 
halda  insanlara,  təbiətə  xidmət  edir.  Qaydalar  faydalı  olan 
resursları qorumağa yönəlir. Burada qaydalar obyektiv dəyərləri 
qoruyan  dəyərlər  kimi  əhəmiyyət  kəsb  edir.  Eləcə  də 
cinayətkarlıq  haqqında  qanunvericilik  insanların  və  cəmiyyətin, 
dövlətin maddi-mənəvi dəyərlərinin qorunmasına yönəlir. Siyasi 
sabitlik, 
ictimai-asayiş 
dəyərləri 
qoruyan 
vəziyyətlər 
olduğundan,  bu  kimi  dəyərlərin  qorunması  üçün  hüquq 
normaları  da  dəyərlərə  çevrilir.  Hüquq  normaları  dəyərləri 
qoruyan  dəyərlər  kimi  ifadə  olunur.  Bu  baxımdan  da  əlaqələr, 
münasibətlər  və  fəaliyyət  müstəvisi  daxilən  tənzim  olunan 
normalardan  ibarət  olur.  Normalar  və  qaydalar  dəyərlərin 
qorunmasını  və  inkişafını  özlərində  əks  etdirir.  Buradan  da 
pozitivlik meydana gəlir. Hüququn mənfi tərəflərini fikir obyekti 


Yüklə 309,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə