ElşƏn miSİr oğlu nəSİbov



Yüklə 309,67 Kb.

səhifə4/44
tarix17.09.2017
ölçüsü309,67 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   44

11 
 
təfəkkürdən, dərin  dərk  etməkdən  yaranır. Enerji qəbulu ədaləti 
və bərabərliyi meydana gətirir. Enerji qəbulu sayəsində meydana 
gələn  müəyyən  olunma  prosesi  hüququn  fəlsəfi  düşüncəsini 
qaydalar  və  normalara  çevirir.  Yüksək  dərk  etmək  hüququn  ali 
səviyyədə  təminatını  meydana  gətirir.  Normalar  və  qaydalar 
yüksək səviyyədə tələblərə cavab verə bilir. Buna görə də fəlsəfə 
(burada  müdrikliklə  meydana  gələn  fikirlər)  əslində  qeyri-
müəyyənliyin  müəyyənliyə,  qaranlığın  işıqlığa,  aydınlaşmağa 
keçməsi  prosesini,  həm  də  pozitiv  prosesini  təsdiq  edəndir. 
Müdriklik  hüququn  geniş  və  faydalı  fikirlərini,  normalarını 
yaradır.  Hüquq  fəlsəfəsi  insanların  qeyri-müəyyən  hüquqlarını 
müəyyənliyə,  həm  də  aliyə  doğru  aparır.  Burada  sadələşmə 
prosesləri  gedir.  Sadələşmə  də  təkmilləşmiş  mürəkkəblikdən 
meydana gəlir ki, nəticə etibarilə açılma, aşkar olunma prosesləri 
baş  verir.  “Romb”un  ucları  mürəkkəbliyin  sadəliklə  əvəz 
olunmasıdır.  Fəlsəfi  yanaşma  keyfiyyətlə  yanaşı,  kəmiyyəti  də 
artırır.  Bu  baxımdan  da  mənalar  çalarını  özündə  cəmləşdirir. 
Fikirləri  çoxkoordinatlı,  çoxaspektli,  çoxbucaqlı,  çoxmüsətvili 
edir.  Təzahür,  nəticə  fəlsəfi  məzmundur.  Hüquq  normaları 
fəlsəfi  aspektdə  şərtləndirici  əhəmiyyət  kəsb  edir.  Hüquq 
anlayışının  ümumiləşmiş  xüsusiyyətlərinin  genişliyi  həmin 
anlayışı fəlsəfənin obyektinə çevirir.  
İnsan  hüquqları  tərkib  baxımından  daha  çox  qeyri-
müəyyəndir, yəni elm və fəlsəfənin köməkliyi sayəsində məntiqi 
təfəkkür  əməliyyatları  həyata  keçirməklə  insan  hüquqlarının 
qeyri-müəyyənlik  tərkibini  (burada  genişlənən  müstəvisini) 
müəyyənliyə çevirir. Müəyyənetmə prosesi də aşkarlama istiqa-
mətlərinin  çoxluğunu  meydana  gətirir.  Fəlsəfənin  funksiyası 
(elm  və  məntiqlə  birlikdə)  bu  qeyri-müəyyənliyi  müəyyənliyə 
çevirməkdən  ibarətdir.  Fəlsəfənin  obyekti  müəyyən  əlamətləri 
olan  aləmin  əlamətləridir.  Hüquqların  maraqlar  çərçivəsində 
sərhədlənməsi  (burada  qorumaq  üçün  genişlənmə)  prosesləri 
məhz  hüquqların  pozitiv  mənalarını  aşkarlayır.  Müəyyənliyə 
çevirmə  prosesləri  tərkibi  ardıcıl  qaydada  aşkar  edir.  Deməli, 


12 
 
sistem  açılır,  açılma  ilə  sistem  daxilən  və  xarici  əlaqələr  üzrə 
müəyyənləşir.  Qeyd  olunduğu  kimi,  əlaqəli  sahələrdə  düşünmə 
proseslərinin  genişliyi  məhz  fəlsəfənin  özünü  meydana 
gətirəndir. Bu baxımdan da hesab etmək olar ki, fəlsəfi təfəkkür 
enerji  qəbulu  sayəsində  zamanla  formalaşır.  Siqnallar  enerjinin 
əsaslarını  təşkil  edir.  Fəlsəfi  fikirlər  sistemlilikdə  daha  çox 
büruzə  verir;  çünki  dərinləşmə  və  aşkar  olunma  əlaqəlilikdə, 
bağlayıcılıqda və  ardıcıl  yaradıcılıqda  və quruculuqda daha çox 
meydana  gəlir.  Əlaqəlilik  və  bağlayıcılıq  da  fəlsəfi  fikirlərin 
bazasını  təşkil  edir.  Məsələn,  vahid  elmi  təlimlər  və  prinsiplər, 
bu  prinsiplər  tərkibində  olan  bağlayıcılıq  məhz  bir  çox  fəlsəfi 
predmetlərdə  tətbiq  olunur.  Fəlsəfi  mahiyyət  müəyyən 
obyektlərdən kəmiyyətcə artan siqnallardan ortaya çıxır. Obyekt 
sistemli olur, bu baxımdan da siqnalları da sistemli forma alır və 
məzmunlu  olur.  Qeyri-müəyyənliyin  müəyyənliyə  çevrilməsi 
prosesləri  də  əslində  zamanla  və  ardıcıllıqla  sistemli  qaydada 
həyata  keçirilir.  Bu  anda  fəlsəfi  məzmunluluq  ardıcıllıqla  aşkar 
olunur.  Hüquq  fəlsəfəsinin  mahiyyəti  hüquq  sistemlərinin 
formalaşmasının  əsaslarını  meydana  gətirir.  Hüquq  müstəvisi 
üzrə  müəyyən  üfiqi  və  şaquli  məkanda  nə  qədər  element  və 
onların  qarşılıqlı  əlaqələri  aşkar  olunursa,  bir  o  qədər  dərin 
mənalar  üzə  çıxır.  Burada  aşkarlama  prosesləri  kəmiyyəti  və 
keyfiyyəti artırır. Kəmiyyət və keyfiyyət artımı artan müstəvidə 
yeni  cəhətləri  və  istiqamətləri  meydana  gətirir.  Hüquq  nəzəri 
fikirlərdə  genişlənir,  normalar  çoxalır.  Hər  çoxalan  norma  yeni 
tənzimləmə  qaydalarını  meydana  gətirir.  Hüquq  normaları 
tənzimləmə  məkanlarını  aşkarlayır  və  tətbiqini  təmin  edir. 
Sistemlərin tərkibini təşkil edən alt sistemlər və tərkib sistemlər 
elmin  yolu ilə  aşkar edilir. (Qeyd: hüquq mənəvi aləmin tərkibi 
olan  əxlaq,  davranış,  münasibət,  eyni  zamanda  həm  də  maddi-
material  aləmin  tərkibi  olan  fəaliyyət  sistemləri  və  fəaliyyəti 
şərtləndirən resurslarla əlaqəlidir. Bu sistemlərə şərtlər verir və 
sistemlərin  mexanizmlərini  formalaşdırır.  Həmçinin  fəaliyyət 
mexanizmləri,  mənəvi  aləmin  tərkibi  hüququn  əsasını  meydana 


13 
 
gətirir.  Mənəvi  aləmə  sahiblik,  daha  doğrusu  sahibliyin  yerinə 
yetirilməsi  təfəkkürdə  hüquq  normaları  ilə  ifadə  olunur. 
Fəaliyyət,  hərəkət  və  geniş  sfera  (müstəvi,  məkan)  hüquq 
anlayışının  fəlsəfi  məzmununu  yaradır.  Geniş  fəaliyyət  eyniliyi 
və  fərqliliyi  genişləndirməklə  yanaşı,  tərkibləri  aşkar  edir  və 
bundan  da  təkmilləşmə  meydana  gəlir.  Hüququn  fəlsəfi 
məzmunu  həm  də  vahid  və  universal  kateqoriya  kimi  bütün 
münasibətlərdə  və  əlaqələrdə  təzahür  olunur.  Hər  bir  şəxs 
hüquqlarına onu qoruyan vasitə kimi baxır. Mənəviyyat hüququ 
müşayiət edir, hüquq mənəviyyatı qoruyur. Mənəviyyat zəngin və 
sistemli  tərkiblərdən  yaranır.  Bu  baxımdan  da  hüququn 
konseptual  məzmunu  mövcud  olur  və  konseptuallıq  və  geniş 
şəkildə  əhatə  olunma  fəlsəfənin  özünü  meydana  gətirmiş  olur. 
Ona görə fəlsəfə ki, mənəviyyat və hüquq pozitivlikdən ibarətdir. 
Hüquq  da  mənəvi-maddi,  konkret  və  mücərrəd  aləmin 
əlaqələrdə  və  münasibətlərdə  ixtiyar,  sahiblik,  məxsusluq  kimi 
əsaslarını  meydana  gətirmiş  olur.  Fəlsəfə  də  özündə  xeyirxah 
məqsədləri  daşıyır.  Hüquq  da  məzmun  etibarilə  xeyirxahlığın 
əsasından  ibarətdir.  Fəlsəfi  müstəvidə  düşüncə  normaları  çox 
olduğuna görə  zamanı uzatmış olur.  Bu baxımdan da həqiqətin 
tam  aşkar  olunması  üçün  çoxbucaqlı  normalar  zamanın 
uzunluğunu tələb edir). Fəlsəfi  fikirlərdə  paralelliklər, müəyyən 
bucaqlarda  kəsişmələr  və  toqquşmalar  yaranır.  Kəsişmələrin, 
toqquşmaların  və  paralelliklərin  əsaslarının  müəyyən  olunması 
elmi  aspektdə  həyata  keçirilir.Yəni,  tərkibi,  bağlayıcılığın 
istiqamətlərini  elm  öyrənir.  Hər  bir  tərkib  elm  yolu  ilə  aşkar 
olunur.  Burada  elm  və  fəlsəfə  çulğaşır,  bir-birinə  xidmət  edir. 
(Bu cür təbii formalaşma sistemliliyə aparıb çıxarır). Elmin cəmi 
(burada açılmalar cəmi) fəlsəfəni meydana gətirir. Çünki hər bir 
tərkib  elementi  hissə  olduğuna  görə  özünə  istiqamətlər  verir. 
Tərkib  başlanğıc  və  sona  çevrilir.  Elm  müəyyən  başlanğıc  və 
sonları  müəyyən  etmək,  üzərə  çıxarmaq  funksiyasını  yerinə 
yetirir.  Hər  iki  tərəf-  fəlsəfə  və  elm  -  sistemlilik  prinsiplərini 
yaradır  və  konstruktivliyi,  əməliyyat  üsulu  olan  bağlayıcılığı 




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə