65
canlılar zaman və məkan əlaqəsində və qarşılıqlı təmasında elə
dəyərlər nisbətində mövcud olurlar, təmas qururlar. Zaman və
məkan ona görə dəyərlidir ki, elementlərdən ibarətdir. Bu
baxımdan da elementlər də dəyərlərin əsaslarını meydana gətirir.
Dəyərlər bir-birilərini müəyyən zaman və məkanlarda
əvəzləyirlər. Zaman və məkan element və qüvvənin əsasını,
enerjinin əsaslarını təşkil etdiyindən, onda belə nəticələrə
gəlmək olar ki, hər şey dəyərdir. Sadəcə olaraq müəyyən şeylərə
dəyərləri vermək, qiymətləndirmək lazımdır. Dəyərlərin, yəni
şeyləri qiymətləndirmənin də öz zamanı, məkanı, bu baxımdan
da koordinatı və bucağı mövcuddur. Bu baxımdan da təbiət –
makro və mikro aləmdə bütünlükdə elə dəyərlərdən təşkil
olunur.
Dəyərlər faydalı istifadə zamanı meydana gəlir və mücərrəd
bir amilə çevrilir. Dəyərlərin verilməsi və dəyərlərdən istifa-
dənin dərəcələri, faizləri meydana gəlir.
İstifadənin özündə də dəyərlər cəmləşir. Dəyərli istifadə elə
əslində rasional yanaşmalardan meydana gəlir. Rasional
yanaşmalar nizamlı və sistemli yanaşmaların əsaslarını təşkil
edir. Nizamlı istifadə nizamlı və sistemli yanaşmanın əsaslarını
ortaya çıxarır. Rasionallığın özü də burada bir dəyərə çevrilir.
Əslində isə dəyər hər bir şeydir, hər bir fərdi mövcudluqdur.
Eləcə də birləşmiş mövcudluqdur.
Dəyərlər passiv və aktiv ola bilir. Dəyər məkanda və
zamanda aktivləşir və passivləşir. İnsanlar makro dəyərləri özləri
üçün həm passiv, həm də aktiv edirlər. Yəni, dəyərlər olduğu
kimi qalır, lakin insanlar onlardan müəyyən zaman intervalında
istifadə edirlər. Mənəvi dəyərlər ümumiyyətlə bütün zaman və
məkanlarda mövcuddur. Bu dəyərlərdən istifadənin faizləri
meydana gəlir. İnsanlar mənəvi dəyərlərdən həm öz aralarında
olan münasibət və əlaqələrdə, həm də özlərinin ətrafla olan
təmaslarında istifadə edirlər.
Dəyərlər həm də istifadə ölçülərindən asılı olur. İstifadənin
nizamlı əsasları mövcud olur, istifadə ölşülərə tabe oluir.
66
Dəyərlərin istifadəsində konkret ədədi ölçülər mövcud olur.
Məsələn, bu daha çox maddi dəyərlərin istifadəsində tətbiq
olunur. Mənəvi dəyərlərin istifadəsi isə sonsuzluğa aparıb
çıxarır. Bu sonsuzluq trayektoriyasının da tərkibi ölçülərə
bölünür. Deməli, insan hüquqları normaları dəyərlərin özünü
təşkil edir.
Dəyərin pozitivliyi onun tarazlı siqnallarında əks olunur.
Tarazlı siqnallar da insanların beyinlərinin tarazlı əsaslarla
formalaşmasına öz müsbət təsirlərini göstərir. Tarazlı beyin də
dəyərlərin ardıcıl şəkildə siqnallarla qəbul olunmasını təmin
edir. Bu baxımdan da tarazlı siqnallar tarazlı konstruksiyanın
əsaslarını təşkil edir. Tarazlı konstruksiya da öz növbəsində
həyatın tarazlaşmasının əsaslarını ortaya çıxarır. Tarazlaşma
nisbi bərabərlikdə öz əksini tapır. Bərabərlik bir tarazlıqdır.
Tarazlıq ədalətdir. Ədalət bərabərlikdirsə, onda dəyər də
bərabərlikdir. Mənəviyyat bu baxımdan bərabərlikdə öz əksini
tapır. Mənəviyyat bərabərlikdirsə, bu, sistemdaxili və sistem-
lərarası düzgünlükdə (burada kəmiyyət düzgünlüyü) özünü
büruzə verir. Bu baxımdan da hesab etmək olar ki, mənəviyyat
elə istiqamət baxımından daha çox düzgünlüklərdən, ədalət-
lərdən və bərabərlikdən ibarətdir. Düzgünlük mənəviyyatın
tərkibindəki xətlərin istiqamətləri ilə əlaqəlidir. İstiqamətlər
düzdürsə, onda qətiliklə hesab etmək olar ki, mənəviyyat və
dəyər də düzgünlükdən, düzgün istiqamətlərdən ibarətdir. Lakin
burada əyriliklər də mövcuddur. Bu əyriliklər əsasən düzgün-
lüklərin, düz istiqamətlərin içərisindən başlayır, müxtəli yönləri
təşkil edir. Bu baxımdan da hesab etmək olar ki, bir düz xətt
üzərində çoxlu sayda düz xətləri özündə əks etdirən başlanğıc
koordinatları və istiqamətləri mövcuddur. Başlıqlar və sonluqlar
yeni istiqamətlərə rəvac verdiyindən dəyərlərin əsaslarını təşkil
edə bilirlər.
Dəyər o şeydir ki, (maddi obyektlərdə) ondan pozitiv
əsaslarla istifadə olunur. İstifadə olunanlar çatışmazlıqların
aradan qalxmasına xidmət edir. Deməli, çatışmazlıqları dolduran
67
vasitələr dəyərlərdən ibarətdir. Buna görə də dəyərlər müəyyən
məkanda tələb olunan enerjidir. İstifadə olunan şeylər də makro
kəmiyyətdə ətraf aləmin özüdür. Ətraf aləmdə olan tərkib
hissələr isə mikrolardır. Deməli, ətraf aləm əslində dəyərlərdən
ibarət olan elementlərin cəmidir. Makro dəyərlər bir mənbədir
və etalondur. Bu, o deməkdir ki, makro dəyərlər hər zaman
ehtiyat rolunu oynayır və mənvəiyyatın bazasını təşkil edir.
Dəyərlər makro və mikrolarda mütləq mənada öz əksini tapır.
Nisbi mənada isə mikro aləmdə dəyişir. Deməli, mikro aləm
əslində makro dəyərlər isçərisində olmaqla özündə mikro
dəyərləri daşıyır. Mikro dəyərlər o halda dəyərsiz olur ki, ona
baxışlar zamanla dəyişir. Əhəmiyyət vermək məsələsi ortaya
çıxır. Bununla yanaşı, koordinatlar da dəyişir. Bu da
siqnallardan asılı olur. Məsələn, bir bucaqdan müsbət olan
dəyərlər digər bucaqdan müsbət görünməyə bilər. Lakin bu o
demək deyil ki, müsbət görünməyən şeylər ümumilikdə müsbət
deyil. Buradan da bir daha belə nəticəyə gəlmək olur ki, müsbət
olan şeylər əslində mənfinin, müxtəlif koordinatlardan olan
mənfinin əsaslarını təşkil edir. Dəyişən mənzərə elementlərin
hərəkətindən meydana gələn məkan dəyişməsi ilə xarakterizə
olunur. Deməli, dəyişən mənzərənin özü də dəyərlərdən iba-
rətdir. Çünki dəyişikliklərdən faydalanmalar da meydana gəlir.
Dəyərli olan şeylərə ümumi münasibət də dəyərli olur. Ola
da bilir ki, dəyərli olan şeylər maraq müxtəlifliyinə görə bəzi
tərəflərdə dəyərsiz kimi qiymətləndirilir.Münasibət özü dəyərləri
meydana gətirir. Dəyərli münasibət insanların öz dəyərlərinin
formalaşmasına müsbət təsirlərini göstərir. Müsbət təsirlər də
xarakterlərin müsbət əsaslarla formalaşmasında rol oynayır.
Müsbət xarakter də öz növbəsində müsbət insani keyfiyyətlərin
əsaslarını təşkil edir. Müsbət keyfiyyətlər (bunlar siqnallardan
ibarət olur və siqnalların mərkəzləşməsini təmin edir)
mənəviyyatın zənginləşməsini təmin edir.
Dəyərlər tükənməz və tükənən (müəyyən məkanlarda
mütləq və nisbi) olur. Məsələn, maddi dəyərlər tükənə bilir. Belə
Dostları ilə paylaş: |