44
olmaqla, əxlaq, metafizika, din və estetikaya bağlıdır.
2
) Hüquq-
ların aksioloji baxımdan öyrənilməsində əsas məqsəd hüquqların
dəyər tərkibinin araşdırılmasından ibarətdir. Hüquq normaları
cümlələrdə və ifadələrdə əks olunur. Buradan da nəzəri əsasları
meydana gəlmiş olur. Hüquqla biliklərin formal bərabərliyi
ortaya çıxır. Hüquq dəyərlərinin öyrənilməsi hüquq normalarının
mahiyyətinin aşkarlanması mənasını verir. Aksiologiya elmi-
metodoloji bir sistemdir. Sistemli öyrənmədir. Hüquq universal
və məxsusi anlayışlardan ibarətdir. Deməli, hüquq anlayışlarına
dəyərlər vermək hüququn universal və məxsusi dəyər əsaslarını,
universal və məxsusi dəyərlərini meydana gətirmiş olur. (Qeyd:
elmi yanaşmalara əsasən, hüququn aksiologiyası –hüquqi
dəyərlər haqqında, qanunun hüquqi əhəmiyyəti (pozitiv hüqu-
qun) və dövlətin əhəmiyyəti haqqında təlimdir.
3
Bir çox hallarda
leqistik (qanuni) dəyər anlayışından da istifadə olunur. Hüquq
fəlsəfəsində
-hüququn
ontologiyası(hüququn
mövcudluğu
haqqında təlim), hüququn qnoseologiyası (hüququn dərk olun-
ması haqqında təlim), leqistik ontologiya (hüququn normativ-
hüquqi səndələrdə əks olunması haqqında təlim), leqistik
qnoseologiya (bu təlimə görə hüquq haqqında biliklər dövlətin
rəsmi bəyanatında əks olunur), libertar-hüquqi ontologiya (bu
yanaşmaya görə hüququn mövcudluğu hüquqi əhəmiyyət kəsb
edən qanunların mövcudluğu ilə eynilik təşkil edir. Burada
obyektiv hüquqi mövcudluğu əks etdirən pozitiv-hüquqi hadi-
sələr, formal bərabərliklər mövcuddur.
1
Daha bir elmi izaha
əsasən, hüquqi aksiologiya (legal axiology) hüquq fəlsəfəsinin
bir qolu olandan bəri –hansı ki, hüquqi dəyərlər problemini
nəzərdən keçirir və hüquqi model yaradacaq dəyərləri izah edir.
Aksiologiyanın mövcudluğu ona görə əhəmiyyətlidir ki, hüquq
2
Axiology.www.yourdictionary.com/axiology
3
Предмет и проблем юридической
аксиологии.www.centrlaw.ru/publikacii/page35/page37/index.html.
1
Правовая аксиология. Список терминов. web-local.rudn.ru/web-
local/uem/ido/fil_p/gloss.htm#Gloss_5
45
sistemi daxilində dəyərlərin rolunu əks etdirir. Cəmiyyət
dəyərlərinin formasiyası (quruluşu) hüquq sisteminin layihəsini
müəyyən edir
2
) .
Hüquq həm də gerçəkliklərdən və həqiqətlərdən ibarətdir.
Hüquq realdır, reallıq gerçəklikdir. Deməli, həqiqət elə
reallıqdadır və hüquqlardadır. Hüquqların epistemoloji baxım-
dan öyrənilməsi də mümkündür. (Qeyd: epistemologiya –
yun.episteme-bilik, logos-təlim-fəlsəfi-metodoloji bir fənndir,
hansıda ki, biliklərin quruluşu, funksiya və inkişafı öyrənilir.
Burada epistemolgiya qnoseologiya ilə eyniləşir. Fərq də
mövcuddur. Qnoseologiya “subyekt-obyekt”, epistemologiya isə
“obyekt-bilik” (biliyin obyektiv strukturu) aspektindən yanaşma
edir və bilik obyekt kimi götürülür. Epistemologiyanın əsas
problemləri: bilik necə qurulub?, elmi-nəzəri və praktiki
fəaliyyətdə biliyin obyektivləşməsi və mexanizasiyası prob-
lemləri nələrdən ibarətdir?, biliklərin hansı tipləri mövcuddur?,
“həyatın”, biliklərin dəyişməsi və inkişafı üzrə hansı ümumi
qanunları mövcuddur? Burada obyekt ideal və real əsaslara
malik olur
1
.) Hüquqların təbiiliyi, qnoseoloji və ontoloji əsasları
onun epistemoloji bazasını meydana gətirmiş olur. İnsan təbii,
real və gerçək bir məxluqdur. Buna görə də hüquqi biliklər
həqiqdir. Həqiqidir, ona görə ki, subyektiv və obyektivdir.
Hüquqi biliklər subyektlərin nəzəriyyələrindən, baxışlardan
meydana gəldiyindən həqiqi və gerçək olur. Hüquq (norma
olaraq) gerçək biliklərin obyektidir. İnsan hüquqları həqiqidir,
real və gerçəkdir. Normalarda insan hüquqlarının ümumi
aspektləri və konkret aspektləri öz əksini tapır. Hüquq normaları
insan hüquqlarını reallaşdırır və gerçəkləşdirir. Buradan da
həqiqilik meydana gəlir. İnsan hüquqları həqiqi biliklərin obyek-
2
Anais Guillemot. Legal axiology from the philosophy of Law. August 29,
2012. http://www.akimoo.com/2012/legal-axiology-from-the-philosophy-
of-law
1
А.Ю.Бабайцев. Эпистемология.
terme.ru/dictionary/175/word/yepistemologija
46
tinə çevrilir. Hüquqi biliklər obyektivdir və müəyyən quruluşa,
formaya malikdir. Mənaları mövcuddur, onun mənası reallığın
qnoseoloji və ontoloji əsaslarla dərk olunmasındadır. Elmdə
hüququn epistemologiyası dedikdə, “hüquqi düşüncələr”in
müxtəlif sahələr üzrə komplektləşdirilməsi başa düşülür: hüquq
nəzəriyyəsi, hüquq sosiologiyası, hüquqi və sosial psixologiya,
hüquq fəlsəfəsi kimi düşüncə istiqamətləri mövcuddur.
2
Hüququn fəlsəfəsi. Hüququn fəlsəfəsi anlayışın dərin və
çalarlı fəlsəfi məzmununda formalaşır. Subyektiv və obyektiv
analiz hüququn aksioloji və epistemoloji əsaslarını formalaşdırır.
Subyektiv analizlər müəyyən xətlər üzrə cəmləşərək obyektiv
analizi meydana gətirir. Hüququn fəlsəfəsi anlayışa müxtəlif və
sistemli yanaşma təlimindən meydana gəlir. Hər bir təlim
istiqaməti özündə başqa istiqamətləri də cəmləşdirir. Müəyyən
müstəvi üzrə fikir cərəyanları sistemi formalaşır. Hər bir
istiqamətin tərkibi digər istiqamətlərin tərkibləri ilə bağlanır. Bu
halda təlimlər-elmlər, fənlər meydana gəlir. Təlimlər hüquq
anlayışının müxtəlif bucaqlardan formalaşmasını, bu baxımdan
çoxaspektli izahının yaranmasını təmin edir. Hüquq fəlsəfəsi
hüquq anlayışına universal və məxsusi yanaşmanı təmin edir. Bu
yanaşma sayəsində hüquq anlayışının dərin mahiyyəti dərk
olunur. Hüququn tərkibi, forma və məzmunu hüquq fəlsəfəsində
aşkar olunur. Mahiyyət açılır. Hüquq fəlsəfəsi anlayışa sistemli
yanaşmadan meydana gəlir. Burada tərkib fərqləri, seçim
fərqləri sistemin daxilində təsnifatı və çoxşalarlılığı meydana
gətirir. Hüquq fəlsəfəsi özündə hüququn tərkibini təşkil edən
material-maddi resurslarla mənəvi resurslar arasında bağla-
yıcılığı təmin edir. İnsanların hüquqlarının mahiyyətini onların
maraqları kontekstində izah edir. Hüquq anlayışına geniş
yanaşma o halda meydana gəlir ki, təlimlər çox olur və hər bir
2
А.И. Овчинников. Эпистемология правового мышления. metodologlab.
narod.ru/pravo/st4.htm
Dostları ilə paylaş: |