47
istiqamət də dərin mənanı aşkar edir. Bütün təlimlər vahid hüquq
anlayışının pozitiv mahiyyətini aşkarlayır. Hüquq təfəkkür
piramidasının başında və ətraflarında öz mahiyyətini aşkar edir
və mənasını aydınlaşdırır.
Hüquq fəlsəfəsi hüquqların təminedici, qoruyucu və inkişaf
etdirici əhəmiyyətini önə çəkir. Burada hüququn zaman və
məkanla təmin olunmasının əsaslarını üzərə çıxarır.
Allahın varlığını dərk etmək -insan hüquqlarının dəyərli
və həqiqi biliklərdən ibarət olması qənaətinə gəlmək
kontekstində
İnsan makronun, makro məkanın tərkibində bir mikro
strukturdur. Formasının ətraf aləmə, təbiət və kainata nisbətən
kiçikliyi bunu deməyə əsas verir. Eyni zamanda öz məkanında
məzmun etibarilə makrodur. Daxili çox zəngindir, yəni,
istiqamətlər, elementlər birləşmələri, eləcə də hərəkətlərinin
tərkibi çoxdur. Daxili mahiyyəti çoxçalarlıdır. Daxili struk-
turunun mürəkkəbliyi də bunu deməyə əsas verir. İnsan makro
məkandan aldığı siqnalların mikro məkanda sintezini və
analizini meydana gətirir. İnsan böyüklükdən kiçikliyə doğru
ölçü müstəvisində və vəhdətində məkanın içərisindədir, eləcə də
kiçik məkanda böyük məzmunludur. İnsanın böyük məzmunu
elə insanların özləri tərəfindən müəyyən olunur. Bu da insanın
kainatın içərisində kiçik olmaqla, böyük mənalar kəsb etməsinə,
dərin mahiyyətə malik olmasına sübutdur. İnsan öz tutumunda,
məkanında təkmilləşmiş makrodur. İnsan makro mühitin də
içərisində olmaqla müəyyən siqnalları (məkanda və zamanda
dəyişən siqnalları) emal etmək funksiyasını yerinə yetirir.
Təkmilləşmiş varlıq olduğundan da özünün qərar tutduğu makro
məkanda siqnalları qəbul edə və dərk edə bilir. İnsanın daxili
aləmi makro mühitdən siqnallar qəbul edir, eləcə də makro
mühitə siqnallar göndərir. İnsanın daxili strukturu onun xarici
48
ilə, ətraf makro məkanla siqnallar mübadiləsində olur. Ətrafdan
kifayət qədər (öz vücudu və beyni ilə) siqnallar qəbul edə bilir.
İnsan planet, Günəş, digər ulduzlar və fövqtəbiətin siqnallarının
əhatəsindədir. Bu əhatə mühitində siqnal kəmiyyətindən yalnız
öz payını götürür. Deməli, insan hər bir siqnalı tuta bilməz.
Universal forma universal olaraq siqnalların qəbulunu həyata
keçirir. Bu baxımdan da insanlar vahid qanunlara tabe ola
bilirlər. Lakin məxsusi qabiliyyət də mövcuddur. Bu qabiliyyət
və istedad məxsusi konstruktivliyə əsaslanır. İnsan cəmləşmiş
forma və məzmunu özündə daşıyan modeldir, kainatın bir kiçik
nümunəsidir, eləcə də kainatın davamıdır, təbiətə təsir
göstərəndir. Bu baxımdan fövqtəbiətin tərkib hissəsidir. Təbiətə
təsir imkanlarının mövcudluğu insanın davam olan, yəni təbiət
üzərində müəyyən qədər “səlahiyyətləri” olan bir quruluş
(varlıq) olmasını sübuta yetirir. İnsan bütün aləmlər kimi
kainatın tərkibidir. Kainat sonsuzdur, buna görə də makrodur,
ölçüyəgəlməzdir. Deməli, insan yalnız bu makro sonsuz
məkanda öz siqnal payı olan məxluqdur. İnsanın siqnal qəbul
etmək imkanları daxili potensial baxımından onun istedad və
qabiliyyətinə əsaslanır. İnsan makromühitin kiçik bir modelidir,
çünki makronu dərk edə bilir. Makromühitin daxilində bir
mikrodur. İnsanın daxili orqanları və ümumilikdə cismi kainatın
tərkibini özündə cəmləşdirir. Kainatın, təbiətin tərkibindən insan
yaranıb.
İlahi qüvvə, ali qüvvə və ali enerji kainat sonsuzluğunun
özüdür. Həm də bizim təsəvvür etdiyimiz kainatın fövqüdür.
Fövq olduğuna görə sərhədlərsizdir, məkansızdır, yəni, bütün
məkanın özüdür. Deməli, insanlar, bütün canlılar, “cansız aləm”
kainatın tərkibidir. Kainat Allahın, yəni, fövqkainatın tərkibidir.
Deməli, insanlar, bütün canlılar, cansız aləm, təbiət, kainat
Allahın tərkibdir, onun parçasıdır. Bunlar Allahın yaratdığı və
həm də özü olduğu məkanın tərkibidirlər. Deməli, bütün ətraf
aləm və daxili aləm, yəni insanlar Allahdan bir parçadırlar.
Allaha hər şey, bütün varlıqlar –insanlar üçün müəyyən və
49
müəyyən olmayan bütün mövcudluqlar-tabedir. Allah məzmun
baxımından öz əlamətlərinə görə müəyyəndir, çünki insan onun
tərkibidir.
Forma
baxımından
isə
müəyyən
əlamətləri
mövcuddur. Tam forması yoxdur; çünki sonsuz böyüklükdədir,
onu bitkin formada təsəvvür etmək qeyri-mümkündür. İnsanlar
Ulu Tanrı ilə siqnallar mübadiləsindədir. Allah insan üçün
gözəgörünməzdir, çünki insan onun nizamına tabedir, həm də o
qədər makrodur ki, insandan aralı qalıb müəyyən məkan
formasını ala bilmir ki, insan onu ayrıca olaraq forma
baxımından görə bilsin. Yəni, insandan uzaqda olan tərəf deyil,
insanı ağuşuna almış nizamdır, qüvvədir, enerjidir. İnsandan yan
olan tərəf deyil. Bu baxımdan da insan onun tərkibində yer alır.
Ulduzlar, planetlər Allahındır. İnsan onun içərisindədir. Deməli,
insan heç zaman Allahı ayrıca varlıq kimi görə bilməz, onun
formasını təsəvvüründə canlandıra bilməz. Bu, onun təbiətindən,
potensialından
tamamilə
xaricdir.
İnsan təbiətdən və
fövqtəbiətdən siqnalları qəbul edir. İnsan hara baxsa, Allahın
müəyyən əlamətlərini görər, ancaq tam formasını görə bilməz.
Çünki Onun ayrıca forması yoxdur. Ulu Tanrı ayrıca varlıq
olsaydı, insanla, təbiətlə eyniləşərdi və tərəf kimi aralı qalardı.
Deməli, O, (burada “O” dedikdə, Onu tamamilə ayrıca olaraq
tərəf kimi təsəvvür etmək olmaz) insanı idarə edir, insanın daxili
və xarici aləmlərinin özüdür. Allah insanın həm də göz
önündədir, çünki insan duyğu orqanları ilə Allahın siqnallarını
qəbul edir, onun tamamilə içərisindədir. Deməli, insan Allahdan
uzaqda deyil və tərəf kimi özündən kənarda görə bilmir. Allah
insanın gözündədir, digər duyğu orqanlarındadır. Allah ayrıca
(insandan ayrı) tərəf deyil, şəxs deyil, buna görə də bütün
tərəflərin özüdür, məcmusudr. Deməli, Ulu Tanrı bütövdür,
böyüklüyünün həddi yoxdur, makrodur, sonsuzdur, konkret
məkanları, sərhədləri olmayan varlıqdır. Məlumdur ki, kənarı
müəyyən etmək üçün müəyyən qədər aralı məkan, məsafə
lazımdır.
Tərəflərin
müəyyən
olunması
məkandan
və
elementlərdən asılıdır. Məsələn, səma cisimləri (Ay, Günəş,
Dostları ilə paylaş: |