35
əsaslarına çevrilir. Hüquq normaları insanların özlərindən asılı
olmayaraq da mövcud olur və bu baxımdan da dəyərlər sonra da
qazanılır. Dəyərlər mövcud və qazanılmış olmaqla şaxələnməyə
məruz qalandır. Hüquq normalarının əvvəlcədən mövcudluğu
təbii ki, insanın fərdi qaydada hüquq sisteminə malik olan
dövlətdə dünyaya gəlməsidir. Məsələn, təzə dünyaya göz açmış
şəxslərin hüquqlarını təmin etmək üçün əvvəlcədən normalar
mövcud olur. Onlar ilk olaraq vətəndaşlıq (onlara qədər mövcud
olan hüquqi-siyasi status forması) əldə edirlər və bununla da
ictimai-siyasi vasitə olan hüquq normalarından istifadə edirlər.
Dəyərlər məxsusi-universal əsaslarla nəzəri olaraq onların
gəlişindən qabaq da olur və uşaqlar zaman-zaman həmin
dəyərlərdən istifadə etməyə çalışırlar.
Dəyər verilən qiymətdir. Təbii ki, daha çox təsnif olunan,
dərəcələnən pozitiv qiymətdir. Verilən qiymət isə fəlsəfi
məzmuna malik olur. Dəyərlərin yüksəlməsi elementlərin
faydalılığının yüksəlməsi ilə xassələnir. Dəyərlər özündə yüksək
diqqəti və əhəmiyyəti əks etdirir. Buna görə də fəlsəfi əhəmiyyət
kəsb edir. İnsan hüquqları insanların maddi-mənəvi təsdiqini
verən bir qiymətdir.
Dəyər özü də həqiqi biliklərdən ibarətdir. Biliklər reallıq-
ların ifadəsidir, faktların obrazlanmasının ifadə olunmasıdır.
Biliklərdə əlamətlər mövcud olur, əlamətlərin obrazları
məlumatlara çevrilir. Əlamətlərin təzahürü və forması siqnallar
şəkilində qəbuledicidə bilikləri meydana gətirir. Reallıqlar da
gerçəkliklərdir. Deməli, hüquq normaları dəyər olaraq gerçək
biliklərdə, obrazlanmış ifadələrdə öz əksini tapır. Bu subyektiv
və subyektivlikdən meydana gələn obyektivlik də ola bilər.
Dəyər həqiqi olanı həm subyektiv, həm də obyektiv edir. Bir
məsələ, hadisə və ya da şey bir şəxs üçün dəyərli, digərləri üçün
isə dəyərsiz olur. Məxsusi dəyərlər böyük məkanda mövcud olan
universal dəyərlərin əsaslarını təşkil edir.
İnsan hüquqları maddi-mənəvi aləmin, insanların maddi-
bioloji və mənəvi tərkiblərinin əsaslarını və maddi-mənəvi
36
haqlarını, ixtiyar və səlahiyyətlərini meydana gətirir. İnsan
hüquqları insanların mənəvi mövcudluğunu hər bir ictimai
məsələdə, münasibətlərdə və əlaqələrdə təsdiq etmiş olur.
Mənəviyyat dəyər olduğundan hüquq da dəyər kimi onun
təsdiqləyicisi funksiyasını yerinə yetirir. Hüquq özü insan
həyatının tərkibinə, insanların ictimai fəaliyyətinə verilən haqdır,
daha doğrusu qarşılıqlı olaraq tərəflərin təbii haqların siyasi
aspektdə qəbul olunmasıdır. Hüquq ictimai və siyasi status
olmaqla, insan həyatının dinamikasını qəbul edən bir anlayışdır
və ictimai münasibətləri qaydalarla tənzimləyən normaları
tanıyan və qəbul edəndir. Hər bir müsbət addım və onun tərkibi
haqdır. Pozitiv məqsədlər, maraqlar, mənafelər, istəklər, arzular,
meyllər haqdır. Yəni, təbii olan və hərəkətlərlə bağlı olan
dəyərlər haqdır, təbiətdən və fövqəltəbiətdən insanlara verilən
haqdır. Cəmiyyəti, dövləti, bəşəriyyəti qorumaq və yeni-yeni
dəyərlər əldə etmək üçün insanlar öz aralarında onu qəbul
ediblər ki, mənfi əməllər, ictimai təhlükəli aktlar törədilməsin və
insan hərəkətləri dövlət tərəfindən nəzarətdə saxlanılsın. İnsanlar
dövlət adlanan dəyərli qurumlara da xidmət etsinlər ki, özlərinin
dəyərlərini qoruya bilsinlər. Çünki dövlət olmasa (hüququn
məkanda və zamanda müəyyən kəmiyyəti -artıb-azalan miqdarı
var) hüquqlar sərhədləri arasında kəskin toqquşmalar yarana
bilər. Dövlət cəmiyyətin sabitliyinin qarantı kimi mühüm
funksiya daşıyır. Hüquq həm universal, həm də fərdi mənalar
kəsb edir. Bu baxımdan da dəyərlər universal və fərdidir.
Universallıq və fərdilik kəmiyyətlə əlaqəlidir. Universal dəyərlər
bütün insanlar üçün baza olaraq ümumi xətləri müəyyən edir.
Fərdi dəyərlər isə ümumi xətlər içərisində həm fərdin haqqını
müəyyən edir, həm də fərdin haqqını şaxələndirir. Qeyd
olunduğu kimi, hüquq siyasi, mənəvi və ictimai bir statusdur.
Status da verilən dəyərdir. Status hüququ və dəyərləri əhatə edir.
Hüquq insanlara həm ictimai, həm məişət xarakterli, həm də
siyasi məzmunlu statuslar verir. Statuslar gerçəkləşdirici,
həqiqətə
çevirici
funksiyanı
meydana
gətirir.
Hüquq
37
normalarının təsnifatının epistemoloji əsasları da buradan
meydana gəlmiş olur. Hüquq özü universal bir dəyərə çevrilən
status rolunu oynayır. Deməli, status dəyərdir. Hüquq insanlara
maddi, bioloji və sosial qurumlara inteqrasiya olunmaq,
assosiasiya olunmaq, qurumları yaratmaq üçün statuslar
(səlahiyyətlər, ixtiyarlar verən hüquqi vəziyyətlər) müəyyən
edir. Status hüquqi səlahiyyətləri və funksiyaları müəyyən edir.
Status dəyər olaraq həmçinin hüquqi rejimləri və vəziyyətləri
müəyyənləşdirir. Hüquqi rejimlər və vəziyyətlər pozitiv mənada
dəyərləri ifadə edir. Status özü də universal və konkret-məxsusi
dəyərə çevrilir. Bu baxımdan da insanlar siyasi, sosial və bioloji-
maddi dəyərə malik olan ünsürlərdir. Dövlət, onun tərkibi olan
hakimiyyət, strukturlar, cəmiyyət, vətəndaş birlikləri, fərdi
vətəndaşlar dəyərli ünsürlərdir. Siyasətin istiqamətləri, ümu-
miyyətlə, bütün pozitiv hərəkətlər dəyərlərdən ibarətdir. İnsanlar
və onların yaratdıqları bütün sosial-siyasi qurumlar, münasi-
bətlər və əlaqələr formaları, mücərrəd və real vasitələr dəyərli
vasitələr hesab olunurlar. Müstəvilərin aşkarlanması kon-
tekstində dəyərlər dəyişir, ardıcıl olaraq bir-birini əvəzləyir. Bu,
hər şeydən öncə həyatın dinamik əsasları ilə bağlı olur. Ancaq
köklü dəyərlər təbii olduğundan və təbii hüquqların özü
olduğundan dəyişməz və bütün hallarda transfer olunan olur.
Resurslar artdıqca azadlıqlar da artır. Sərbəstliklər genişlənir.
İnsan özü təbii bir dəyərli varlıqdır. İnsanı xarakterizə edən,
onun tərkib komponentlərini formalaşdıran bütün ünsürlər,
komponentlər dəyərlərdən təşkil olunur. İnsan daxilən dəyərli
olmaqla, öz xarici aləmini də dəyərlərin qazanılması ilə
kontaktda formalaşdırır. Hüquq normaları da insanın daxili və
xarici aləmi arasında bağlayıcılığı meydana gətirir.
Maddi aləm və onun yuxarısı və təkmil forması olan mənəvi
aləm (mənəvi aləm maddi aləmin müəyyən nöqtələrdə olan
zirvəsidir və demək olar ki, kiçik hissələrə bölünmüş tərkibin
birləşməsindən yaranan bütövdür) dərk olunur. Hər iki aləm
dərketmənin obyektinə çevrilir. Hər iki aləmin tərkib
Dostları ilə paylaş: |