29
genişlənməsi prosesləri meydana gəlmiş olur. İnsanların
müvafiq məkanlarda geniş təmsil olunma və iştirakları buna
nümunədir. Burada mücərrədlikdə əlaqələr və münasibətlər
fonunda hüquq genişlənir. Dövlətin hüququ vətəndaşlarının
hüquqlarını qoruyan dəyərlərin məcmusundan ibarətdir. Bu
baxımdan da dəyər əsasən cəmiyyətlərdə, əlaqələr quruluş-
larında, tərəfləri olan strukturlarda, dövlətlərdə mövcud olur.
Heç bir şəxs cəmiyyətdən və dövlətdən kənarda dəyərli ola
bilməz. Çünki insan artıq neçə minilliklərdir ki, sosial-siyasi,
etno-mədəni, milli-təşkilati ünsürdür. Dəyər üçün insana digər
insan, eləcə də digər tərəf (məsələn, qruplaşmış tərəf- dövlət,
cəmiyyət, ailə və s.) dəyər verməlidir. Dəyərlər həm də
müqayisədə meydana gəlir. Bir şey digər bir şeyin dəyərli
olmasını şərtləndirir. Bir şey digər bir şeyə əlamət verir. Müqa-
yisə üçün tərəflərin elementlərinin tərkib kəmiyyətləri əsas
götürülür. İnsanların dövlətdə və cəmiyyətdə ali məxluq kimi
dəyərələndirilmələri onların şəxsiyyətini meydana gətirir.
Şəxsiyyət özündə canlı aləmin yüksək mənəvi-şüuru fəaliyyətini
əks etdirir. Deməli, dövlət və cəmiyyət insanları şəxslərə çevirən
əsas strukturlardır. Universal dəyər tərkib dəyərlərinin vəh-
dətindən meydana gəlir. Fəaliyyətin genişliyi, şərtləndirici
resursların bolluğu, resursların törəmə funksiyaları və geniş
şəkildə sistemləşmə əsasları və cəmiyyətin tərəflərinin, subyek-
tlərin sayının çoxalması hüquqların fərdi və universal qaydada
şaxələnməsinə səbəb olur. Bəzən hüquq normaları dəyərsizliyi
də, faydalar gətirməməyi də şərtləndirir. Bu anda inkişafa,
lazımi tələblərə cavab verməyə mane olan ünsür rolunu oynayır.
Hüquqların sərhədləri anlayışı və bu anlayışın maraq sferalarına
cavab vermələri üzərində qurulması məhz müəyyən şəxslər üçün
maraqların genişlənməsinin qarşısını alır. Bu anda hüquq (hüquq
normaları) bəzi tərəflər üçün qadağanedici, məhdudlaşdırıcı
vasitə olaraq dəyərsiz bir şeyə çevrilir. Buradan da bu anlayışın
müsbət və mənfi olmaqla (burada yenə də məkan nəzərdə
tutulur) konseptual əsasları, özündə müxtəlif bucaqlardan
30
müsbət və mənfi meyarları meydana gəlmiş olur. Mənfiliklərə
baxmayaraq, insan hüquqlarının konseptuallığından meydana
gələn müstəvisi onun bütöv dəyərliliyini ortaya çıxarmış olur.
Təbii ki, “dəyərsizlik” tərkibi də olur ki, bu da sistem
elementləri arasında bağlayıcı funksiyanın yerinə yetirilməsinə
xidmət edir. Bir məkanda olan dəyərsizlik (lakin öz məkanında
dəyərli) başqa bucaqlarda, tərəflərdə dəyərlərin əsaslarını
meydana gətirir. Buradan da əksliklərin vəhdəti, müsbət və
mənfinin, bir məkanda olan çox enerji və az enerjinin mahiyyəti
formalaşmış olur. İnsan hüquqlarının konseptuallığı onun
sistemliliyində öz əksini tapır və sistemliliyini, əlaqəliliyini,
bağlayıcılığını və şərtləndiriciliyini meydana gətirir. Konsep-
tuallıq isə hər bir məqamda hüquqların təmin olunması funksi-
yasını yerinə yetirir. Qaydaları və normaları yaradır. Məsələn,
qanunvericilik vasitələri normalar şəkilində insan hüquqlarının
hər bir bağlayıcı əsaslarını müəyyən edən qaydaları meydana
gətirir. Bir norma öz ardınca digər normaların yaranmasını təmin
edir. Bir norma digərini tələb edir; çünki ardıcıl hərəkətlər
normaları tələb edir, qaydaların tətbiqini tələb edir. Bütün
aşkarlanma
hallarında
həqiqi
biliklər,
yəni
şəraitlərin,
vəziyyətlərin reallıqlarda ifadə olunması vasitələri formalaşmış
olur. İnsan hüquqlarının tərkibinin subyektiv və obyektiv
əsasları məhz hüquqların ifadə olunmasının real vasitələrini
ortaya çıxarmış olur.
İnsanların fəaliyyətinin genişliyi hüquqların şaxələnməsini
(hər bir addımda, fəaliyyət və əlaqələrdə hüquq insanları
müşayiət edir), dəyərlərin sistemləşməsini və strukturlaşmasını
təmin edir. İnsan hüquqlarının dərketmənin ifadələrdə aşkar-
lanmasını təsdiq edən normalarda öz əksini tapması hüquq
normalarının da dəyərli olmasını meydana gətirir. Hüquq norma-
larının dəyərliliyi prinsipi bu normaları yaradan tərəflərin, yəni
vətəndaşların-dövlət hakimiyyətinin və ictimai tərəflərin
dəyərliliyi prinsiplərini yaradır. Dəyər özü də normativlik üçün
müəyyən bir etalon, ölçü funksiyasını yerinə yetirir. Dəyərlərin
31
ölçülər əsasında müəyyən olunması insan həyatının ölçülərdən
ibarət olmasından irəli gəlir. Dəyər meyarlarla ölçülür və mütləq
və nisbi əsaslara malik olur. Ölçüləri də kiçik və böyük
elementlər meydana gətirir. Deməli, dəyərlər elə bütöv insanın,
insanlığın özüdür və hüquqlar bütöv insanı həm bütöv (burada
mənəvi bütövlük), həm də tərkibdə təsdiq etmiş olur. İnsanın
nizamlı fəaliyyəti, nizamlı əməlləri məhz hüquqların və onun
tərkibinin
normalarla
ifadə
olunmasına
şərait yaradır.
Hüquqların
normalarla
ifadə
olunması
hüququn
ölçü
kriteriyasının əsaslarında qərarlaşır. İnsan hüquqları əxlaqın da
tərkibi olduğundan, həm də əxlaq normalarını özündə cəmləş-
dirdiyindən dərin fəlsəfi məzmuna və dəyərlər sisteminə malik
olur. Əxlaq özündə saflığı, tərbiyəni birləşdirir, saflıq dəyərdir,
deməli, əxlaq və hüquq da dəyərdir. Əxlaqın tərkib elementləri
elə dəyərlərin tərkib elementlərinə çevrilir. Əxlaq da davranış
normaları və normalara əməl edilən qaydalardan ibarət
olduğundan sistemli əhəmiyyətə malik olur. Əxlaq normaları
davranış normalarının həm tərkibi olduğundan, həm də davranış
normalarına pozitiv mənalar verdiyindən dəyərləri özündə
cəmləşdirir. Dəyərlər fəlsəfəni əxlaq və hüquqla vəhdətləşdirir,
elementlərin məzmunu barədə və onların mahiyyəti haqqında
məlumatlar verir. Fəlsəfə hüququ və əxlaqı dəyər obyekti kimi
öyrənə bilir. Fəlsəfə dəyərlərdən ibarət olan geniş məzmundur,
çünki müdrikliyi, ucalığı özündə cəmləşdirir. Geniş məzmun ona
verilən qiymətlərdə özünü dəyər kimi təsdiq edir. Geniş məzmun
elə dəyərlərin özü demək olur. Fəlsəfə buna görə də dəyərlidir.
Dəyərlidir, çünki idrakın qida mənbəyidir, obyektlərin
nəhəngliyidir və şüurların, fikirlərin cəmləşməsini meydana
gətirir. Fəlsəfə kəmiyyətcə müəyyən predmet üzrə daha çox
düşünmə deməkdir. Kəmiyyət isə burada məkan müstəvisində
üfiqi və şaquli olur. Fəlsəfə maddi-mənəvi obyektlə insanın
mənəvi aləmi olan şüuru və materiyası arasında (şüur
materiyanın davamıdır və ali təkmil formasıdır) mənalı,
aydınlaşmış bağlayıcılıq edir. Hər iki aləmi vəhdətdə axtarır və
Dostları ilə paylaş: |