38
komponentləri və istiqamətləri dərketmənin əsaslarını təşkil edir.
Komponentlər maddi-mənəvi dəyələr sistemini formalaşdırır.
Hər iki aləmin tərkib ünsürləri dəyərlərdən təşkil olunur.
Buradan da maddi dəyərlər sistemi, həmçinin mənəvi dəyərlər
sistemi formalaşır. Maddi və mənəvi aləmin tərkib ünsürləri cəm
halda dəyərlərin sistemli əsaslarını təşkil edir. Dəyərlər toplusu
maddi-mənəvi aləmin vəhdətini meydana gətirir. Dəyərlər də bu
baxımdan tərkib hissələrdən ibarət olur. Dəyərlərin tərkib
hissələri maddi və mənəvi aləm üzərində formalaşan
qiymətlərdən asılı olur. Qiymətlər, dəyərlər istifadə zamanı,
tətbiq zamanı əhəmiyyətlərdə, faydalılığın dərəcəsində özünü
göstərir.
Dəyər maddi aləmə verilən mənəvi qiymətdir. Eyni
zamanda mənəvi aləmin özünə verilən qiymətdir, dəyər-
ləndirmədir. Dəyərləndirmə isə nemətdir, faydalanmaq üçün
əsasdır. Dəyər müsbət və faydalı əsaslarla qiymət verməklə
dərketmənin obyektidir, həm də dərketmə obyektinin (məsələn,
hüququn dəyərli olması onun obyekt kimi dərk olunmasından
ibarətdir) faydasının əsaslarıdır. İnsan hüquqlarının dəyərləri də
dərk olunur. Bu anda insan öz-özünü dərk edir. İnsan
hüquqlarının dəyərlərinin qiymətləndirilməsi bir istiqamət kimi
dərketmənin müəyyən obyektləridir.
Hüquq və normaların bütün istiqamətləri hüququn obyekti
olduğundan, həm də dəyərlərin obyektidir, mənbəsidir. Hüquqi
dəyərlərin öyrənilməsi hüququ dəyər obyekti kimi müəyyən
edir. Buradan da aksiologiyanın insan hüquqları predmeti
formalaşmış olur.
Qeyd olunduğu kimi, insan hüquqları dərk olunur.
Dərketmə duyğu orqanları vasitəsilə qəbul edilən siqnalların,
axınların, axınların hərəkətindən yaranan enerjinin beyində
aydınlaşma prosesi kimi qəbul olunmasıdır. Enerjinin ardıcıl
qəbulu zərrəcikləri axınıdır ki, bu da aydınlaşmanı meydana
gətirəndir. Axının sürəti beyində zərrəciklərin miqdarını artırır
və nəticədə aydınlaşma və dərketmə böyüyür. Dərketmə
39
böyüdükcə aşkarlılıq da artır. Artan aşkarlılıq sadəlikdən
mürəkkəbliyə, ondan da təkmilləşərək yenidən sadəliyə çevrilir.
Aydınlaşma daha da yaxınlaşma və siqnalların qəbul edilən
mərkəzlərdə özünə daha böyük məkan əldə etməsidir. Siqnal
axınlarının kütləsi, miqdarı çox olanda mərkəzdə xüsusi çəkisi
də yaranır. Obyektin əlamətləri özünə mərkəzdə daha çox məkan
əldə edir. Siqnal axınları çoxluğu beyində əlamətin obraz-
lanmasını güclü edir. Buna görə də qeyri-müəyyən olan
obyektlərin (hətta uzaqlıqda yerləşən obyektlər) müəyyənliyə
çevrilməsi
həmin
obyektlərin
siqnallarının
axınlarının
kəmiyyətindən asılı olur. Uzaqda yerləşən obyektlərin enerjisi
çox olanda həmin obyektlərin siqnallarının digər tərəfdən (qəbul
edənlər tərəfindən) qəbulu da çox olur. Siqnalların dalğalarının
qısa olması və sürətinin çox olması yaxınlaşmanı və o da
özlüyündə aydınlaşmanı meydana gətirir. Aydınlaşmanın artımı
dərketmənin dərinləşməsidir. Aydınlaşma əlamətlərin daha çox
aşkar olunmasıdır. Bu baxımdan da yaxın məsafə daha çox
dərindən dərk olunur, çünki axan elementlər özlərinə daha çox
yerlər əldə edirlər. Qəbul olunan mərkəzdə elementlərin
kütləsinin çoxluğu aydınlaşmanın böyük olmasına əsas verir.
İnsan hüquqlarının mahiyyəti dərinləşən düşüncələr kon-
tekstində daha çox aydınlaşır.
Dərketmənin dərinliyi aydınlaşmanın dərinliyindən çox
asılıdır. Aydınlığın artması isə obyektə daha da yaxına
getməkdən asılıdır. Bu da obyektin əlamətlərini xassələndirən
siqnalların (enerjinin) çox yaxınlaşmasıdır. Düşüncələr yaxına
getməni təmin edir, çünki düşüncə artdıqca obyektdən daha çox
siqnalları qəbul edir. Axın sürəti çox olduqda mərkəzdə qəbul
olunan zərrəciklərin kütləsi də çoxalır. (Qeyd: belə hesab etmək
olar ki, insanın və digər canlıların yaşadıqları planet digər
planetə və Günəşə siqnal ötürürlər və onlardan siqnallar qəbul
edirlər. Buradan da enerji mübadiləsi prosesləri baş verir).
Obyektin kütləsi çox olanda ondan gələn siqnalların kəmiyyəti
də çox olur. Buna görə də böyük həcmli obyektlər daha yaxşı
40
dərk olunur, qəbul edilir. (Gözə görünməz Allah da hər
tərəfdə olduğundan, eləcə də sonsuz böyüklükdə olduğundan
insanlar tərəfindən inanclarında daha böyük, sonsuz həddə
böyük formada dərk olunur. O, daima insanın daxilində və
zahirində insanı müşayiət edir. İnsan öz həyatını onun
içərisində axtarır. Allah nizamın, qüvvənin, tarazlaşdıranın
özüdür və o qədər “mikrodur” ki, gözə görünmür, o qədər
makrodur ki, insan onun içərisində qərarlaşır. Allahın daxili
həm də bütün canlıların daxilidir. İnsan daima Allahı hiss
edir). Obyektə yaxın getmə, axının güclü olması aydınlaşmanın
artması demək olur. Bu baxımdan da gerçəkləşmə prosesləri
güclənir. Hadisələrin daha çox aşkar olunması gerçəkləşmənin,
müəyyənliyə çevrilmənin daha çox olmasına səbəb olur. Buna
görə də həqiqi biliklər haqqında epistemoloji təlim öz
əhəmiyyətini artırır və epistemoloji təlim dəyərə və əsaslı idrak
təliminə çevrilir.
Dərketmənin istiqamətləri müxtəlifdir. Bu baxımdan da
məkanı və cəhətləri müxtəlidir. Obyektlər müxtəlif olduğundan
dərketmə də müxtəlif olur. Dərketmənin məkanı həm yaxın
bağlayıcılıqdan ibarət ola bilər, həm də vahid sistemdə obyektlər
arasında olan məsafəni uzada bilər. Burada artıq dərketmənin
koordinatları arasında yaxınlıq və uzaqlıq meydana gəlir.
Aksiologiya epistemologiyanın bazasında da qərarlaşır və
həqiqətin dəyəri predmet rolunu oynayır.
Dərketmə burada həm də zaman və zaman ardıcıllığına
əsaslana bilər. İnsanlar müxtəlif zamanlarda baş verən hadisələri
dərk edə bilərlər, eləcə də zaman ardıcıllığında meydana gələn
hadisələr arasında bağlayıcılığı aşkar edə bilərlər. Buradan da
dəyələrin şərtləndirici vəhdəti və bağlayıcılığı meydana gəlmiş
olur. (Qeyd: bağlayıcılıq müəyyən elementlər vasitəsilə həyata
keçirilir. Bu elementlər də nizamlı olaraq digər elementləri
bağlayır. Eyniliklərin harmonik əsasları, yəni fərqliliklərin
bağlanması elə dəyərləri meydana gətirir. Bir xətt boyunca
mövcud olan eynilik digər xətt boyunca olan eyniliyi bağlayır.
Dostları ilə paylaş: |